Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamenka
Kamenka (Penza) —
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. == Həyatı == Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir.Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. == Məşhurluq dövrü == 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Kamenka (Auırqazı)
Kamenka (başq. Каменка, rus. Каменка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (83%) üstünlük təşkil edir.
Kamenka (Avurğazı)
Kamenka (başq. Каменка, rus. Каменка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Məsəli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Məsəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Çuvaşlar (83%) üstünlük təşkil edir.
Kamenka (Penza)
Kamenka — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Kamenka çayı
Kamenka — Rostov vilayəti ərazisindən axan çay. Mius çayınln sol qolunu təşkil edir. Çayın uzunluği 36,5 kilometrdir. Ən böyük qolu Makarovadır. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi isə Ryajenoe kəndidir ki, buradada 2242 nəfər yaşayır. == Adı == Çayın adı ruscadan tərcümədə «daş» sözündən törəmişdir. == Axarı == Çay öz başlanğıcını Marevka kəndinin 4 km şimal-şərqindən götürür. İlkin axarı boyunca cənub-qərbə axır. Politotdelskoe kəndi yaxınlığında ən böyük qolu olan Makarovanı qəbul edir. Kamenno-Andrianovo kəndindən isə istiqaməti qərbə götürür.
İrina Zaretska
İrina İqorevna Zaretska (4 mart 1996, Odessa) — Azərbaycanı təmsil edən karateçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. İrina Zaretska 2018-ci ildə İspaniyanın Madrid şəhərində baş tutan Dünya Çempionatının və 2021-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, Karate üzrə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycanlı qadın idmançı olub. İrina Zaretska 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının gümüş medalına sahib olub. İrina Zaretska həmçinin 2016-cı ildə Fransada və 2021-ci ildə Xorvatiyada Avropa Çempionatının qızıl medallarını qazanıb. İrina Zaretska 2014-cü ildən Dünya Karate Federasiyasının (WKF) "Karate-1" Pemyer Liqasında mübarizə aparır. 9 mövsüm ərzində o, 10 dəfə Premyer Liqanın qalibi olub. İrina Zaretska ümumi olaraq 21 dəfə (10 qızıl, 6 gümüş və 5 bürünc) Premyer Liqanın medallarına sahib olub — BƏƏ Premyer Liqasında 4 medala (2017-ci və 2022-ci illərdə qızıl, 2019-cu ildə gümüş, 2020-ci ildə bürünc), Niderland Premyer Liqasında 3 medala (2014-cü və 2017-ci illərdə qızıl, 2016-cı ildə bürünc), Almaniya Premyer Liqasında 2 medala (2016-cı ildə qızıl, 2018-ci ildə gümüş), Fransa Premyer Liqasında 2 medala (2017-ci ildə gümüş, 2020-ci ildə qızıl), Türjiyə Premyer Liqasında 2 medala (2015-ci ildə qızıl, 2021-ci ildə bürünc), Rusiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl, 2021-ci ildə bürünc), Misir Premyer Liqasında 1 medala (2015-ci ildə gümüş), Mərajeş Premyer Liqasında 1 medala (2018-ci ildə gümüş), Yaponiya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), İspaniya Premyer Liqasında 1 medala (2019-cu ildə qızıl), Avstriya Premyer Liqasında 1 medala (2020-ci ildə bürünc) və Portuqaliya Premyer Liqasında 1 medala (2022-ci ildə gümüş) sahib olub. İrina Zaretska Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Karyerası ərzində 69 beynəlxalq yarışa qatılan İrina Zaretska onların 17-də qızıl medal, 13-də gümüş medal, 8-də isə bürünc medal qazanıb.