Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marek Hamşik
Marek Hamşik (27 iyul 1987[…], Banska Bistritsa) — Hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan slovakiyalı peşəkar futbolçu. Napoli futbol komandasının kapitanı və Slovakiya milli futbol komandasının vitse kapitanıdır. Karyerasına 2004-cü ildə Slovan Bratislavada başladıqdan 1 il sonra İtaliyanın Breşiya komandasına keçmişdir. 2007-ci ildə A Seriyasına təzəcə qayıdan Napoliyə transfer edilmiş və orada start heyət oyunçusuna çevrilmişdir. Onun enerjisi, liderlik, yaradıcılıq qabiliyyətləri və yarımmüdafidən qol vəziyyəti yaratma təsəvvürü komandaya iki İtaliya kuboku, bir İtaliya Superkuboku, UEFA Çempionlar Liqasına vəsiqə və 2014-15-ci il UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazandırmasında rol oynamışdır. Milli komandada o, Slovakiyanı 2010-cu il Dünya Çempionatında təmsil etmiş və komandası qrup mərhələsinin son matçında sabiq çempion İtaliyanı məğlub edərək səkkizdə bir finala vəsiqə qazanmışdır. 2016-cı il Avropa Çempionatında da Hamşik əsas heyətdə yer almışdır. Çıxışlarına görə, Hamşik həmçinin bir çox fərdi mükafatın da qalibi olmuşdur. O, beş dəfə Slovakiyanın ən yaxşı futbolçusu seçilmiş və 2008-ci ildə A Seriyasının Ən Yaxşı Gənc Futbolbolçusu mükafatını qazanmışdır. 2011-ci ildə A Seriyasında İlin komandasının tərkibində, həmçinin 2015-ci ildə Avroliqada mövsümün komandasında yer almışdır.
Zamik Rzayev
Zamik Rzayev (Zamik Rzayev Suleyman oğlu; 14 avqust 1989, İliç rayonu) — Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş == Həyatı == Zamik Rzayev Suleyman oğlu 1989-cu ilin avqust ayının 14-ü Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərinin Səbail rayonun 51 saylı orta məktəbində təhsilə başlamış, 2005-ci ildə 9 illik təhsilini tamamlamışdır. 2006-cı ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltaraşlıq fakültəsinə qəbul olmuş, 2010-cu ildə təhsilini başa vurmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraslıq fakultəsinə daxil olmuş, 2015-ci ildə bakalavr təhsilini bitirmişdir. Eyni ildə akademiyanın magistr bölməsinə daxil olmuşdur. 2011-ci ildə "Crescent Beach Hotel" də keçirilən rəsm müsabiqəsində istirak etmişdir. 2007-ci il fevral ayının 2- da Azərbaycan İstiqlal Muzeyində keçirilən "Xocalı — qan yaddaşımız" adlı sərgidə iştirak etmişdir. 2010-cu il martın 30-da Azərbaycan Istiqlal Muzeyində keçirilən "Susa bilmirəm" adli sərgidə iştirak etmişdir. 2008-ci il, may ayının 12-də Azərbaycan Dövlət Flarmoniyasının binasında "İnsan alverinə yox dəyək" devizi altında keçirilən xeyriyyə marafonunda iştirak etmişdir. Dövlət Rəssamlıq Akademiyasının muzeyində keşirilmiş "AZNAR" adlı sərgidə iştirak etmişdir.