Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xavəran
Xavəran - İranın Fars ostanının Sərvistan şəhristanının Xavəran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,137 nəfər və 1,303 ailədən ibarət idi.
Zazeran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Şarl Laveran
Şarl Laveran (tam adı: Şarl Lui Alfons Laveran, fr. Charles Louis Alphonse Laveran; 18 iyun 1845[…], Paris – 18 may 1922[…], Paris) — Fransa alimi, həkimi, protistoloqu, epidemioloqu və Fransa ekzotik patologiya cəmiyyətinin banisi. Görkəmli fransız alimi, həkim, protistoloq, epidemioloq və fransız ekzotik patologiya cəmiyyətinin banisi Şarl Lui Alfons Laveran Parisdə hərbçi və həkim ailəsində anadan olmuşdur. Onun atası hərbi həkim müfəttişi vəzifəsində işləmişdir. Atasının yolunu davam etdirən Laveran Strasburqda İmperator hərbi-tibb məktəbinə daxil olmuş, 1867-ci ildə həkim diplomu almışdır. Gənc Laveran Fransa-Prussiya müharibəsində hərbi həkim kimi xidmət etmişdir. O, 1875-ci ildə yazdığı bir elmi əsərində malyariya xəstəliyini araşdırmışdır. Bu xəstəlik həmin illər Fransada geniş yayılmasa da, Əlcəzairdə qulluq edən fransız əsgərləri üçün təhlükə mənbəyi idi. Buna görə onu malyariya xəstəliyinin yaranmasının səbəblərini araşdırmaq üçün Əlcəzairə göndərmişdilər. Beləliklə, Laveran apardığı tədqiqatlar nəticəsində bu gün tibb elmində plazmodilər (birhüceyrəli heyvanlar — qan parazitləri) kimi tanınan malyariya mikrobunun kəşfinə nail olmuşdur.
Xavəran qəbiristanlığı
Xavəran qəbiristanlığı (fars. گورستان خاوران‎) — İranın paytaxtı Tehranın cənub-şərqində yerləşən nizamsız, nişansız qəbiristanlıq. Qəbiristanlıqdakı qəbirlərin üzərində heç bir işarə yoxdur. İran İslam Respublikası ölənlərin ailələrinin qəbiristanlıqda yas saxlamasına icazə vermir və qəbiristanlıqda dəfn edilənlərin kimliyi onların yaxınlarına məlum deyil. Xavəran əvvəlcə dini azlıqlar üçün ənənəvi dəfn yeri olmuşdu, "çünki onlar mürtəd olublar və müsəlmanların istirahət yerlərini çirkləndirməməlidirlər". 1988-ci ildə İran İslam Respublikası tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi edamları zamanı hökumət Xavərandan öldürülənlər üçün kütləvi məzarlıq yeri kimi istifadə etmişdir. Qəbiristanlığın siyasi məhbusların dəfn olunduğu hissəsi xalq arasında "Lənətabad" (لعنت‌آباد) kimi tanınır.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Kənd əhalisi 36 nəfərdən ibarətdir. Əhalisi tatlardır.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir. Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.