Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navesti çayı
Navesti — Estoniyanın cənub-qərbində 100 km (62 mil) uzunluğunda çay. Bu Pyarnuya axan ən böyük çaydır. Navestinin mənbəyi Yarvamaa rayonundakı İmavere kəninə yaxındır. Çay qərbdən axır və üç rayondan: Yarvamaa, Vilyandimaa və Pyanumaadan keçir. Navestinin hövzəsinin sahəsi 3,000 km2 (1,200 mil2), orta axın sürəti isə saniyədə 27.9 kub metrdir.Vırtsyavr gölünün Emajogi vasitəsi ilə Peypus gölünə axmasından əvvəl Navesti çayının mənsəbi Vırtsyavr gölü idi. == Balıqlar == Navestidə 18 növə qədər balıq mövcuddur, bunlara çapaq, lota, Qafqaz enlibaşı, ide, xanı, adi durnabalığı, kumja, külmə və ruff daxildir.
Travesti
Travesti operada, tamaşada və ya baletdə, ümumiyyətlə səhnədə əks cinsdən olan bir ifaçı tərəfindən personajın təsvirinə istinad edən teatr terminidir. Sosial səbəblərdən teatrın bir çox erkən formalarında qadın rollarını oğlanlar və ya kişilər ifa edirdilər və aktrisalar səhnələrdə qəbul olunduqdan sonra da travesti rolları bir neçə kontekstdə istifadə olunmağa davam edirdi. == Etimologiya == Bu söz fransızca "maskalanmış" mənasını verir. Mənbələrdən asılı olaraq termin travesty, travesti, və ya en travesti kimi verilə bilər. Baxmayaraq ki, 19-cu əsrin ortalarına aid fransız mənbələri bu termindən istifadə etmişlər ingilis dilində olan Oksford Xarici Terminlərin Əsas Lüğəti sonuncu terminin mənşəyini “psevdo- fransız ” kimi izah edir. Məs. Bibliothèque musicale du Théâtre de l'opéra (1876), La revue des deux mondes (1868) və 21-ci əsrə qədər bu təcrübəni davam etdiriblər. == Qadın rollarında kişilər == 17-ci əsrin sonlarına qədər İngiltərədə və 18-ci əsrin sonlarına qədər Papa dövlətində - Avropanın başqa yerlərində olmadığı halda - qadınları şərti olaraq kişi aktyorlar (adətən yeniyetmələr) səhnədə dreq olaraq təsvir edirdilər,lakin bu o zaman əxlaqsız hesab olunurdu. === Teatrda === 1660-cı ildə monarxiyanın bərpası ilə qadınlar ingilis səhnəsində görünməyə başladılar amma hələ də bəzi qadın rollarını oğlanlar və gənc kişilər oynamağa davam edirdilər. Londonun Şekspirin Qlobus teatrı, orijinal Qlobus Teatrının müasir tərkibində qadın rollarında kişilərin seçilməsi təcrübəsi davam edir.
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünya görüşlüdür. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir == Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Xavyer Zanetti
Xavyer Zanetti (isp. Javier Zanetti) — keçmiş Argentina futbolçusu.
Avesta dili
Avesta dili Avestanın yazıldığı dil. Hindistan və İran ərazisində Allaha sitayişdə istifadə olunan dil. Avesta dilini iki dialektə bölürlər: qat dialekti (əsasən nəğmələrdən ibarətdir, Zərdüştə məxsus olduğu göstərilir) və sonrakı avesta dialekti.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Xurda Avesta
Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yəsnanın bəzi digər bölmələrini də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin sonrakı təhrifi hesab etmək olmaz. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra, Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
Per Fredrik Avesli
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. == Həyatı və karyerası == 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir.2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur.4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır. Şirkət müğənninin vokallarından "Lord of Vermillion Arena" oyununda istifadə etmişdir. Həmin il Pellek Riot Games şirkətinin "League of Legends" oyunu üçün "Heartslayer" mahnısını ifa etmişdir.2016-cı ildə "Yaradıcılar: Keçmiş" filmində Aleks Uolker personajını canlandırmışdır.
Şəhzadə və Dilənçi (povesti)
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.