Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi. Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi.
Raraka
Raraka (fr. Raraka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan 40 km şərqdədir. Ensiz üzük formasına malikdir. Atollun sahəsi 7,2 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Fakarava kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erythropsis Lindl. Karaka Raf.
Baradla mağarası
Baradla mağarası (mac. Baradla–Domica-barlangrendszer) — Macarıstanın ən uzun və tədqiq edilmiş mağaralarından biri. Aqqtelek karstının bir hissəsi olub uzunluğu 25,5 km-dən çoxdur və 5.3 km uzunluğundakı Domika mağarası ilə birlikdə Baradla-Domika mağara sistemini əmələ gətirir. Mağara stalaktitləri ilə məşhurdur. == Haqqında == Mağara sisteminin təbii girişi Aqqtelek kəndində — kəndin kənarına tərəf baxan ağ yarğanın ayağında yerləşir. Onun buğumlu və əyri-üyrü əsas kanalı daş tunel və bir neçə nəhəng mağara ilə birlikdə 10 m genişliyində və 7–8 m hündürlüyündədir. Əsas qolu bir neçə qısa və uzun qollarla əlaqələnir. Mağaranın əsas hissəsində misilsiz mənzərə yaradan, müxtəlif rəngli və ölçülü stalaktitlər yerləşir. Mağarada yerləşən yeraltı çay isə daşqınlar vasitəsilə qidalanır. Mağaraya olan təbii girişlər qədim zamanlarda açılmışdır və burada Neolitik dövrün izləri tapılmışdır.
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Amiri Baraka
Amiri Bakara (7 noyabr 1934, Nyuark - 9 yanvar 2014, Nyuark) — Afroamerikalı yazıçı və şair. Əsl adı Everett Leroy Consdur. 1960-cı ildə ədəbiyyatda yeni cığır açan "Qara İncəsənət Hərakatı"nın banisi sayılır. Bu hərəkatla ədəbiyyatın irqçiliyə qarşı silah kimi istifadə oluna biləcəyini göstərmiş, yazdığı sosialist və anti-irqçi əsərləri ilə ədəbiyyata yenilik qazandırmışdır. Sistemə qarşı öz narazılığını əks etdirən oyun və şeirləri ilə tanınan Amiri Baraka 79 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. == Əsərləri (ingiliscə) == Preface to a twenty volume suicide note; poems. Blues people: Negro music in white America. Dutchman and The slave, two plays. The dead lecturer; poems. The system of Dante's Hell; a novel.
Arauka (departament)
Arauka(isp. Arauca) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimal-şərqində, Orinoko çayı hövzəsində yerləşir. Şimal və şərqdə Venesuela ilə sərhəddədir. İnzibati mərkəzi Arauka şəhəridir.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Semyon Farada
Semyon Farada (rusca :Семён Львович Фердман, Семён Фарада, d. 31 dekabr, 1933, Nikolskoye, Moskva – 20 avqust 2009, Moskva) — rus teatr və kino artisti. Semyon Farda çox filmlərdə çəkilib, onların içində ("Məhəbbətin formulu", "Həmin Minhauzen", "Əjdahanın ölümü" və s.) çəkilən, Taqanka teatrında çalışan 76 yaşlı artistin səhhətində ilk problem 1980-ci ildə yaranıb. 1988-ci ildə Faradanın ürəyində cərrahiyə əməliyyatı aparılıb, ürəyinə süni qapaq yerləşdirilib. Əməliyyat uğurlu keçib, hətta o vaxt aktyor dostlarıyla futbol da oynayıb. Ancaq 2000-ci ildə Farada infarkt keçirib. Yarım il sonra yıxılıb və omba sümüyü sınıb. Üç dəfə cərrahiyyə əməliyyatına məruz qalıb, sonradan ikinci dəfə infarkt onu yaxalayıb. Son vaxtlar aktyor 9 xəstəxana dəyişib. Semyon Farada 1999-cu ildə Rusiyanın xalq artisti adına layiq görülüb.
Toyokiçi Harada
Toyokiçi Harada (原田豊吉, Harada Toyokiçi, 1 yanvar 1861, Edo[d] – 2 dekabr 1894) – Yaponiya geoloqu və paleontoloqu. O, Yaponiyanın ilk müasir geoloqu hesab olunur. "Yaponiya geologiyasının atası" olan Edmund Naumanın tələbəsi və davamçısı olmuşdur. Toyokiçi Harada 1859-cu ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. 1874-cü ildə təhsil almaq məqsədilə Almaniyaya getmiş və Friburq Universitetində geologiya, mineralogiya və paleontologiya dərsləri almışdır. 1880-ci ildə Almaniyanın Heydelberq Universitetində paleontologiya sahəsində ixtisaslaşmışdır. Alp dağlarında geoloji tədqiqatlarla məşğul olduqdan sonra 1883-cü ildə Yaponiyaya qayıtmış və Daxili İşlər Nazirliyinə daxil olmuşdur. Harada Tokio Universitetində geologiya üzrə professor olmuş, eləcə də, fosillər haqqında dərslər demişdir. O, bir çox geoloji tədqiqat aparmış və Yaponiyanın geoloji mənşəyini öyrənməyə çalışmışdır. Edmund Nauman ilə Yaponiyanın geoloji quruluşu haqqında debatlar aparmışdır.
Yoşito Harada
Yoşito Harada (原田淑人, Harada Yoşito, 5 aprel 1885, Tokio – 23 dekabr 1974) – Yaponiya arxeoloqu və tarixçisi. Yoşito Harada 1885-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. O, Tokio Universitetində Asiya tarixi sahəsi üzrə dərəcə əldə etmiş və universitetin fakültəsinə qoşulmuşdur. Saytobaru qəbirlərində aparılan qazıntı işlərində iştirak etdikdən sonra 1921–23-cü illərdə ABŞ və Avropada arxeologiya üzrə təhsil almışdır. Harada mədəniyyət tarixi tədqiqatları ilə məşğul olmuş, Uzaq Şərqdə arxeologiya elmini inkişaf etdirmək məqsədilə 1925-ci ildə arxeoloq Kosaku Hamada ilə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur. O, Muyan kimi Han sülaləsinə aid qala ərazilərində, Bohay dövlətinin şərq paytaxtında, Çinin Koreya yarımadasında yerləşən Lolan mahalında qazıntı işləri apararaq Mərkəzi Asiya, Han və Tan sülalələri aid geyimləri, eləcə də, aksessuarları tədqiq etmişdir. "Kan rikuço no fukuşoku" (1937, "Han və Altı sülalənin geyim və aksessuarları") "Toa kobunka kenkyu" (1940, "Şərqi Asiya mədəniyyəti üzrə tədqiqatlar") Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983.
Baraka (Mortal Kombat)
Baraka (ing. Baraka) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Tarkatan tayfasındandır. Yerin döyüşçülərinə qarşı vuruşur.
Şarada (film, 1963)
"Şarada" (ing. Charade) — rejissor Stenli Donenin filmi. Recina Lempert adlı gənc qadın nikahda o qədər də xoşbəxt deyil və boşanmaq istəyir. Qış kurortundan Parisə – YUNESKO-da sinxron tərcüməçi işlədiyi yerə qayıdarkən, ərinin öldürüldüyünü eşidir. Onun meyitini qatardan atmışdılar. Lakin əri bu hadisəyə qədər bütün əmlakını 250 min dollara satmışdı. Amerika səfirliyinin əməkdaşlarından biri olan Bartolomyu onu bu qara işin təhlilinə cəlb edir. Demə, Recinanın ərinin keçmiş iş yoldaşları bu pulları əldə etmək istəyirlər. Recina istirahət zamanı tanış olduğu amerikalı Piter Coşuanın dəstək və köməyilə böyük bir təhlükə altında bu işə girişir. Tezliklə fırıldaqçıların özləri ortaya çıxırlar.
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Yaz harada, biz orada (film, 1984)
Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)