Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SPİD. Seks. Zdorovye
"SPİD. Seks. Zdorovye" (rus. СПИД. Секс. Здоровье) — 1991-ci ildən nəşr olunmağa başlayan elmi-populyar jurnal. == Haqqında == "SPİD. Seks. Zdorovye" jurnalı 1991-ci ildə — Rusiyada "seksual inqilab"ın ən pik dönəmində professor Aza Rəhmanova tərəfindən təsis edilmişdir. Ölkədə cinsiyyət problemləri haqqında danışan az saylı nəşrlərdəndir.Jurnalın əsas təyinatı – HİV/QİÇS sahəsində fundamental bilikləri, bu sferada dünya elminin son nailiyyətlərini işıqlandırmaq, HİV-infeksiyadan əziyyət çəkən insanların talelərindən danışmaq, onlara insansevər münasibət formalaşdırmaq, böyüyən nəsilə seksual mədəniyyət barədə biliklər aşılamaq və cəmiyyəti sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir.Jurnal ildə 4 dəfə — mart, may, sentyabr və dekabr aylarında dərc edilir. == Mükafatları == "SPİD. Seks. Zdorovye" jurnalı UNICEF və Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin fəxri fərmanları da daxil olmaqla, dəfələrlə HİV profilaktikası sahəsində Rusiya və beynəlxalq müsabiqələrin laureatı olub. == İstinadlar == == Ədəbiyyat == Pçelin, V. A. А.Г. Рахманова: «Не представляю, как я могу быть за пределами своей работы» (PDF) (rus) (300).
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d]) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. == İstinadlar == == Xarici keçidlər == "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.