Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yamayka
Yamayka (ing. Jamaica [dʒəˈmeɪkə]) — Karib hövzəsində, Millətlər Birliyinin tərkibində olan ada dövləti. Mərkəzi Amerikada, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022 km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavidağdır (2256 m.). Xristofor Kolumb Yamaykanı 1494-cü ilin mayın 5-də kəşf etmişdir. Yamayka dünyada boksit ehtiyatlarına görə 4-cü, hasilatına görə 2-ci yeri tutur. Ölkə üçün turizm əsas gəlir mənbələrindən biridir.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Lippia:The Plant List saytında takson barədə məlumat.
Kenita Mahayka
Kinqston (Yamayka)
Kinqston (Kingston) — Yamaykanın paytaxtı və əsas portu. Karib dənizində yerləşir, əhalisi 580 min nəfərdir. Kinqston Karib regionunda ən böyük ingilisdilli şəhərdir. 1693-ci ildə Böyük Britaniya tərəfindən salınıb, 1872-ci ildən Yamaykanın inzibati mərkəzi idi.
Yamayka bayrağı
Yamayka bayrağı — Yamaykanın Dövlət bayrağı.
Yamayka boğazı
Yamayka boğazı — Karib dənizində Yamayka və Haiti adaları arasında yerləşir. Külək üstü boğazının cənub-qərb davamını təşkil edir. Eni 190 km, dərinliyi 1200 m təşkil edir. Haitidən 55 km qərbdə Novassa adası vardır ki, məskunlaşmamış ada olaraq sahəsi 5,2 km² təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolunun üzərində yerləşir.
Yamayka dolları
Yamayka dolları (beynəlxalq işarə — JMD, ölkənin daxilində — JD və ya J$) — Yamaykanın pul vahididir. 1 dollar 100 sentə bərabərdir. Mübadilədə 1, 2, 5, 10, 20, 50, 100, 500, 1000 və 5000 dollarlıq əsginaslardan, 5, 10, 20, 25, 50 sentlik və 1, 5, 10 və 20 dollarlıq sikkələrdən istifadə olunur. Eyni zamanda mübadilədə köhnə buraxılışların sikkələri və böyük miqdarda yubiley sikkələr mövcuddur. Tez-tez yubiley sikkələrin buraxılışı həyata keçirilir. 1840-cı ilə qədər Britaniya funtu, yerli buraxılışların sikkələri və İspaniya sikkələri mübadilədədə bərabər səviyyədə istifadə olunurdu. 1840-cı ildən 1969-cu ilə qədər Yamayka funtu əsas pul vahidi oldu. Bundan başqa, 1955-ci ildən 1964-cü ilə qədər Vest-hind dollarından da istifadə edilmişdir. Yamayka dolları ölkədə daxil edilənə qədər Kayman adalarında rəsmi valyuta kimi, Kayman adaları dolları adı altında 1972-ci ilə istifadə olunmuşdur.
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Zabaykal diyarı
Zabaykal diyarı (rus. Забайкальский край) — Rusiya Federasiyasının subyektlərindən biri.
Yamayka maronları
Yamayka maronları — Yamaykada yaşayan xalq. Onlar Yamayka koloniyasında köləlikdən qurtulmuş və adanın dağlıq daxilində, ilk növbədə şərq kilsələrində azad qara insanlardan ibarət icmalar quran afrikalılardan törəmişdilər. İspanların Yamayka üzərində hökmranlığı zamanı (1493–1655) əsarət altına alınan afrikalılar belə qaçqın icmalarını ilk yaradanlar ola bilər. Onlar həmçinin, Syerra-Leonedə kreol etnik kimliyini formalaşdırmışdılar.
Carica papaya
Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü. Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.
Azərbaycan–Yamayka münasibətləri
Azərbaycan–Yamayka münasibətləri — Azərbaycan Respublikası ilə Yamayka arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Yamayka Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 6-da tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 22-də qurulmuşdur.
