Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (1993, Male) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Eria amica
Pinalia amica
Pinalia amica (lat. Pinalia amica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Miçat qətliamı
Miçat qətliamı (vyet. Thảm sát Mỹ Trạch) — Birinci Hind-Çin müharibəsində Fransa ordusunun vyetnamlı mülki şəxslərə qarşı törətdiyi müharibə cinayəti. Fransa qoşunları 29 noyabr 1947-ci ildə səhər saat 5-dən səhər saat 8-ə qədər Vyetnamın Kuanqbin vilayətinin Lethyui rayonunun Mithyui kommunasının Miçat kəndində qətliam törətmişdilər. Fransa ordusu burada 326 evi yandırmış və kənd sakinlərinin yarıdan çoxunu qətlə yetirmişdir. Fransa qoşunları bir çox qadını öldürməzdən əvvəl onları zorlamışdılar. Fransa ordusu Miçatda 300-dən çox mülki sakini, o cümlədən 170 qadın və 157 uşağı qətlə yetirmişdir. Qətliam yeri Miçat Dəmiryol Stansiyasının yanında, Şimal-Cənub Dəmiryolunda yerləşən Miçat körpüsünün ətəyində idi. Fransa əsgərləri qurbanları körpünün ətəyinə məcburən apararaq onları sıraya düzmüş, sonra pulemyot atəşi ilə öldürmüşdür. Miçat sakinləri hər il 29 noyabr tarixində "Nifrət tarixi" kimi yas tuturlar. 27 dekabr 2001-ci ildə Vyetnam Mədəniyyət Nazirliyi memorial saytın yerləşdiyi memorial parkı Vyetnamın Milli Tarixi Reliktlərindən biri kimi təsnif etmişdir.
Çukot-kamçat dilləri
Çukot-kamçat dilləri — Şimal-şərqi Sibirdə dil ailəsi. Kiril qrafikalı əlifbalı dillər siyahısı Чукотско-камчатские языки — статья А. П. Володина в сборнике «Языки мира: Палеоазиатские языки». М., 1997.