Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taverna
Taverna — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Tavernalar əvvəllər uzaq yoldan gəlmiş insanların gecələməsi üçündə geniş istifadə olunurdu. Mülk sahibləri əsasən müəssəsin ikinci mərtəbəsində müştərilərə istirahət otaqları təklif edirdilər. Qumar oyunlarının əsas təşkil edildiyi məkanlardan sayılan Tavernalar bu və buna bənzər səbəblərdən əsasən şəhərin kənar hissələlərində yerləşdirdi. Taverna sözü Latın Amerikasında ispan dilli insanlar tərəfindən istifadə olunan Taberna sözündən yaranmışdır. Orta əsrlərdə insanların əsas istirahət məkanlarından olan Tavernaları bu gün müasir və daha komfortlu barlar və gecə klubları əvəz edir.
Şaverya
Şaverya (fr. Chaveyriat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01096. Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 55 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 13 km qərbdə yerləşir. 2010-ci ildə əhalinin sayı 927 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 606 nəfər arasında (15-64 yaş arasında) 469 nəfər iqtisadi cəhətdən fəal, 137 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.4%, 1999-cu ildə 74.8%). 469 fəal sakindən 450 nəfər (238 kişi və 212 qadın), 19 nəfəri işsizdir (9 kişi və 10 qadın).
Aversa
Aversa — İtaliyanın Kampaniya regionunda şəhər.
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. == Həyatı == Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir. Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. == Məşhurluq dövrü == 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Emilia baberka
Emilia baberka (lat. Emilia baberka) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio baberka Hutch.
Laverna Koks
Laverna Koks (ing. Laverne Cox; 29 may 1972, Mobil, Alabama) — ABŞ aktrisası.
Senecio baberka
Emilia baberka (lat. Emilia baberka) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio baberka Hutch.
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Bem-Baverk
Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk‎; 12 fevral 1851[…], Brno, Bohemiya tacı torpaqları[d] – 27 avqust 1914[…], Kramzax[d], Tirol[d]) — Avstriya iqtisadçısı və dövlət xadimi. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır: - təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi; - istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi. Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir. Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Oygen fon Bem-Baverk
Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk‎; 12 fevral 1851[…], Brno, Bohemiya tacı torpaqları[d] – 27 avqust 1914[…], Kramzax[d], Tirol[d]) — Avstriya iqtisadçısı və dövlət xadimi. Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır: - təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi; - istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi. Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir. Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir.