Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Masada
Masada (ivr. ‏מצודה‏‎ — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala. Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.
Asada Qoryu
Asada Qoryu (麻田 剛立, 10 mart 1734 və ya 6 fevral 1734, Kitsuki hanı[d], Saykaydo[d] – 25 iyun 1799, Osaka[d], Osaka) – Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur. == Həyatı və karyerası == Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.
Cascada
Cascada — 2004-cü ildə qurulmuş olan Almaniyanın Avrodens qrupu. Cascada Almaniyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Glorious" mahnısı ilə təmsil edib və Almaniyaya 21-ci yeri qazandırıb.
Fabada
Fabada (isp. fabada, fabada asturiana) — İspaniya, daha dəqiq deyilsə, Asturiya mətbəxinə aid ənənəvi yemək. Ağ lobya və kolbasadan hazırlanır. Yeməyin adı Asturiya dilində fabes sözündən yaranıb mənası yeməyin əsas ərzaqlarından biri olan lobya deməkdir. Fabada ilə oxşar yeməklər alman ayntopfu və İspan kosidosu hesab olunur.
Hasara
Hasara (az.-əski. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Kanada
Kanada (ing. Canada [ˈkænədə] dinlə; fr. Canada [kanadɑ] dinlə) — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı.
Masala
Masala (Tamilcə: மசாலா hind. मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Xasaqa
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Hamada Hikozo
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. == Həyatı == === ABŞ səfəri === Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi. Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Hamilton (Kanada)
Hamilton — Kanadanın Ontario əyalətində, Ontario gölünün cənub-qərb sahilində yerləşən şəhər. 662.401 əhalisi olan şəhər Ontarionun ən böyük üçüncü, Kanadanın isə ən böyük doqquzuncu şəhəridir. Ənənəvi olaraq polad və ağır sənaye üzərinə inkişaf edən şəhər iqtisadiyyatı son dövrdə səhiyyə və elm sektorları üzərinə çevrilməktədir. Hamilton televiziya və film sənayesinin sıxlaşdığı, bir çox səsyazma studiyasına və sənət qalereyasına sahib şəhərdir. Şəhərdə Makmaster Universiteti (McMaster University) yerləşir.
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əski. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Hiroki Yamada
Hiroki Yamada (d. 27 dekabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Hiroyuki Sanada
Hiroyuki Sanada (真田 広之, d. 12 oktyabr 1960, Tokio, Yaponiya) — yaponiyalı aktyor. Əsl adı Hiroyuki Şimosavadır (下 澤 廣 之). Sonny Çibanın Yapon Ekşn Klubunda (Japan Action Club) təhsil alıb. Ekşn filmləri ulduzu olmaq istədiyindən döyüş mövzusunda bacarıölarını inkişaf etdirirdi. Sanada ilk ciddi rolunu Makoto Vadanın Mahjong Hourouki filmində aldı. Bir çox Yapon filmlərində rol aldıqdan sonra 2003-cü ilin ABŞ istehsalı olan Sonuncu Samuray və 2007-ci ilin ABŞ istehsalı olan Pik saatı 3 filmləriylə tanındı. Sanada 2010-cu ildə Lostun final mövsümü olan altıncı mövsümündə Doqen rolunu aldı.
