Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaşitsu
Çaşitsu və ya çay evi (茶室, "çay otaqları") — Yapon çay mərasiminin (“çanoyu”) keçirilməsi üçün istifadə olunan xüsusi məkan. Çaşitsu tikilməsi üçün istifadə edilən memarlıq stili “sukiya” (“sukiya-zukuri”) adlanır və sukiya həm də çaşitsunun sinonimi kimi işlənə bilər.. Çaşitsunu səciyyələndirən memarlıq elementlərinə södzi pəncərələri, yarımşəffaf vasi kağızı ilə örtülmüş ağac çərçivədən hazırlanan hərəkətli qapılar, tatami döşəmə, tokonoma (əlyazmalar, rəsmlər və gül dizaynı üçün divarda xüsusi yer ) və sadə, sönük rənglərdə dizayn aiddir. Çaşitsu üçün ideal ölçü 4.5 (dörd tam onda beş)tatamilik (təxminən 7.5 kvadrat metr) otaq ölçüsüdür və bu ölçü məşhur usta Senno Rikü tərəfindən XVI əsrdə müəyyən edilmişdir . Həm çay mərasiminin keçirilməsi üçün ayrıca tikilmiş məkanlar, həm də evin içərisində yerləşən və çay mərasimi üçün nəzərdə tutulan otaqlar yapon dilində “çaşitsu” adlanır.. “Çay evləri” adətən kiçik olur və ağacdan tikilir. Onlar bağlarda, parklarda və ya evlərin, qalaların bağçalarında yerləşir. Ən kiçik çay evi iki otaqdan ibarətdir: ev sahibinin və qonaqların yığışıb çay içdiyi əsas otaq və ev sahibinin şirniyyat hazırladığı və çay mərasimi üçün lazım olan əşyaları saxladığı “mizuya” otağı. Belə çay evinin ümumi sahəsi üç tatamidir. Çox böyük çay evləri müxtəlif ölçülü bir neçə çay otağından ibarət olur: geniş, yaxşı təchiz olunmuş və daha çox müasir mətbəxi xatırladan mizuya; qonaqlar üçün geniş gözləmə otağı; qonaqların qarşılandığı və ayaqqabılarını soyunduqları giriş sahəsi; kişi və qadın üçün ayrıca tualet otaqları; geyinib-soyunma otağı; anbar; bəzən bir neçə gözləmə otağı; “Rödzi” bağı və açıq hava altında olan gözləmə sahəsi.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Zlatitsa döyüşü
Zlatitsa döyüşü — 12 dekabr 1443-cü ildə Osmanlı imperiyası ilə Serbiya və Macarıstan qoşunları arasında baş tutmuş döyüş. Bu, Balkanlarda daha böyük Varnaya səlib yürüşünün bir hissəsi idi. Döyüş Osmanlı imperiyasının Balkan dağlarında yerləşən Zlatitsa aşırımında, Zlatitsa şəhəri (indiki Bolqarıstan) yaxınlığında baş tutmuşdur. Polşa kralının səbirsizliyi və qışın şiddəti Yanoş Hunyadini 1444-cü ilin fevralında öz ölkəsinə qayıtmağa məcbur etmişdi. Buna baxmayaraq, o, Bosniya, Herseqovina, Serbiya, Bolqarıstan və Albaniyada sultanın hakimiyyətini tamamilə qırmağa nail olmuşdu. 1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi. O, 1441-ci ildə Semendriyada İshaq bəy üzərində qalib gəlmişdi.
Pasita Abad
Pasita Abad (Pasita Abad; 5 oktyabr 1946, Batanes[d] – 7 dekabr 2004, Batan adası) — Amerika-Filippinli rəssam. O, Filippinin şimal hissəsində, Luson və Çin Respublikası arasında kiçik bir adada, Baskoda anadan olub. Onun 30 illik sənət karyerası təhsilini təkmilləşdirmək üçün ABŞ-yə səfəri zamanı başlayıb. Onun əsərləri 200-dən çox muzey, qalereya və digər məkanlarda, o cümlədən dünyanın 75 fərdi sərgisində nümayiş etdirilib. Rəssamın əsərlərini indi 70-dən çox ölkədə ictimai, korporativ və şəxsi kolleksiyalarda görmək olar. 1967-ci ildə Abad Filippin Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. 1970-ci ildə o, hüquq təhsili almaq niyyəti ilə ABŞ-yə gəldi, lakin əvəzində 1972-ci ildə San Fransiskodakı Lone Mountain Universitetində Asiya Tarixi üzrə bakalavr və magistr (MA) dərəcələrini aldı. Rəssam Koliforniyada beynəlxalq inkişaf iqtisadiyyatı üzrə magistr dərəcəsi almış Stanford tələbəsi Cek Qarriti ilə ailə həyatı qurur. Abad Vaşinqtonda Corcoran İncəsənət Məktəbində və Nyu Yorkda İncəsənət Tələbələri Liqasında rəssamlıq təhsili alıb. Yaradıcılıq karyerası boyunca Pasita bir çox mükafatlar alıb, lakin birincisi — TOYM sənətinə görə (1984) həyatında ən vacib mükafat olub..