Zabaykal Kazak Respublikası
Zabaykal Ağ Respublikası (bəzi mənbələrdə Zabaykal Respublikası, Zabaykal Kazak Respublikası)— Rusiya vətəndaş müharibəsi dönəmində Zabaykal ərazisində Ağların təşkil etdikləri və 1918 ildən 1920 ilə qədər idarə etdikləri dövlət. 25 avqust 1918-ci ildə Çita Sovet hakimiyəti mövcudluğunu itirir. Burada menşevik İ. A. Baksberq, eser S. О. Volodoqski, kadet N. L. Ananin, sosialist K. S. Şreyer və başqaları olmaqla yeni hakimiyyət orqanı olan Müvvəqqəti Sibir hökuməti qurulur. Burada sovetlərin həyata keçirdiyi bütün tədbirlər ləğv edilir. 14 sentyabr 1918 ildə ataman Qriqori Mixayloviç Semyonov Çitaya gəlir. Yaponların dəstəyi ilə onun vahid hakimiyyətə can atması yüksəlir. O, ayrılmış Şərqi Sibir ordusunun komandanı təyin edilir. Ordu atamanı vəzifəsini alır. 9 iyun 1919-cu ildə Aleksandr Kolçakın nümayədəsi və bölgədə sakit-sabitliyin təminatçısı vəzifəsi ilə şərəfləndirilir. Semyonov şəxsi baxımından digər patiyalara müsbət yanaşmasada çox partiyalığa imkan verməli olur.
Edinburq qalası (Yamayka)
Edinburq qalası (ing. Edinburgh Castle) — Yamaykanın Sent-Enndə mülk və indi xaraba qalmış ev. Bu, Yamaykanın ən erkən qeydə alınmış serial qatili Lyuis Hatçinson tərəfindən tikilmişdir. Qarşı künclərdə diaqonal olaraq iki dairəvi, boşluqlu qüllələri var idi. Xarabalar Yamaykanın Milli İrs Abidələri siyahısındadır. Yaxınlıqda eyniadlı kiçik bir kənd var, həmçinin Sent-Tomasda eyniadlı qəsəbə yerləşir. == Populyar mədəniyyətdə == "Assassin's Creed III" videooyununda köhnəlmiş tərk edilmiş Edinburq qalası Cozef Palmeri öldürdükdən sonra Lyuis Hatçinsonun şəxsi kolleksiyasına daxil olan Kapitan Kiddin xəzinə xəritəsinin parçalarından birini axtarmaq üçün oyunun protaqonisti Konnor Kenuey tərəfindən tədqiq edilir. == İstinadlar == == Xarici keçidlər == Aerial view.
Yamayka valyuta sistemi
Yamayka valyuta sistemi — 8 yanvar 1976-cı ildə Yamayka tərəfindən qəbul edilmiş, valyuta məzənnələrinin hökumət tərəfindən deyil, bazar tərəfindən təyin edildiyi müasir beynəlxalq pul sistemi. Mübadilə məzənnələrində daimi dalğalanmalar ilə xarakterizə olunur, buna görə də sabitdən fərqli olaraq üzən adlanır. Yamayka sistemi 1976-1978-ci illərdə Bretton-Vuds pul sisteminin yenidən təşkili nəticəsində formalaşmışdır. Əsas xüsusiyyətlər və prinsiplər: qızıl standartı və qızıl paritetləri rəsmi olaraq ləğv edildi (həm daxili, həm də beynəlxalq əməliyyatlar üçün valyutaların qızıla bağlanması ləğv edildi); qızılın demonetizasiyası qeydə alınmışdır: mərkəzi banklara qızılı adi əmtəə kimi bazar qiymətləri ilə satmağa və almağa icazə verilir; valyuta ehtiyatlarının formalaşdırılması üçün “dünya pulu” kimi istifadə oluna bilən SDR sistemi (Special Drawing Rights, English SDR) tətbiq edilmişdir. BVF SDR-lər buraxır. SDR-in funksiyalarına həmçinin tədiyyə balanslarının tənzimlənməsi və milli valyutaların dəyərinin ölçülməsi daxildir; SDR-dən əlavə, ABŞ dolları, funt sterlinq, İsveçrə frankı, Yapon yeni, Alman markası və Fransa frankı rəsmi olaraq ehtiyat valyuta kimi tanındı (son ikisi avroya çevrildi); sərbəst üzən məzənnə rejimi qurulmuşdur: onların kotirovkası tələb və təklif əsasında valyuta bazarında formalaşır; dövlətlər məzənnənin formalaşması rejimini bir neçə variantdan müstəqil müəyyən edə bilərlər. Yeni sistemin əsas praktiki əhəmiyyəti valyutaların qızıl tərkibinə əsaslanan sabit məzənnələrdən üzən məzənnələrə keçid idi. Qızıl bazarı böyük pul bazarından bir növ əmtəə bazarına çevrilmişdir. Yamayka valyuta sisteminin fəaliyyət mexanizmini aşağıdakı kimi təsvir etmək olar. BVF-nin üzvü olan ölkələr fondun əsas kapitalındakı paylarına uyğun olaraq SDR-lərin müəyyən hissəsini aldılar.
