Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yakutsk
Yakutsk (rusca Яку́тск; saxa Дьокуускай/Cokuuskay)- Rusiyanın Saxa Respublikasının paytaxtı ən böyük şəhəri. Şimal qütb dairəsinin 450 km cənubundadır. Lena çayı üzərində ana limandır. Zəngin mədənlərə sahib olan Yakutsk 1632-ci ildə salınmışdır. Şəhərin iqlimi çox soyuqdur. Orta temperatur -40 °C-dir. Şəhərin ətrafında Oymyakonda -71,2 °C qeydə alınmış və bura şimal yarımkürəsinin ən soyuq yeri olduğu müəyyən olmuşdur. Çanqvon. Fairbanks.
Zabuton
Zabuton (座布団) – Yaponiyada istifadə olunan ənənəvi balınclar. Əsasən dördbucaqlı formada hazırlanır, lakin dairəvi formada olan növləri də var. Döşəmədə rahat oturmaq üçün istifadə olunmaqla yanaşı meditasiya sessiyalarında və interyer dizaynında istifadə olunur. Zabutonun mənşəyi tataminin üzərində oturmaq üçün tikilən kvadratşəkilli kiçik xalçalarla əlaqəlidir. XVII–XIX əsrlərdə dərzilər bu xalçaların içərisini pambıqla doldurmağa başlamış, nəticədə, ilk zabutonlar ortaya çıxmışdır. Zabutonun üstündə əyləşməyin ənənəvi yolu seyza üslubu ilə əyləşməkdir. Zabutonda əyləşmək ayaqlar və dizlər üzərindəki təzyiqi azaldır, döşəmədə uzun müddət rahat oturmağa şərait yaradır. Buna görə də buddist keşişləri və şinto rahibləri meditasiya sessiyalarında, eləcə də, dini mərasimlərdə zabutondan istifadə edirlər. Zabuton yoqa ilə məşğul olan şəxslər tərəfindən də geniş istifadə olunur. XX əsrə qədər sumo oyunlarında tamaşaçılar qələbəni qeyd etmək üçün sumoçulara zabuton atırdılar.
Yakutsk teleqülləsi
Yakutsk teleqülləsi - Yakutskda 1982 - ci ildə inşa edilmiş, hündürlüyü 241,71 metr olan teləqüllə. 225,86 metr hündürlükdə onun son platforması yerləşir. Tikinti zamanı permafrostun ən yüksək quruluşu idi. Televiziya qülləsi MI-10K-da Nikolay Nikolayeviç Babintsevin rəhbərlik etdiyi Tümen helikopterinin köməyi ilə hazırlanmışdır. Qüllə strukturunun seqmentləri hipodromda yığılmışdır. Bu iş 5 gün davam etmişdir.