Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rastoçe
Raztoçe, Rostoçe, Rastoçe (ukr. Розточчя, pol. Roztocze) — Polşa ərazisində ensiz təpə silsiləsi. Eni 15-20 km, hündürlüyü 400 metr olan bu silsilə Ukraynanın Lvov ərazisindən başlayır və Polşa ərazisinə daxil olaraq şimal-qərbə uzanır. Nadsyan düzənliyi silsilənin cənub-qərbində, Nadbujay çökəkliyi isə şimal-şərqdə yerləşir. Bu bölgədə silsilənin hündürlüyü 100—150 metr arasında dəyişir. Şimal-qərbdə təpə Xolmsk və Lyublin yüksəkliyi ilə birləşir. Rastoçe silsiləsi qeyri-simmetrik antikilinal hesab olunur. Geoloji baxımdan təbaşir və miosen yaşlı süxurlardan təşkil olunub. Buzlaq mənşəli relyef formaları diqqəti cəlb edir.
Covanni Vastola
Covanni Vastola (20 aprel 1938 – 20 yanvar 2017, Ravenna, Emiliya-Romanya) — Yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar İtaliya futbolçusudur. Vastola 20 yanvar 2017-ci ildə 78 yaşında vəfat etmişdir.
Qastone Bin
Qastone Bin (it. Gastone Bean; 11 avqust 1936) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu. San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı. Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi. 14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu, "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi. Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər. Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər.
Astola adası
Astola adası, həmcinin "Cəzirə Xaft Talar" (urdu جزیرہ ہفت تلار) və ya "Yeddi təpə adası" — Ərəbistan dənizində, Pakistana məxsus olan, sahildən 25 km cənubda və Pasni şəhərindən 39 km cənub-şərqdə yerləşən ada. Ada Bəlucistan vilayətinin Pasni şəhəri, Qvadar dairəsi ərazisinə daxildir. Limandan adaya motorlu qayıqlarla 5 saata getmək mümkündür. == Coğrafiyası == Astola Pakistanın sahilində yerləşən ən böyük adadır. Onun uzunluğu 6,7 km, maksimsl evi isə 2,3 km təşkil edir. Adanın sahəsi 6,7 km²-dir. Ən hündür nöqtəsi 75 metrdir. Ada ərazisi bir platodur. 7 təpədən ibarətdir. Yerli adı olan "Xaft Talar" elə "yeddi təpə" mənasını verir.
Napmi Kastle
Napmi Kastle (d. 29 may 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Napmi Kastle, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Napmi Kastle, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Napmi Kastle, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Astolf de Küstin
Markiz Astolf de Küstin (fr. Astolphe-Louis-Léonor, Marquis de Custine, 18 mart 1790, Niderviller — 25 sentyabr 1857, Fervak) —fransız aristokrat, səyyah, yazıçı, monarxisti. == Həyatı == Markiz de-Küstin 1790-cı il martın 18-də anadan olmuşdur. Babası və atası M. Robespyer (1758–1794) gilyotininin qurbanlarından idi. Küstin 1830-cu illərdə siyasətçi və yazıçı kimi məşhurlaşmışdı. Rusiyaya da səyahət etmiş, "Rusiya 1839-cu ildə" kitabını yazmış, Rusiya gerçəkliyi haqqında obyektiv fikrə gəlmişdi. Nikolayın taxta çıxdığı gün qvardiya qiyama qalxır. İmperator və imperatriçə orduda üsyan haqqında ilk xəbərdəcə təkcə saray kilsəsinə yola düşür və orada, mehrabın pilləsində diz çökərək, əgər qiyamçılar üzərində təntənəyə nail ola bilməyəcəklərsə, taxt-tacda öləcəklərinə allah qarşısında and içiblər. İmperator mitropolitin əsgərləri sakitləşdirmək cəhdlərinin əbəs olduğunu artıq bildiyinə görə təhlükəni ciddi hesab edirdi: Rusiyada mənəvi hakimiyyətin sakitləşdirmək gücündə olmadığı həyəcan ciddi hesab olunur. İmperator özünü xaçlı bayraqla örtərək zühurü və sifətinin sakit, enerjili ifadəsilə qiyamçıları tabe edəcəyini nəzərə alaraq ora yollandı.
Castle of montsoreau
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib. Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. == Arxitekturası == Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib.
Castle in the Sky
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. == Məzmun == Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. == Film heyəti == == Rolları səsləndirənlər == == Saundtrek siyahısı == Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) == Maraqlı faktlar == Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Howl's Moving Castle
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Return to Castle Wolfenstein
Return to Castle Wolfenstein (RTCW) — "Gray Matter Interactive" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyundur. İlk anons tarixi 20 Noyabr 2001-ci il tarixində olmuşdur. Official Activision website Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine Rəsmi sayt RTCW — Internet Movie Database saytında.
The Bugs Bunny Crazy Castle 2
Yaponiyada ミッキーマウスII ( Mickey Mouse II ) və Avropada Mickey Mouse və ya Hugo kimi tanınan Bugs Bunny Crazy Castle 2, ilk olaraq 1991-ci ildə Game Boy üçün Kemco tərəfindən hazırlanmış videooyundur.