Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manovo-Qounda-Sen-Floris Milli Parkı
Manovo-Qounda-Sen-Floris Milli Parkı — Afrika qitəsində, Mərkəzi Afrika Respublikasında yerləşən milli park. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Milli parkın ümumi sahəsi 1.740.000 hektardır və Mərkəzi Afrika Respublikasının ən böyük milli parkıdır. Bu park ölkənin əhəmiyyətli flora və fauna müxtəlifliyinə ev sahibliyi. Parkın düzənliklərində qara kərgədanlar, fillər, bəbirlər, hepardlar, çöl itləri, qırmızı sinəli ceyranlar və bufalolar, şimal su hövzələrində müxtəlif növdə su quşları yaşayır. Parkda üç çay və Bonqo sıradağları yerləşir. 1988-ci ildə Manovo-Qounda-Sen-Floris Milli Parkı 475-ci üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Lenovo
Lenovo LTD (çin. 联想集团有限公司, ing. Lenovo Group Limited) — Pekində təsis edilmiş müasir kompüter texnologiyaları istehsal edən şirkət. Şirkət kompüter, notbuk, smartfon, planşet və s. müasir texnoloji avadanlıqlar istehsalı ilə məşğuldur. Lenovo 2018-ci ildə dünyanın ən böyük kompüter istehsalçısı oldu. Şirkət, 60-dan çox ölkəd fəaliyyət göstərir və məhsullarını 160-dan çox ölkədə satır. Lenovo 1984-cü ildə Legend adı altında Pekində qurulmuş, 1988-ci ildə isə Honq-Konqa köçmüşdür. == Tianxi modeli == Tianxi kompüteri, təcrübəsiz Çin istehlakçılarının kompüterdən istifadə etməsini və internetə çıxmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Ən vacib xüsusiyyətlərindən biri, istifadəçiləri İnternetə anında bağlaya bilməsi və veb brauzer ilə işləyə bilirdi.
İvanovo
İvanovo — Uvod çayın sahilində yerləşən mərkəzi Rusiyada şəhər (1871), İvanovo vilayətinin inzibati mərkəzi. 1932-ci ilə qədər İvanovo-Voznesensk adlanırdı. Əhalisi — 409 285 nəfər (2015-ci ilin məlumatları). İvanovo-Voznesensk şəhəri təxminən XV əsrdə mövcud olmuş və 1871-ci ildə İvanova qəsəbənin Voznesensk kəndinin birləşməsi yolu ilə yaradılmışdır. İvanova ilk növbədə öz sənayesi, təhsil müəssisələri və inqilab tarixi ilə məlumdur. İvanovo "Gəlinlərin Şəhəri", "Çit diyar",Rusiyanının toxuculuq paytaxtı eləcə də "Rus və Qırmızı Mançester" kimi adlarla tanınır. Şəhər Rusiyanın “qızıl üzüyü” sayılır. İnzibati olaraq, şəhər dörd rayondan ibarətdir (əhali: nəf.): Frunzenskiy (111 732) Oktyabrskiy (1961-ci ilə qədər — Stalinskiy) (87 298) Sovetskiy (59 989) Leninskiy (147 914) Bir neçə şəhər İvanovo şəhərinin qardaş şəhər statusu mövcuddur. Sovet dövründə İvanovo Polşanın Lodz şəhəri ilə ən yaxın əlaqələri vardı. İvanovoda "Lodz" adlı kinoteatrı var idi və 1990-cı illərin əvvəllərində Lodz mərkəzində də "Ivanovo" kinoteatrı yerləşirdi.
Zenodo
Zenodo — Avropa OpenAIRE proqramı çərçivəsində hazırlanmış və CERN tərəfindən idarə olunan ümumi təyinatlı açıq repozitoriyadır. O, tədqiqatçılara tədqiqat məqalələrini, verilənlər toplusunu, tədqiqat proqramlarını, hesabatları və tədqiqatla əlaqəli digər rəqəmsal artefaktları saxlamağa imkan verir. Hər bir təqdimat üçün daimi rəqəmsal obyekt identifikatoru (DOI) yaradılır ki, bu da saxlanılan elementləri asanlıqla istinad etmək imkanı verir.
Zalov
Zalov — Azərbaycan soyadı. Elçin Zalov (1995—2020) — Vətən müharibəsi şəhidi. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi şəhidi. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Antonio Kanova
Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[…] – 13 oktyabr 1822[…], Venesiya[…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard Vestmakott və Con Qibson Kanovanın ingilis şagirləri arasındadır. == Həyatı == Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı.
Glochidion manono
Glochidion manono (lat. Glochidion manono) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diasperus manono (Baill. ex Müll.Arg.) Kuntze Phyllanthus manono (Baill. ex Müll.Arg.) Müll.Arg.
Manolo Blanik
Manolo Blanik (isp. Manolo Blahnik; 27 noyabr 1942) — ispan ayaqqabı dizayneri və eyniadlı şirkətin təsisçisi. == Bioqrafiyası == Blanik ailəsinin banan əkdiyi Kanar adalarında, İspan və Çex ailəsində anadan olmuşdur. 1965-ci ildə Cenevrə Universitetini bitirmişdir, burada hüquq və ədəbiyyat öyrənmiş, dizaynı öyrənmək üçün isə Parisə köçmüşdür. 1970-ci ildə Londona köçmüşdür. Vogue Italia jurnalında bir ayaqqabı sütununa rəhbərlik etdi. Eskizlərini görən Diana Vriland, gəncə vaxt itirməməyi və ayaqqabı dizaynı ilə məşğul olmağı tövsiyə etdi. Üç il sonra, Çelsi şəhərində Zapata mağazasını satın alaraq ilk mağazasını açmışdır. 1979-cu ildə Blanik Nyu-Yorkdakı Medison prospektində bir butik açaraq Perri Ellis və Calvin Klein ilə əməkdaşlıq etməyə başlamışdır. 1990-cı illərdə Con Qalyano və İv Sen Loran ilə birlikdə çalışaraq şöhrət qazanmışdır.
Trnovo platosu
Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu. Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir. Trnovo platosunda üç təbiət qoruğu mövcuddur: Böyük Paradana buz mağarası; Qolak zirvələri (1 495 m) və Ladin dərəsi (sloven. Smrekova draga); Smrecye meşə qoruğu; Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır.
Vasili Lanovoy
Vasili Semyonoviç Lanovoy (16 yanvar 1934, Moskva – 28 yanvar 2021, Moskva) — rus aktyoru. SSRİ xalq artisti (1985). Lenin mükafatı laureatı (1980). Va­si­li La­no­voy 1934-cü il yan­va­rın 16-da dün­ya­ya göz açıb, uşaq­lıq il­lə­ri ba­cı­la­rı Va­len­ti­na və Lyud­mi­la ilə va­li­deyn­lə­ri­nin ça­lış­dı­ğı za­vo­dun ya­taq­xa­na­sın­da ke­çib. Bir də­fə Va­si­li dos­tu Vo­lod­ya ilə gəz­mə­yə ge­dir­lər. Yol­da afi­şa­da oxu­yur­lar ki, Pio­ner­lər sa­ra­yın­da Mark Tve­nin “Tom So­yer” ta­ma­şa­sı gös­tə­ri­lir. Dost­lar ta­ma­şa­ya bax­ma­ğa ge­dir­lər. Gö­rür­lər ki, ta­ma­şa­da oy­na­yan­la­rın ha­mı­sı on­la­rın həm­ya­şıd­la­rı­dır, qə­ra­ra gə­lir­lər ki, on­lar da akt­yor ol­sun­lar. Te­atr rəh­bə­rin­dən xa­hiş edir­lər ki, on­la­rın da ad­la­rı­nı dər­nə­yə yaz­sın. Be­lə­lik­lə, Va­si­li sə­nət alə­mi­nə qə­dəm qo­yur.
Yekaterina Tanova
Yekaterina Tanova (tuvaca: Екатерина Түктүг-ооловна Танова , d. 27 mart 1930) – tuvalı şair, hekayə yazıçısı, dramaturq, tərcüməçi və tarix elmlər doktoru. 1930-cu ilin 27 martında Süt-Gölün Qaraçıraada məntəqəsində anadan olmuşdur. Ədəbi yaradıcılığa 1951-ci ildə başlamışdır. Tuva Uşaq Ədəbiyyatını yaradanlardan biridir. SSRİ-nin Yazıçılar və Jurnalit Cəmiyyətinin üzvüdür. O, L.B.Çadamba adına Uşaq Ədəbiyyatı mükafatının sahibidir. Tarix elmlər doktoru olan Tanovanın əsərləri ukraynaca, rusca, monqolca, almanca, yakutca, qırğızca, altayca və xakascaya tərcümə edilmişdir. 20-dən çox əsərin müəllifidir. “İlbilig Sogun”, “Tutturbayn çoza-çorza”, “Düjümetke turaskaal”, “Balıkçı bagay-ool” adlı əsərləri vardır.
Zanoqe təpəsi
Zanoqe təpəsi (bolq. хълм Заноге, ‘Halm Zanoge’ \'h&lm za-'no-ge\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-qərbdə yerləşən, 710 m hündürlüklü təpədir. Təpə Srednoqori yüksəkliyinə daxildir və Malorad buzlağından şimal-şərqdə yerləşmişdir. Təpə qərbi Bolqarıstanda yerləşən Zanoqe şəhərinin adını daşıyır. Zanoqe təpəsi 63°34′55″ c. e. 58°46′05″ q. u. koordinatlarında yerləşmişdir. İqnatiyev dağından 6.53 km şimal-qərbdə, Qreben təpəsindən 2.6 km şimalda, Henson təpəsindən 2.96 km şimal-şərqdə, Eremiya təpəsindən 4.78 km cənub-qərbdə, Korner zirvəsindən 4.41 km qərbdə yerləşmişdir.
İvanovo vilayəti
İvanovo vilayəti (rus. Ивановская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Mova nanova
Mova nanova (belar. Мова Нанова, hərfi tərcüməsi – "Yenidən dil") — 13 yanvar 2014-cü ildən Belarusun paytaxtı Minskdə keçirilən belarusca kurs. Bu qeyri-kommersiya QHT Belarusun rus dili ilə yanaşı iki rəsmi dilindən biri olan belarus dilinin gündəlik istifadəsini genişləndirmək məqsədi daşıyan mədəni və linqvistik təşəbbüsdür. Dərslər "Ў" müasir incəsənət qalereyasında keçirilir. Təşəbbüs populyarlıq qazanmış və yerli səviyyədə digər regionlardakı şəhərlər tərəfindən bəyənilmişdir. İndiki dövrdə bu kurslar Baranoviçi, Qrodno, Bobruysk, Nesvij, Brest, Molodeçno, Mogilyov, Vitebsk və Qomel şəhərlərində də fəaliyyət göstərir. Müəssisə Belarusdan kənarda da genişlənmişdir və Krakovda filial qrupu var. 23 iyul 2021-ci ildə "Mova nanova" Minsk rayon icraiyyə komitəsi tərəfindən məcburi şəkildə ləğv edilmişdir. Ləğvetmə üçün formal səbəb olaraq təşəbbüsün vebsaytında Belarusda rəsmi qeyduyyatda olmayan "BelSat" telekanalının loqotipinin istifadə edilməsi göstərilmişdir. "Mova nanova" dil kursları fəaliyyətə ilk növbədə Minskdə başlaymışdır.
Vera Panova
Vera Fedorovna Panova (rus. Ве́ра Фёдоровна Пано́ва; 7 (20) mart 1905, Rostov-na-Donu, Don Voysko vilayəti[d] – 3 mart 1973[…], Leninqrad) — Rus sovet yazıçısı və dramaturqu. Üç Stalin mükafatı laureatı (1947, 1948, 1950). Vera Fedorovna Panova 7 mart 1905-ci ildə Rostovda bank işçisinin ailəsində anadan olub. Atası Rostovda ən varlı tacir ailəsi sayılan Qribanovların nümayəndəsi idi. O, tacirlər gildiyasına mənsub idi. Lakin XX əsrin əvvəllərində müflis olmuş və şəhər bankında maliyyə işlərinə baxaraq çörək pulu qazanırdı. Veranın beş yaşı olanda ailə başçısı qeyri-müəyyən şəraitdə suda boğularaq öldü. Anası uşaqları tək böyütməyə məcbur oldu. İdarə işçisinin maaşı (anasının təhsilinin musiqi müəllimi olmasına baxmayaraq) və bankın ailə başçısı olmayan qadınlara ödədiyi təqaüd hesabına ailəni dolandırmağa güclə yetirdi.
Diasperus manono
Glochidion manono (lat. Glochidion manono) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diasperus manono (Baill. ex Müll.Arg.) Kuntze Phyllanthus manono (Baill. ex Müll.Arg.) Müll.Arg.
