İlis

Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Qarakötük
39°57′17″ şm. e. 46°41′51″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 909 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 172 nəf. (2005)
Xəritəni göstər/gizlə
Qarakötük xəritədə
Qarakötük
Qarakötük

Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsində yerləşir.

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarakötük kəndinin əhalisinin faktiki sayı 165 nəfər, qeydiyyatdakı əhalinin sayı 172 nəfər təşkil edirdi.[3]

  1. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. Qarakötük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
  3. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 2