Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dövlət xadimi
Dövlət xadimi — Dövlət hakimiyyətinin siyasi xadimi.
Mattyu Zammit
Sənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Teatr xadimi
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Elm xadimi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Din xadimi
Din xadimi və ya ruhani — müəyyən bir din daxilində ruhaniliyi peşə olaraq icra edən bütün insanlara verilən addır. Hər bir dinin din xadimi anlayışı fərqli ola bilər, lakin ümumi olaraq bu şəxslər dini təlimləri yaymaq, icmalarına mənəvi rəhbərlik etmək və ibadətləri təşkil etmək rolunu oynayır. Onlar həmçinin cəmiyyətin etik və mənəvi dəyərlərinə də böyük təsir göstərir. Din xadimi anlayışı müxtəlif dinlərdə və mədəniyyətlərdə fərqli formalarda təzahür edir, lakin ümumi olaraq dinə xidmət edən və dini vəzifələri yerinə yetirən insanlara işarə edir. Hər bir dinin özünəməxsus ruhani liderləri, din xadimləri və ya dini strukturları var. İslam dinində “din xadimi” anlayışı üləma (din alimləri), imamlar, şeyxlər və mollalar vasitəsilə təmsil olunur. Bu insanlar şəriəti öyrənir, Quranı təfsir edir, cümə namazlarını və dini mərasimləri icra edir. İmamlar məscidlərdə dini liderlik edir, mollalar isə dini təhsil verir və cəmiyyətə mənəvi rəhbərlik edirlər. Xristianlıqda din xadimi anlayışı keşişlər, rahiblər, yepiskoplar və papalar vasitəsilə təmsil olunur. Katolik Kilsəsində papa ən yüksək ruhani lider sayılır, yepiskoplar bölgələri idarə edir, keşişlər isə cəmiyyətə dini rəhbərlik edir.
Bədiəddin (din xadimi)
Bədiəddin, həmçinin Şah Mədar və Qütbül-Mədar (1315, Hələb – 1433, Makanpur[d], Kanpur[d]) — sufi din xadimi. O, Hindistana hicrət edərək burada Mədariyyə sufi təqirətini qurmuşdur. Bədiəddin övliya kimi yüksək qiymətləndirilir. == Həyatı == Bədiəddin 1315-ci ildə Suriyada, Hələb şəhərində anadan olmuşdur. Sonrakı əsrlərdə onun haqqında getdikcə daha çox əfsanələr yaranmış, bu da mənbələrin ardıcıl olaraq onun doğum ilini daha əvvələ aparmasına səbəb olmuşdur. Həmin mənbələrdə Bədiəddinin mənşəyi ilə bağlı bir-birini təkzib edən qeydlər mövcuddur. Bəziləri onun seyid, yəni İslam peyğəmbəri Məhəmmədin nəslindən olduğunu iddia edir və onun mənşəyini imam Cəfər Sadiqə (765-ci ildə vəfat etmişdir) çıxarır. Digərləri Məhəmmədin 678-ci ildə vəfat edən səhabəsi Əbu Hüreyrənin nəslindən olduğunu yazırlar. Bədiəddinin İslamı qəbul etmiş bir yəhudi olması iddiası sadəcə bir mənbədə dəstəklənir. Onun müəllimi Bəyazid Tayfur Bəstami idi.
Əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır. "Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır.
Əməkdar incəsənət xadimi
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Adımı Kalbine Yaz
Adımı Kalbine Yaz - Tarkanın 29 iyul 2010 - cu ildə çıxardığı sayca səkkizinci studio albomudur. Alboma daxil olan mahnılar üzərində Tarkan, Sezen Aksu, Yıldız Tilbe, Ozan Çolakoğlu, Mithatcan, Günay Çoban və başqaları işləmişlər. Son albomunun yayımlanmasından sonra çıxışı dəfələrlə təxirə salınmış bu albom uzun çalışmalardan sonra 2010 - cu ildə dinləyicilərə təqdim edilmişdir. Alboma daxil olan nmahnılar hamısı türk dilində ifa edilmişdir. Müğənni müsahibələrinin birində albomun ərsəyə gəlməsi üçün çox əmək sərf etdiyini qeyd etmişdir. Albomun satşa çıxarılmasından əvvəl 11 may 2010 - cu il tarixində alboma daxil olan Sevdanın Son Vuruşu mahnısı promo sinql kimi satışa çıxarılmış və böyük uğur qazanmışdır. Ümumilikdə albom satışa çıxarıldığı iki ay müddətində 591.782 nüsxəylə satılmaqla böyük uğur qazanmışdır.
Eldar Nuriyev (dövlət xadimi)
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. == Həyatı == Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. 2000-ci ildə o, prokurorluq sisteminə qayıdır.
Elnur Əliyev (dövlət xadimi)
Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022). İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri. == Həyatı == Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib. Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib. 2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub. E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb. Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
Elxan Nuriyev (dövlət xadimi)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Elçin Cəfərov (idman xadimi)
Elçin Cəfərov (azərb. Elçin Lənkəran oğlu Cəfərov‎) — Milli Olimpiya Komitəsinin üzvü, 2010-cu ildən Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləşi üzrə vitse-prezidenti == Həyatı == Elçin Cəfərov 1959-cu il fevralın 7-də Ağdam rayonunda anadan olub. 10 yaşından güləşlə məşğul olmağa başlayan Cəfərov ümumittifaq yarışlarında mükafatlar qazanıb. İdmançı karyerasına 26 yaşında erkən vida deyib. == Karyerası == Daha sonra məşqçilik fəaliyyətinə başlayan E. Cəfərov 1981-ci ildə Yunan-Roma güləşi üzrə idman ustası adına layiq görülüb. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1992-ci ildə “Əməkdar məşqçi” adına layiq görülüb. Elçin Cəfərov 1992-ci ildən 1994-cü ilə kimi Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin birinci müavini və bir müddət sədr vəzifələrində çalışıb. 1996-cı ildə Gənclər və İdman Nazirliyinin İdman və Baş İdman İdarələrinin rəisi olub. 2002-2010-cu illərdə 10 il yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi işləyib.
Fikrət Məmmədov (dövlət xadimi)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Firudin Qurbanov (dövlət xadimi)
Qurbanov Firudin İsa oğlu (tam adı: Qurbanov Firudin İsa oğlu; 29 avqust 1952, Ağsu rayonu) — Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini (2014-cü ildən), Bakı Dövlət Universitetinin rektor əvəzi (2018–2019). == Həyat == Firudin Qurbanov 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1975-ci illərdə orduda xidmət edib. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == 1975–1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982–1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi) Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.
Fərhad Babayev (dövlət xadimi)
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərid Məmmədov (dövlət xadimi)
Fərid Əhmədov (dövlət xadimi)
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən), Rəqəmsal i̇nkişaf və nəqliyyat nazirinin müavini (2022–2024), Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), Azərbaycan Universitetinin rektoru (2015–2017), BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir.
Hüseyn Abdullayev (dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Zeynalov (dövlət xadimi)
Hüseyn Yusif oğlu Zeynalov (3 aprel 1925, Bakı – 2009, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1974–1979), Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi (1963–1974), Azərbaycan SSR Ali Sovetinin VII–IX çağırış deputatı. == Həyatı == Hüseyn Yusif oğlu Zeynalov 3 aprel 1925-ci ildə Bakıda anadan olmuşdur. Atası Yusif Zeynalov Azərbaycanın bir sıra rayonlarında icraiyyə komitəsi sədri vəzifəsində çalışmış, 1937-ci ildə Stalin repressiyalarına məruz qalmışdır. 1940-cı ildə 8-ci sinfi bitirən Hüseyn Zeynalov Bakıda yeni yaradılmış İxtisaslaşmış Dəniz Donanması Məktəbinə daxil olmuş, 1943-cü ildə məktəbi başa vurduqdan sonra təyinatla Frunze adına Bakı Ali Hərbi Dəniz Donanması Məktəbində təhsilini davam etdirmişdir. Bir ildən sonra Xəzər Hərbi Donanmasına hərbi xidmətə göndərilmiş, orduda xidmət etməklə yanaşı, ictimai və siyasi işlərdə də fəallıq göstərərək komsomol təşkilatının katibi seçilmişdir. 1949-cu ildə donanmada xidmət edə-edə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuş və buranı 1953-cü ildə bitirmişdir. Hüseyn Zeynalov 1950-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan SSR Yerli Sənaye Nazirliyində iqtisadçı, şöbə rəisi, Azərbaycan SSR Ticarət Nazirliyində bölmə rəisi vəzifələrində işləmişdir. 1953-cü ildən müəllim, Baş Qənd Ticarəti İdarəsinin və Baş Baqqaliyyə İdarəsinin baş əmtəəşünası, Ticarət Nazirliyinin şöbə rəisi, kollegiya üzvü olmuşdur. 1959-cu ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində Ticarət şöbəsinin müdiri vəzifəsində çalışmış, 1960–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maliyyə və plan şöbəsinin müdiri olmuşdur. Hüseyn Zeynalov 1963–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi, 1974–1979-cu illərdə isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır.
Kamal Abdullayev (dövlət xadimi)
Kamal Məmmədoviç (Məmməd oğlu) Abdullayev (8 mart 1922, Bakı – 17 iyun 1982) — Azərbaycan Kommunist Partiyası Qaradağ Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. == Həyatı == 1922-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1939-cu ildə əmək fəaliyyətinə başlamışdır, 1941–1946-cı illərdə Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947-ci ildən 1950-ci ilədək sənət məktəbində komsomol təşkilatının katibi, Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri, 1951-ci ildə Azərbaycan LKGİ Əzizbəyov RK-nın birinci katibi olmuşdur. 1952–1957-ci illərdə Xəzər Neftdaşıma Donanması siyasi şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə partiya məktəbində oxumuşdur. 1962-ci ildən Azərbaycan KP Bakı Komitəsinın təlimatçısı, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, inspektoru vəzifələrində işləmişdir. 1965-ci ildən Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi olmuşdur, 1975-ci ildən isə Qaradağ Rayon Komitəsinin birinci katibidir. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Kamil Məmmədov (dövlət xadimi)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Kamran Hüseynov (dövlət xadimi)
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.