Yamayka zəlzələsi (1692)
1692-ci il Yamayka zəlzələsi iyun ayının 7-də Yamaykanın Port Royal şəhərində baş vermişdir. 1959-cu ildəki qazıntılar zamanı limanda tapılmış olan cib saatı zəlzələnin yerli vaxtla 11:43 radələrində baş verdiyini göstərir. O zamanlar "Vest Hindistanın anbarı və xəzinəsi" və "yer üzündəki ən pis yerlərdən biri" kimi tanınan Port Royal müstəmləkəçi Yamaykanın əsas şəhəri və Amerika qitəsinin ən işlək və zəngin limanlarından biri, həmçinin Karib dənizində fəaliyyət göstərən bir çox şəxsi və quldurlar üçün ümumi ev və liman idi. 1692-ci il zəlzələsi şəhərin çox hissəsinin dəniz səviyyəsindən aşağı səviyyəyə enməsinə səbəb olmuşdur. Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 2000-ə yaxın insan, sonrakı günlərdə isə daha 3000 nəfər yaralanma və xəstəliklərə görə həyatını itirmişdir.
Yamayka milli futbol komandası
Yamayka milli futbol komandası (ing. Jamaica national football team) — Futbol turnirlərində və beynəlxalq yarışlarda Yamaykanı təmsil edən komandadır. Yamayka Futbol Federasiyası tərəfindən nəzarət edilir. Komanda ümumilikdə bir dəfə FİFA Dünya Kubokunda (1998-ci il) iştirak etmişdir. Bu çıxış nəticəsində Yamayka bütün dünyada azarkeş toplusu əldə etmişdir. Yamayka yığması 3 dəfə (1991, 1998 və 2005-ci ildə) Karib Kubokunun qalibi olmuşdur. Yamayka bu yarışda iki dəfə ikinci və iki dəfə də üçüncü yer tutmuşdur. Hal-hazırda komanda böhran vəziyyətindədir. Yamayka yığması 2007-ci ildə Karib Kubokunda iştirak etsə də, birinci raundun öhdəsindən gələ bilməmişdir. Hərçənd, raunddakı oyunlar Yamaykada keçirilmişdir.
Yamayka 2018 Qış Olimpiya Oyunlarında
Yamayka 2018 Qış Olimpiya Oyunlarında 2 idman növü üzrə 3 idmçançı ilə təmsil olunur. Onlar Bobsle və Sketeton üzrə yarışacaqlar. Bu Olimpiya yarışlarında ilk dəfə olaraq milliyə qadın idmançılarda daxildir. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq bobsley və skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Nəticələrə görə Yamayka ilk dəfə bu idman növündə qadın idmançı ilə təmsil olunmağa layiq görülmüşdü. Qadınlar Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Yamayka bu yarışlarda idmanşı ilə təmsil hüququ əldə etməsə də Rusiyanın kvotası ona verilmişdir.
1692-ci il Yamayka zəlzələsi
1692-ci il Yamayka zəlzələsi iyun ayının 7-də Yamaykanın Port Royal şəhərində baş vermişdir. 1959-cu ildəki qazıntılar zamanı limanda tapılmış olan cib saatı zəlzələnin yerli vaxtla 11:43 radələrində baş verdiyini göstərir. O zamanlar "Vest Hindistanın anbarı və xəzinəsi" və "yer üzündəki ən pis yerlərdən biri" kimi tanınan Port Royal müstəmləkəçi Yamaykanın əsas şəhəri və Amerika qitəsinin ən işlək və zəngin limanlarından biri, həmçinin Karib dənizində fəaliyyət göstərən bir çox şəxsi və quldurlar üçün ümumi ev və liman idi. 1692-ci il zəlzələsi şəhərin çox hissəsinin dəniz səviyyəsindən aşağı səviyyəyə enməsinə səbəb olmuşdur. Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 2000-ə yaxın insan, sonrakı günlərdə isə daha 3000 nəfər yaralanma və xəstəliklərə görə həyatını itirmişdir.