Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalenit
Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr. == Xassələri == Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar. == Mənşəyi və yayılması == Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir. Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.
Zalipi
Zalipi (pol. Zalipie) — Polşada kənd. == Coğrafiyası == Kənd Krakov şəhərindən 90 dəqiqəlik məsafədə yerləşir. == Özünəməxsusluğu == Rəvayətə görə bir zamanlar bu kəndin sakinlərindən biri bekarçılıqdan evinin tavanına çiçək şəkli çəkir. Aradan bir xeyli müddət keçirdən sonra baxırlar ki, bütün kənd əhalisi öz evlərini gül çələngi rəsmləri ilə bəzəyiblər. == Festival == 1948-ci ildən bəri burada "Rəngli kotec" adlı boyama festivalı keçirilir. Əslində isə həmin vaxtdan bəri keçirilən bu festival əvvəlcə İkinci Dünya müharibəsindən sonra ağır günlər yaşayan Polşa xalqının psixoloji vəziyyətini düzəltmək üçün təşkil edilmişdir.
Aleksandr Zasepin
Aleksandr Sergeyeviç Zasepin (rus. Александр Сергеевич Зацепин; 10 mart 1926, Novosibirsk, Sibir diyarı[d]) — tanınmış rus və sovet kino bəstəkarı, Rusiyanın xalq artisti (2003). Bir çox məşhur filmlərə bəstələdiyi musiqilərlə şöhrət qazanmışdır. == Həyatı == Aleksandr Sergeyeviç Zasepin 10 mart 1926-cı ildə Novosibirskdə dünyaya gəlmişdir. Atası Sergey Dmitriyeviç Zasepin, anası isə Valentina Oksentoviç Boleslavovna olmuşdur. O, məktəbi bitirdikdən sonra Novosibirsk dəmiryol nəqliyyatı mühəndisliyi institutuna daxil olur. 1945-ci ilin martında onu ali məktəbdən çıxarıb ordu sıralarına aparırlar. Hərbi xidmətdə olarkən Zasepin təkbaşına bir neçə musiqi alətində ifa etməyi öyrənir və buna görə də Novosibirsk qoşunlarındakı mahnı və rəqs ansamblına gedir. 1947-ci ildə Aleksandr ordudan tərxis olunandan sonra Novosibirsk filarmoniyasına dəvət alır. Hələ Alma-Atada olarkən A. Zasepin qərara alır ki, öz sənədlərini musiqi məktəbinə versin, lakin ona birbaşa konservatoriyaya daxil olması barədə zəmanət verirlər.