Kassada müvəffəqiyyətsizlik
Kassada müvəffəqiyyətsizlik, kassa müvəffəqiyyətsizliyi, kassada iflas, kassa iflası, kassada çöküş, kassa çöküşü, kassada batma, kassa batışı və ya kassada partlama — teatr buraxılışlarında gəlir gətirməyən və ya son dərəcə müvəffəqiyyətsiz hesab edilən filmlər üçün istifadə olunan termindir. Texniki cəhətdən istehsalına, bazara çıxarılmasına və yayılmasına xərclənən vəsaitin gətirdiyi gəlirindən çox olan hər hansısa bir film “müvəffəqiyyətsiz” hesab olunsa da, bu termin ən çox müvəffəqiyyətli olacağı gözlənilən, geniş şəkildə bazara çıxarılan və nəticə etibarı ilə kommersiya baxımından zərər gətirmiş istehsalı baha başa gələn böyük studiya filmləri üçün istifadə olunur. == Səbəbləri == === Mənfi mənada ağızdan-ağıza yayılmış şayiələr === Facebook və Twitter kimi sosial media platformaları ağızdan-ağıza yayılmış şayiələr üçün münbit şərait yaradır. Filmin maraq doğurmamasındakı müvəffəqiyyətsizliyi onun xüsusən açılış həftəsonundakı kassa performansına güclü təsir göstərə bilər. === Qeyri-film şərtləri === Bəzən filmlər filmin buraxılış vaxtı kimi, filmin məzmunu ilə heç bir əlaqəsi olmayan məsələlərə görə aşağı performans göstərə bilərlər. Bu, D.W.Qriffitin “Bir millətin doğulması” əsərinin davamı olan “Tolerantlıq”ın kommersiya müvəffəqiyyətsizliyinin səbəblərindən biri idi. Çəkiliş gecikmələrinə görə film yalnız 1916-cı ilin sonlarında buraxılmışdır. Film müharibə əleyhinə əhval-ruhiyyəni əks etdirirdi, lakin xalqın dünyagörüşü və ictimai rəyi artıq Amerikanın Birinci Dünya Müharibəsində iştirakı istiqamətində çoxdan dəyişmişdi. Filmi müvəffəqiyyətsizliyə məhkum edən xarici təsirlərin başqa bir nümunəsi 2015-ci ildə FİFA haqqında çəkilmiş Ehtiraslar İttifaqı (United Passions) sənədli dramıdır. Film ABŞ-da kinoteatrlarda nümayiş etdirildiyi zaman FİFA rəhbərləri fırıldaqçılıq və korrupsiya ittihamları ilə təhqiqat altında idilər və “futbola” qarşı ümumi laqeyd münasibət ilə bərabər, film ilk həftəsonunda ABŞ prokatında cəmi 918 dollar gəlir əldə etmişdir.
Kazuaki Tasaka
Kazuaki Tasaka (d. 3 avqust 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Kazumi Takada
Kazumi Takada (28 iyun 1951 – 1 oktyabr 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kento Masuda
Kento Masuda (yap. 増田顕人 (Katori İyun 29, 1973 doğulan, Chiba, Yaponiya) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. St. Sylvester ordeni Knights olan "Maestro". Masuda də Qeydiyyatın Arts & Milli Elmlər Akademiyasının (Recording Academy) üzvüdür və Kawai beynəlxalq bir aparıcı pianist.
Kenzo Takada
Kenzo Takada (高田 賢三, Takada Kenzo, 27 fevral 1939, Himeci, Hyoqo prefekturası – 4 oktyabr 2020[…], Nöyi-sür-Sen) – Yaponiya dəb dizayneri. 1970-ci ildə Paris şəhərində Kenzo geyim brendini yaratmışdır. 2020-ci ildə Fransanın Nöyi-sür-Sen kommunasında yerləşən Paris Amerika Xəstəxanasında COVID-19 nəticəsində ölmüşdür. == İlk illəri == Kenzo Takada 1940-cı ildə Yaponiyanın Himeci şəhərində doğulmuşdur. Valideynləri ənənəvi mehmanxana sahibləri idilər. Bacısının dəb jurnallarını oxuduqdan sonra dəbə maraq göstərməyə başlamışdır. Takada valideynlərinin təkidi ilə 18 yaşında Kobe Universitetində ədəbiyyat üzrə təhsil almağa başlamışdır. Lakin ədəbiyyatdan sıxılmış və valideynlərinin arzusuna qarşı çıxaraq Tokioda yerləşən Bunka Moda Kollecinə daxil olmuşdur. O, bu kollecə qəbul edilən ilk oğlan tələbələrdən biri olmuşdur. == Karyerası == 1960-cı ildə Soen mükafatının qalibi olmuş və Sanay alış-veriş mərkəzində qız geyimləri dizayneri kimi işləməyə başlamışdır.
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.