Zakit Ömər oğlu Əliyev (1 avqust 1957, Göllü, Amasiya rayonu) — Azərbaycan Peşakar Boks Federasiyasının Prezidenti (1999–2015), SSRİ idman ustası, 4 idman növü üzrə Əməkdar Məşqçi.
Zakit Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1957 (66 yaş) |
Doğum yeri | |
İdman növü | boks |
Karyera illəri | 1999–h. h. |
1957-ci ilin 01 avqust tarixində Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub.
1976–1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmət zamanı Litva Respublikasının Kaunas şəhərində Sovet Silahlı Qüvvələrinin əlbəyaxa döyüş növü üzrə keçirilən çempionatda SSRİ Çempionu olub.
1979–1984-cü illərdəH. Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunun Biologiya ixtisası üzrə orta məktəb müəllimi fakültəsini oxuyaraq, bitirmişdir.
1993–1997-ci illərdə Azərbaycan Universitetinin Hüquqşünaslıq fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə Bakalavr dərəcəsi almışdır. 1997–1999-cu illərdə həmin Universitetdə təhsilini davam etdirərək, öz ixtisası üzrə qırmızı diplomla Magistr dərəcəsi almışdır.
25 fevral 1982-ci ildə Əlbəyaxa döyüş idman növü üzrə SSRİ idman ustası adına layiq görülmüşdür.
23 avqust 1983-cü ildə Əlbəyaxa döyüşünün xüsusi texniki üsüllar üzrə təlimatçısı (məşqçisi) adına layiq görülmüşdür.
1995-ci ildə Türkiyə Respublikasının Sakarya şəhərində kecirilən Uşu-Sando üzrə Avropa Kupokunda Avropanın ən yaxşı məşqçisi adına layiq görülmüşdür.
Zakit Əliyev yeganə şəxsdir ki, 4 idman növü üzrə Əməkdar Məşqçi adına layiq görülüb:
27 dekabr 1993-cü ildə Karate-do idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi;
17 iyun 1996-cı ildə Uşu-Sando idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi;
12 dekabr 2003-cü ildə Boks idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi;
Kikboksinq idman növü üzrə Bütün Avrasiya Kikboksinq Federasiyasının Əməkdar Məşqçisi.
Bütün bu idman növləri üzrə titullu idmançılar hazırlamışdır.
Zakit Əliyev yeganə şəxsdir ki, onun yetişdirdiyi idmançılar 300 dəfədən artıq Olimpiya və qeyri olimpiya İdman növləri üzrə Avropa və Dünya çempionatlarında mükafatçılar sıralarında olaraq Azərbaycan bayrağını qaldırmırşlar və Azərbaycan himnini səsləndirmişlər.
Zakit Əliyev, Azərbaycanda Kikboksinq, Şotokan, Uşu-Sando, Karate və Karate-Do idman növləri üzrə Federasiyaların yaradıcılarından biridir. Bundan başqa, Azərbaycanda Peşakar Boks Federasiyasının yaradıcısı olmuşdur və yaranan gündən (yəni 1999-cu ildən) 2015-ci ilədək Federasiyanın Prezidenti olmuşdur. Federasiyada fəaliyyət göstərən dövrdə Azərbaycanda ilk dəfə rəsmi Avropa və Dünya kəmərlərinin sahibi, yetişdirməsi Azad Əzizov olmuşdur.
İkinci dəfə isə rəsmi Avropa və Dünya kəmərlərinin sahibi, yetişdirməsi Fariz Məmmədov olmuşdur.
İdman sahəsi üzrə "Boks məşqləri və onun elmi metodik əsasları" adlı kitabın müəllifidir.
Evlidir. 2 övladı: 1 oğlu, 1 qızı var.