Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zariver
Ağyoxuş, Zariver — Göyçə mahalında kənd. 1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər. Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Yuri Yarvet
Yuri Yevgeniyeviç Yarvet (est. Jüri Järvet) — Sovet və Estoniya aktyoru, Estoniya SSR-in xalq artisti (1969), SSRİ xalq artisti (1975). Yuri Yarvet (22 fevral 1938-ci ilə qədər Georgi Kuznesov) 1919-cu ildə Tallində anadan olmuşdur. Milliyyətcə rusdur. O, eston ailəsində tərbiyə alıb və rus dilini pis bilib. Onu filmlərdə rus aktyorlar səsləndirirdilər. O, ilk dəfə səhnəyə 1941-ci ildə çıxmışdır. 1946-cı ildə Yarvet Estoniya SSR-in Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1949-cu ildə Cənub-Eston teatrının baş rejissoru olmuşdur. Kəskin və bacarıqlı aktyor olan Yarvet yaradıcılığında fantaziya, yumor və faciədən istifadə etmişdir.
Milliyetçi Hareket Partisi
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Pyer İmbert Derevet
Pyer İmbert Derevet (22 iyun 1697[…], Paris – 27 aprel 1739[…], Paris) — Cavan Pyer adı ilə də tanınan rəssam. Pyer İmbert Derevet 22 iyun 1967-ci ildə Parisdə anadan olub. Atası Drevet ona bu sənəti öyrətmişdi və o 13 yaşında olarkən oyma işi ilə məşğul olurdu. Əvvəllər o Şarlz Lebrunun tərzini davam etdirirdi, lakin qısa müddət sonra o öz tərzini yaratdı və inkişaf etdirdi. O, atasının dəyişilməz ortağı oldu. 1723-cü ildə Pyer İmbert Riqaudun ardınca Bossetin portretini tamamladı. 1724-cü ildə Kardinal Dubanın portretini həkk etmişdi. 1730-cu ildə Adrienna Lükovrerin lövhəsini hazırlayıb. Samuel Bernard üçün hazırladığı qravüraya Riqaud rəsm çəkmişdi. Onun portretləri ilə yanaşı Pyer İmbert Derevet bir çox dini və tarixi lövhələr hazırlamışdı.