Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akantit
Akantit — mineral, Ag2 S == Haqqında == Monoklinik. Aşağı temperaturlu modifikasiya. Habitus priz­ma­tik. Aqreqat: torpaqvari, ağacabənzər, sapvari. Argentit üzrə paramorfozlar. Qara. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 7,24. Hidrotermal, 179° C-dən aşağı temperaturda əmələ gəlir. Pb-Zn yataqlarında argentitlə birlikdə.
Apatit
Apatit — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Xlorapatit, oksoapatit, karbonatapatit və b. == Xassələri == Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlı parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,2-3,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {0001} və {1011} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Lüminessensiya – fosfo-ressensiya, flüoressensiya; Morfologiya – kristallar: qısa-və uzunprizmatik, nisbətən az hallarda lövhəvari, futlyaraoxşar, bəzən zonal; İkiləşmə: səciyyəvidir; Mineral aqreqatları: dənəvər, şəkərəbənzər, sıx, torpaqvari, kollomorf (kollofan) və çubuqvari əmələgəlmələr, qabıqlar, jelvaklar, gil mineralları, narın qum dənələri, kvars, kalsit və b. möhtəvilərini ehtiva edən, tez-tez rast gələn və fosforitlər adlanan incəlifli quruluşlu konkresiyalar, üzvi qalıqlar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Bəzən sənaye əhəmiyyətli miqdarda karbonatitlərdə rast gəlir. Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir. Apatitə həmçinin kontakt-metasomatik əmələgəlmələrdə, skarn tipli dəmir filizi yataqlarında, yüksək temperaturlu hidrotermal damarlarda, alp tipli damarlarda da rast gəlinir.
Apatit filizləri
Apatit filizləri – texnoloji və iqtisadi göstəricilərinə görə istismara yararlı apatitli təbii polimineral törəmələri. Apatit filizlərini mineral tərkibinə görə silikatlı-oksidli, silikatlı, karbonatlısilikatlı, karbonatlı və hidrosilikatlı-hidroksidli, P2O5-in miqdarına görə isə zəngin (16%-dən çox), adi (8–16%), kasıb (4–8%) və çox kasıb (4%-ədək) növlərə ayırırlar. Mineral tərkibindən asılı olan saflaşdırılma dərəcəsinə görə asan (apatit konsentratında P2O5-in miqdarı 90%-dən çox), qənaətbəxş (70–90%) və çətin saflaşan (70%-dən az) Apatit filizləri var. Silikatlı filizlər (apatit-nefelinli və s.) asan, karbonatlı və hidrosilikatlı-hidroksidli filizlər isə çətin saflaşır. Əmələgəlmə şəraitinə görə Apatit filizlərinin maqmatogen, metamorfogen və sedimentogen yataq tipləri olur. Maqmatogen, eləcə də sedimentogen (aşınma qabığı törəmələri) tipli yataqlar daha böyük sənaye əhəmiyyətinə malikdir. Apatit filizlərinin dünya üzrə ümumi ehtiyatı (P2O5 üzrə) təqribən 1,2 mlrd. tondur. Əsas yataqları RF-də (dünya ehtiyatının 1/3-i), həmçinin Vyetnam, Braziliya, CAR, Finlandiya, Uqanda, Norveç, Zimbabve, Kanada, İspaniya və Hindistandadır. Apatit filizlərindən mineral gübrələr istehsalında, metallurgiya, keramika və şüşə sənayesində istifadə olunur.
Ceyms MakAti
Ceyms Con MakAti (18 oktyabr 2002, Salford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Siti" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Bir müddət İngiltərə U-18 millisində çıxış edən sonra Ceyms hal-hazırda İngiltərə U-20 millisində çıxış edir. == Klub karyerası == MakAti əsas komanda ilə debütünü 29 oktyabr 2019-cu ildə "Bolton Uonderers" klubuna qarşı Liqa Trofeyi görüşündə etmişdir. 2020-21 mövsümü ərzində Ceyms Liqa Trofeyi turnirində "Skantorp Yunayted" və "Mansfild Taun" klublarına qalib gəldikləri, həmçinin "Tranmir Rovers" klubuna məğlub olduqları görüşlərdə iştirak etmişdir. 24 avqust 2021-ci ildə Ceyms "Skantorp Yunayted" klubunu 3-0 hesabı ilə məğlub etdikləri görüşdə qolla yadda qalmışdır.2020-ci ilin noyabrında Ceyms "Çelsi" klubuna qarşı FA Gənclər Kuboku finalı görüşündə qolla yadda qalmış və komanda rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Həmin mövsüm Premyer Liqa 2-də toplamda iyirmi üç görüşdə iştirak edən Ceyms səkkiz qol və doqquz assistlə mövsümü başa vurmuşdur.Ceyms peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Uikomb Uonderers" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. O, 72-ci dəqiqədə meydana daxil olmuş və komandası rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Ceyms İngiltərə U-18 millisi ilə debütünü 2019-cu ilin noyabrında Norveç millisi ilə görüşdə etmişdir. 4-4 hesabı ilə bitən görüşdə o, dublla yadda qalmışdır.6 sentyabr 2021-ci ildə o, İngiltərə U-20 millisi ilə Rumıniya millisinə qarşı görüşdə qolla yadda qalmış və milli rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Ceymsin böyük qardaşı Con MakAti "Qrimsbi Taun" klubunda çıxış edən peşəkar futbolçudur.
Fitrə zəkatı
Fitrə zəkatı – Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verilməsini əksər islam alimləri tərəfindəm şəri dəlillərə uyğun olmadığını vurğulayıblar . Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar. Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir.
Zakari Teylor
Zakari Teylor (ing. Zachary Taylor; 24 noyabr 1784, Barbursvil, Virciniya, ABŞ — 9 iyul 1850, Vaşinqton, Kolumbiya Federal Dairəsi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti (1849-1850), peşəkar hərbçi. Onu bəzən apolitik (siyasətdən kənar) prezident də adlandırırlar. Doğrudan da C.Vaşinqton və E.Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə olaraq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsində ABŞ ordusuna komandanlıq etmiş və Meksika ordusu üzərində bir neçə əhəmiyyətli qələbə qazanmışdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçilməsinədək cənub ştatlarından seçilən son prezident olmuşdur. Zakari Teylor 1850-ci ildə qastroenteritdən vəfat etmişdir. 1991-ci ildə onun qalıqlarının kimyəvi təhlili zamanı arsenlə zəhərləndiyi barədə iddialar öz təsdiqini tapmamışdır. == Erkən həyatı == Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur.
Zakit Əliyev
Zakit Ömər oğlu Əliyev (1 avqust 1957, Göllü, Amasiya rayonu) — Azərbaycan Peşakar Boks Federasiyasının Prezidenti (1999–2015), SSRİ idman ustası, 4 idman növü üzrə Əməkdar Məşqçi. == Həyatı == 1957-ci ilin 01 avqust tarixində Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 1976–1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmət zamanı Litva Respublikasının Kaunas şəhərində Sovet Silahlı Qüvvələrinin əlbəyaxa döyüş növü üzrə keçirilən çempionatda SSRİ Çempionu olub. 1979–1984-cü illərdəH. Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunun Biologiya ixtisası üzrə orta məktəb müəllimi fakültəsini oxuyaraq, bitirmişdir. 1993–1997-ci illərdə Azərbaycan Universitetinin Hüquqşünaslıq fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə Bakalavr dərəcəsi almışdır. 1997–1999-cu illərdə həmin Universitetdə təhsilini davam etdirərək, öz ixtisası üzrə qırmızı diplomla Magistr dərəcəsi almışdır. == Fəxri adları == 25 fevral 1982-ci ildə Əlbəyaxa döyüş idman növü üzrə SSRİ idman ustası adına layiq görülmüşdür. 23 avqust 1983-cü ildə Əlbəyaxa döyüşünün xüsusi texniki üsüllar üzrə təlimatçısı (məşqçisi) adına layiq görülmüşdür. 1995-ci ildə Türkiyə Respublikasının Sakarya şəhərində kecirilən Uşu-Sando üzrə Avropa Kupokunda Avropanın ən yaxşı məşqçisi adına layiq görülmüşdür.