Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Taharka
Taharka (q.misir 𓇿𓉔𓃭𓈎, tꜣ-h-rw-k; akkad. , Tar-qu-u2, ivr. ‏ תִּרְהָקָה‏‎; Bibliyada Tirqak; Manefona görə Tarkos/Tarakos; Strabona görə Tearkon) — Qədim Misirin XXV sülaləsinin fironu (Efiopiya və ya Nubiya sülaləsi). O, təxminən e.ə. 690–664/663-cü illərdə hökm sürmüşdür. Taharka Assuriya padşahı Sennaxerib ilə döyüşə getmişdi və İudeya hakimi Ezekiyanın müasiri idi. Binalar tikdirməsi və dindarlığından başqa onun daxili siyasəti haqqında çox az şey məlumdur. Xarici siyasətə gəldikdə, Taharka Misirə iddialar qaldıran Assuriyaya qarşı çıxmışdır. Asarhaddon e.ə. 671-ci ildə Misirə yürüş edərək Nil deltasını tutmuşdur, firon isə Tebenə qaçmışdır.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Lippia:The Plant List saytında takson barədə məlumat.
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. == Həyatı == Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir. Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. == Məşhurluq dövrü == 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. == Tarixi == 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. == İstinadlar == == Ədəbiyyat == Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kazarka cinsi
Qırmızıdöş kazarka
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. == Həyatı == 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. == Karyerası == Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.
Papara SuperMassive
SuperMassive və ya sporsorluq razılaşmasına əsasən Papara SuperMassive – 2015-ci ildə yaradılmış Türkiyə kiberidman klubu. "League of Legends", "Valorant", "PUBG Mobile", "Arena of Valor", "Fortnite" kimi komandaları mövcuddur. == Tarix == Klub 2015-ci ilin avqust ayında Hakan Baş, Kaan Karamancı, Alper Özdemir, Onur Aksu və Fırat İleri tərəfindən qurulmuşdur. 2021-ci ildə "Blaze Esports" klubu ilə birləşərək "SuperMassive Blaze" adını almışdır. 2022-ci ildə sponsorluq razılaşmasına əsasən "Papara SuperMassive" adlanmağa başlamışdır. == League of Legends == === Daxili === "SuperMassive" 2016 mövsümünün qış splitində Türkiyə Çempionluq Liqasında yarışmağa başlamış və finalda "Beşiktaş" klubuna 3–1 hesabı ilə qalib gələrək ilk mövsümündə Türkiyə çempionu olmuşdur. Yay splitində isə normal liqanı birinci yerdə tamamlamış, finala çıxaraq "Dark Passage" klubuna 0–3 hesabı ilə uduzmuşdur. 2017 mövsümündə də komanda uğurlu çıxışına davam etmişdir. Qış splitində normal liqanı birinci yerdə tamamlamış, finalda "Crew Esports" klubuna 3–1 hesabı ilə qalib gələrək növbəti Türkiyə çempionluğunu qazanmışdır. Yay splitində normal liqanı ikinci yerdə tamamlamış, finala çıxaraq "Fenerbahçe" klubuna 0–3 hesabı ilə məğlub olmuşdur.
Təkcə adanı özünlə apara bilməzsən...
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.