Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır.2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Lavaka
Lavaka - (rus. лавака, ing. lavaka) rütubətli tropiklərdə suffozion- erozion mən­şəli mənfi relyef forması; günbəz­vari yüksəkliyin qabarıq yamacına, bə­zən isə platonun kənarlarına kə­sil­miş olur. Uzunluğu 150- (2 km-dək), eni 100- (300 m-dək), dərinliyi 30- olur.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. == Tarixi == Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi.1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb. 1621-ci ildə gələcək serb iyerarxı Vasili Ostrojski Zavala monastırına kilsə şagirdi olaraq gəlir.