Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müjdat Gәzәn
Müjdat Gəzən (29 oktyabr 1943, Fateh, İstanbul ili) — Türkiyə kino və televiziya aktyoru. Müjdat Gəzən 29 oktyabr 1943-cü ildə İstanbul şəhərində anadan olub.
Jujan dili
Jujan dili və ya Juanjuan (çin. 蠕蠕) — Jujanların vaxtilə istifadə etdiyi dil. Eramızın 4-cü və 6-cı əsrləri arasında Jujan xaqanlığında istifadə edilmişdir. Pyotr Budberqin fikrincə Monqol dilləri qrupuna aid olub. Aleksandr Vovinin fikrincə isə heç bir dil qrupuna aid edilə bilməyən bir struktura sahib olmuşdur və Altay dillərindən deyil. 2019-cu tədqiqatlarından sonra isə Aleksandr Vovin fikrini dəyişdi və Jujan dilini Monqol dillərinə aid etməyə başladı. == Fonetika == Jujan dilinin bəzi xüsusiyyətləri məlumdur: ö səsi olmayıb inisial l- səsi sonluq -nd samit ikiliyi == Morfologiya == Jujan dilində qadın cinsi üçün nəzərdə tutulmuş -tu- şəkilçisi olub.
Jujan xaqanlığı
Jujan xaqanlığı (Tan Tan) — Şimali Çin çöllərində türk-monqol dövləti. Çinlilər tərəfindən Juan-Juan da adlanır. Hunlarla qonşu idilər. Dinləri tanrıçılıq idi. V əsrin əvvələrindən Xinqandan başlayaraq Altaya qədər olan ərazilərdə Jujanların xanı Deuday—"at çapa-çapa ox atan" ləqəbli Şelun başçılıq edirdi. Dövlət başçısı xaqan ünvanı daşıyırdı. Şimali Vey dövlətinin tarixçisi qeyd edir ki, hakim tayfa Syanbi qoluna mənsub idi. Güman var ki, avarlar Jujan birliyinə daxildir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsi və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasını təsdiq edir.Jujanlar IV yüzildən VI yüzilədək tarixin səhnəsində olmuşlar. Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.
Juja Konts
Juja Konts (tam adı: Juja Konts, mac. Zsuzsa Koncz; 7 mart 1946) — Macarıstan pop müğənnisi. Mahnılarının sözlərində bəzən ölkənin 1990-cı ilə qədərki siyasi sistemi hədsiz dərəcədə tənqid edilirdi. Bu mahnıların sözlərinin əsas müəllifi Yanoş Brudidir. Onun karyerası 1962-ci ildə Ki mit tud? istedad yarışmasında iştirakından sonra başlamışdı. O, illərdir müxtəlif orkestrlər və musiqiçilərlə, xüsusilə də İlliş orkestri və Yanoş Brudi ilə çalışır. 1970-ci illərdə xaricə, xüsusilə də Şərq bloku ölkələrinə, eləcə də Qərbi Almaniya, Fransa, ABŞ və Yaponiyaya bir neçə uğurlu turlar etmişdir. O, indi də Macarıstanda hədsiz məşhurdur və bəzi mahnıları macar folklorunun tərkib hissəsinə çevrilmişdir. Onların arasında "A Kárpáthyék lánya", "Ha én rózsa volnék" və "Valahol egy lány" də var.