Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünyagörüşlü bir kitabdır. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir. == Avesta Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə.
Avoska
Avoska — tor zənbil XIX əsrdə Çexiyada Vavrjin Krçil tərəfindən icad olunmuşdu. O saç üçün tor istehsalına başlayır. Lakin bunlara tələbat olmadığını gördükdə ona qulp əlavə edərək zənbil kimi satışa çıxarır. Tor zənbilin üstünlüyü onda idi ki, həm möhkəm olur, həm də cibdə rahat şəkildə yerləşirdi. 1935-ci ildən SSRİ-də geniş şəkildə istifadə olunmağa başlamışdır.
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
İrina Zaretska
İrina İqorevna Zaretska (4 mart 1996, Odessa) — Azərbaycanı təmsil edən karateçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. İrina Zaretska 2018-ci ildə İspaniyanın Madrid şəhərində baş tutan Dünya Çempionatının və 2021-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, Karate üzrə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycanlı qadın idmançı olub. İrina Zaretska 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının gümüş medalına sahib olub. İrina Zaretska həmçinin 2016-cı ildə Fransada və 2021-ci ildə Xorvatiyada Avropa Çempionatının qızıl medallarını qazanıb. İrina Zaretska 2014-cü ildən Dünya Karate Federasiyasının (WKF) "Karate-1" Pemyer Liqasında mübarizə aparır. 9 mövsüm ərzində o, 10 dəfə Premyer Liqanın qalibi olub. İrina Zaretska ümumi olaraq 21 dəfə (10 qızıl, 6 gümüş və 5 bürünc) Premyer Liqanın medallarına sahib olub — BƏƏ Premyer Liqasında 4 medala (2017-ci və 2022-ci illərdə qızıl, 2019-cu ildə gümüş, 2020-ci ildə bürünc), Niderland Premyer Liqasında 3 medala (2014-cü və 2017-ci illərdə qızıl, 2016-cı ildə bürünc), Almaniya Premyer Liqasında 2 medala (2016-cı ildə qızıl, 2018-ci ildə gümüş), Fransa Premyer Liqasında 2 medala (2017-ci ildə gümüş, 2020-ci ildə qızıl), Türjiyə Premyer Liqasında 2 medala (2015-ci ildə qızıl, 2021-ci ildə bürünc), Rusiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl, 2021-ci ildə bürünc), Misir Premyer Liqasında 1 medala (2015-ci ildə gümüş), Mərajeş Premyer Liqasında 1 medala (2018-ci ildə gümüş), Yaponiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), İspaniya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), Avstriya Premyer Liqasında 1 medala (2020-ci ildə bürünc) və Portuqaliya Premyer Liqasında 1 medala (2022-ci ildə gümüş) sahib olub. İrina Zaretska Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Avesta dili
Avesta dili Avestanın yazıldığı dil. Hindistan və İran ərazisində Allaha sitayişdə istifadə olunan dil. Avesta dilini iki dialektə bölürlər: qat dialekti (əsasən nəğmələrdən ibarətdir, Zərdüştə məxsus olduğu göstərilir) və sonrakı avesta dialekti.
Ravesa Lleşi
Ravesa Lleşi — 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı-nın Cenevrə-dəki Ofisində Albaniya-nın daimi nümayəndəsi oldu. == Həyatı == Ravesa Lleşi 1 iyun 1976-cı ildə anadan olub və Hollandiya-da Tilburq Universitetini beynəlxalq və Avropa ictimai hüququ üzrə magistr dərəcəsi ilə bitirib. İngilis və Holland dillərini yaxşı bilir.2010-cu ildən 2014-cü ilə qədər Tiranada, Nyu-Yorkun Tirana Universitetinin təklif etdiyi müəssisədə dərs verdi. Xarici İşlər Nazirinin müşaviri olduğu 2018-ci ilin yanvar ayına qədər ölkəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı missiyasına rəhbərlik etdiyi vaxtdan 2018-ci ildə Avstriya-da idi.2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Ofisində Albaniyanın Daimi Nümayəndəsi oldu. Lleşi, ölkəsinin Dünya Fikri Mülkiyyət Təşkilatındakı təmsilçiliyindən də cavabdehdir, məsələn, 2019-cu ildə Darjeeling çayı kimi regional məhsullara qoruma təmin edəcək beynəlxalq bir müqaviləyə imza atanlardan biri idi.
Xurda Avesta
Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yəsnanın bəzi digər bölmələrini də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin sonrakı təhrifi hesab etmək olmaz. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra, Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər.
Mixaela Maevska-Veliçkova
Mixaela Maevska-Veliçkova (d. 4 oktyabr 1990, Sofiya, Bolqarıstan) — Bolqarıstannı təmsil edən bədii gimnast. Mixaela Maevska-Veliçkova 2012 və 2016-cı ildə Bolqarıstanı Olimpiya Oyunlarında təmsil etdi; 2016-cı ilə isə yarışların bürünc medalını Maevska-Veliçkova. Veliçkova həmdə Dünya və Avropa Çempionatlarında ümumi olaraq üç qızıl, iki gümüş və beş bürünc medala sahib çıxıb. == Karyerası == Mixaela Maevska-Veliçkova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 6-cı yeri tutdu. Mixaela Maevska-Veliçkova 2016-cı ildə Bolqarıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lyubomira Kazanova, Xristiana Todorova, Reneta Kamberova və Tsvetelina Naydenova ilə birgə final yarışlarında 34.282 xal topladı və bürünc medal qazandı.