Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Masuzo Madono
Masuzo Madono — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Qrodno qalası
Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalası — Belarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir. Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir. Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi.
Qrodno vilayəti
Qrodno vilayəti (belar. Гродзенская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Qrodno Azot
Qrodno Azot (belar. Гро́дна Азо́т) — Belarus dövlət şirkəti və açıq səhmdar cəmiyyətidir. Azot birləşmələri və gübrələrinin istehsalçısıdır. 1963-cü ildə azot gübrələri istehsal edən zavod kimi yaradılmışdır. Belneftexim Belarus Dövlət Neft və Kimya Konserninin bir hissəsidir. Qrodno şəhəri, Kosmonavtlar prospekti, 100 ünvanında yerləşir. Şirkətdə 5 istehsalat növü var. Burada 50-yə yaxın kimyəvi məhsul istehsal olunur: texniki maye ammonyak, azot gübrələri - karbamid, karbamid-ammonyak qarışığı, ammonium sulfat, metanol tenik, kaprolaktam, biodizel və maye karbon qazı. Qrodno Azot 2016-cı ildən ABŞ, daha sonra Avropa İttifaqı və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalar altındadır. 1960-cı ilin oktyabrında müvəqqəti yardımçı binaların tikintisinə başlanıldı.
Neman Qrodno FK
Nioman FK (Qrodno) — Belarusun futbol klubu. 1964-ci ildə yaranıb. 3 dəfə Avropa kuboklarında iştirak edib. 1 dəfə Belarus Kubokunun qalibi - 1993-cü il.
Müqəddəs Fransis Xavier kafedralı (Qrodno)
Müqəddəs Fransis Xavier kafedralı — Belarusun Qrodno şəhərində yerləşən Roma Katolik Kafedralıdır. Əvvəlcə bir Yezuit kilsəsi olan bina, 1991-ci ildə, Qrodno yeni yeparxiyasının qurulduğu bir kafedral oldu. Kilsənin inşasına 1687-ci ildə başlanmışdır. Barokko üslubunda tamamlanan bina 1705-ci ildə Müqəddəs Frensis Xavierin şərəfinə adlandırılır. 1773-cü ildə monastır dağıdıldı və bina kilsəyə çevrildi. Kilsə II Dünya Müharibəsindən ciddi bir zərər görmədən sağ qaldı. 1960-cı ildə ictimai bir dini xidmət üçün rəsmi olaraq bağlandı (27 il). Kommunist hakimiyyəti binanı muzeyə və ya konsert salonuna çevirməyə çalışdı. Buna baxmayaraq, insanlar hər bazar günü ümumi bir dua və mahnı üçün kilsəyə qatıldılar. 1987-ci ildə dini xidmətlər bərpa edildi.