Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zvornik
Zvornik (bosn. Zvornik, serb. Зворник / Zvornik, xorv. Zvornik) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Ölkənin şimal-şərqində, Serbiya ilə sərhəd yaxınlığındadır. Drina çayı üzərində yerləşir. Serb Respublikasına daxil olan Zvornik icmasının inzibati mərkəzidir. Köhnə adı (1519-cu ilə qədər) Zvonik (Zvonnik) olmuşdur. Bu ad zvono, zvoniti - "zəng çalır" (ehtimal ki, Zvonigrad ilə eyni mənşəlidir) kəlməsindən törəmişdir. Keçmişdə də həmcinin İzvornik adıda istifadə olunmuşdur.
Evonik Industries
"Evonik" alman sənaye şirkəti – dünya bazarında xüsusiləşdirilmiş kimya məhsullarının istehsalı sahəsində liderlərdən biridir. 80 ildir ki, "Evonik" şirkətlər qrupunun mütəxəssisləri sürtkü yağlarına aşqarlar təklif etməklə onlarda reoloji xassələrinin optimal kombinasiyasını təmin edən spesifik və müvəffəq formullardan istifadə edirlər. == Sürtkü yağlarının aşağı temperaturda axıcılığının təmin edilməsi == Aşağı temperaturlarda sürtkü materiallarının tərkibində olan parafinlər kristallik strukturlar yarada bilər. Viscoplex seriyalı depressantlar kristallizasiya proseslərinin yaranmasının qarşısını almaq və nəzarət etməklə bərabər sürtkü materiallarının axıcılığını, optimal xassələrini və bir-biri ilə uyğunluğunu təmin edir. == PAMA (Polialkil metilakrilatlatlar) == PAMA (Polialkil metilakrilatlatlar)– ilk polimer tipli depressorlar ""Röhm and Haas" (sonradan "Evonik" şirkəti) şirkəti tərəfindən patentləşdirilmişdir və hal -hazıradək bu sahədə əsas növ aşqarları kimi sayılır. Sürtkü və motor yağlarının donma temperaturunu aşağı salan Viscoplex 5–309 aşqarı geniş istifadə olunur. Polimetakrilatların çevik molekulyar quruluşa malik olması geniş assortimentli sürtkü materialları üçün aşqarların işlənib hazırlanmasına imkan yaradır. Viscoplex Depressorları sürtkülərdə əmələ gələn kristalları modifikasiya edirlər. Depressorlar sürtkü materialında əmələ gələn nə parafinlərin miqdarına nə də onların kristallaşma temperaturlarına təsir etmirlər. Lakin depressorların kristallik strukturları öz xüsusiyyətlərini dəyişir .
Zvornik gölü
Zvornik gölü (serb. Зворничко језеро, bosn. Zvorničko jezero) ― Bosniya və Herseqovina və Serbiya sərhədində yerləşən süni göl. Göl Drina çayı üzərində su-elektrik stansiyası tikildikdən sonra yaradılmışdır. Bəndin və onu müşayiət edən obyektlərin inşası üzrə hazırlıq işləri 1948-ci ildə başlamış və 1955-ci ildə göl hövzəsi su ilə doldurulmuşdur. Zvornik gölü dəniz səviyyəsindən 140 m yüksəklikdə yerləşir. Göl 25 km uzunluğundadır və 8,1 km² ərazini əhatə edir. Ən dar hissəsində 200 m, ən geniş hissəsində 3 km enindədir. Gölün orta dərinliyi 11 m, ölçülən maksimum dərinliyi isə 39 metrdir. Gölün ətrafında çox sayda kottec və turizm iaşə obyektləri var.
II Vonon
II Vonon — 51-ci ildə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. II Vononun adı yalnız Korneli Tasit tərəfindən çəkilir. O, Vononun taxta çıxmazdan əvvəl Midiya hökmdarı olduğunu iddia edir, lakin onun arşakilərlə hansı qohumluq əlaqələrinə malik olduğunu dəqiqləşdirə bilməmişdir. İosif Flavi Vononun adını ümumiyyətlə çəkmir. Onun sözlərinə görə, II Qotarzın yerinə bilavasitə qardaşı I Vologez gəlmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Дибвойз Н. К. Политическая история Парфии / Пер. с англ., науч. ред. и библиографич.