Phyllanthus manono
Glochidion manono (lat. Glochidion manono) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diasperus manono (Baill. ex Müll.Arg.) Kuntze Phyllanthus manono (Baill. ex Müll.Arg.) Müll.Arg.
Anoto Qabriel
Anoto Qabriel - (1853-1944) - fransız tarixçisi və dövlət xadimi. Fransa Akademiyasının üzvü (1897). Həmin ildən Fransa Dövlət arxivinin rəisi. == Həyatı == Anoto Qabriel 1853-cü ildə anadan olmuşdur. Siyasi fəaliyyətinə görə İstanbulda səfirlikdə işləməklə başlamış, respublikaçılar partiyasının deputatlar palatasına üzv seçilmişdir. O, 1894–1898-ci illərdə Fransanın xarici işlər naziri olmuşdur. Fransanın müstəmləkəçilik siyasətinin ən fəal tərəfdarı kimi Şərqdə və Afrikada hərbi ekspedisiyaların təşkilində mühüm rol oynamışdır. Onun təsiri ilə 1894–1896-cı illərdə Madaqaskar adası işğal olunub Fransa imperiyasının tərkibinə daxil edilmişdir. Anoto Almaniyanın xarici siyasətinin təcavüzkar xarakterini dərk edərək Rusiya ilə yaxınlaşma tərəfdarı olmuşdur. Onun əsərlərinin çoxu başlıca olaraq Fransanın orta və yeni əsrlər tarixinin tədqiqinə həsr olunmuşdur.
Elçin Zalov
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir.[mənbə göstərin] === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi. Onun ailəsində 3 uşaq olub – özü, qardaşı Nicat və bacısı Gültəkin.
Oleq Xanov
Oleq Zakiroviç Xanov (başq. Олег Закир улы Ханов; 11 avqust 1951, Kızqı, Başqırd MSSR) — Rusiya teatr və kino aktyoru, səhnə rejissoru. Stanislavski Mükafatı laureatı, Başqırdıstan MSSR xalq artisti, RSFSR-nin əməkdar artisti. Professor, Petrovsk Elmlər və Sənətlər Akademiyasının müxbir üzvü (2005). Rusiya Federasiyası Dövlət Mükafatı laureatı. 2012-ci ildən Məjit Qafuri adına Başqırdıstan Akademik Bəddi Dram Teatrının rəhbəri. Xanov Oleq Zakir oğlu Başqırd Muxtar Sovet Sosialist Respublikasının Arxangelsk rayonunun Kızqı kəndində anadan olub. 1973-cü ildə Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunu bitirib. Oleq Xanov 15 il Başqırd Akademik Teatrında çalışıb. Ufada M.Qafuri adına Respublika Gənc Tamaşaçılar Teatrında dörd il rəhbər olub.
Oruc Zalov
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı. Zalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən daxili işlər orqanlarında xidmət etmişdir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Ailəlidir. Üç övladı var.
Əli Zalov
Əli Zal oğlu Zalov (23 may 1966, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan alimi, kimya elmlər doktoru, professor. Əli Zalov 23 may 1966-cı ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. 1983-cü ildə Cəbrayıl şəhər 1 saylı orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1986-cı illərdə ordu sıralarında xidmət etmiş, 1991–1994-cü illərdə isə ADPU-nun analitik və fiziki kimya kafedrasının aspirantı olmuşdur. 1997-ci ildə prof. N. A. Verdizadənin rəhbərliyi ilə "Molibden və volframın kükürd- və azotlu liqandlarla komplekslərinin tədqiqi və onların fotometrik analizdə tətbiq mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi, 2017-ci ildə "Bəzi d- və f-keçid elementlərinin 2-hidroksitiofenol, onun törəmələri və hidrofob aminlərlə müxtəlifliqandlı kompleksləri fotometrik analizdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2022-ci ildə professor elmi adı almışdır. 1992-ci ildən ADPU-nun analitik və fiziki kimya kafedrasının nəzdindəki "Koordinasion birləşmələr" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Ə. Zalov sonra baş elmi işçi vəzifəsini tutmuş, kafedrada baş müəllim və dosent kim kimi əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışır. O, 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə "XXI əsrin gənc alimi" Beynəlxalq Diplomu ilə təltif olunmuşdur.
Vidadi Zalov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
İmran Zalov