Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SPİD. Seks. Zdorovye
"SPİD. Seks. Zdorovye" (rus. СПИД. Секс. Здоровье) — 1991-ci ildən nəşr olunmağa başlayan elmi-populyar jurnal. "SPİD. Seks. Zdorovye" jurnalı 1991-ci ildə — Rusiyada "seksual inqilab"ın ən pik dönəmində professor Aza Rəhmanova tərəfindən təsis edilmişdir. Ölkədə cinsiyyət problemləri haqqında danışan az saylı nəşrlərdəndir. Jurnalın əsas təyinatı – HİV/QİÇS sahəsində fundamental bilikləri, bu sferada dünya elminin son nailiyyətlərini işıqlandırmaq, HİV-infeksiyadan əziyyət çəkən insanların talelərindən danışmaq, onlara insansevər münasibət formalaşdırmaq, böyüyən nəsilə seksual mədəniyyət barədə biliklər aşılamaq və cəmiyyəti sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir. Jurnal ildə 4 dəfə — mart, may, sentyabr və dekabr aylarında dərc edilir. "SPİD. Seks.
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d], Sürix kantonu, İsveçrə) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. == İstinadlar == == Xarici keçidlər == "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Zborov müqaviləsi
Zborov müqaviləsi — Polşa kralı II Yan Kazimirin başçılıq etdiyi təqribən 25.000 nəfərlik vəliəhd qüvvələri ilə Hetman Boqdan Xmelnitskinin başçılıq etdiyi kazaklar və Krım xanı III İslam Gərayın başçılıq etdiyi 80.000-ə yaxın olan Krım tatarlarının birləşmiş qüvvələrinə qarşı 1649-cu il avqustun 18-də, baş vermiş Zborov döyüşündən sonraimzalanmış sülh müqqaviləsi. Zborov müqaviləsi Ukrayna ilə Birlik və Krım ilə Birlik arasında iki ayrı sazişdən ibarət idi. Zborov müqaviləsi Polşa-Litva birliyinin keçmiş qiyamçılarını yeni siyasi cəmiyyətin vətəndaşlarına çevirdiyi üçün Ukrayna tarixində mühüm rol oynayan sülh müqaviləsidir. Ukrayna tərəfinin nümayəndələri: Boqdan Xmelnitski, İvan Vıxovski Polşa təmsilçiləri: Adam Kisil, Eji Ossolinski, Yanuş Radzivil, Vladislav Dominik Ostrojiski Müqavilənin şərtləri aşağıdakı kimi idi. Əlahəzrət Zaporojya ordusu əvvəlki imtiyazlarından imtina edir və ona dərhal yeni imtiyazlar verilir. Polşa hökuməti üsyanda iştirak edən hər kəsə tam amnistiya vəd etdi və Hetmana bağlı olan kazakların sayının 40 minə çatmasına icazə verdi, onları kral və zadəgan mülklərində işə götürməyə və qoşunların dörddəbirə bölünməsi şərtilə Dnepr Ukraynasına yerləşməsinə icazə verdi. Onlara bağlı olmayanların hamısı əvvəlki yerlərinə qayıtmağa borclu idilər; Hetmanın saxlanılması üçün Çigirin şəhərini və onun rayonunu aldı; hökumət ittifaqı dağıtmağa və Kiyev mitropoliteninin Senata verilməsinə söz verdi; Yəhudilər və yezuitlər Ukraynada yaşamaq hüquqlarını itirdilər; Kral Kiyev, Bratslav və Çerniqov voyevodalıqlarında bütün vəzifə və rütbələri yalnız yerli pravoslav zadəganlarına verə bilərdi. Zborov müqaviləsinin bəndlərindən biri kazak muxtariyyəti ərazisində yəhudilərin yaşamasının qadağan edilməsini nəzərdə tuturdu. Müqavilə bağlanandan az sonra Hetmanlığın torpaqlarına tatar basqını baş verdi. Mixail Qruşevskinin sözlərinə görə, bundan sonra bütün ölkədə şayiə yayıldı ki, Zborov müqaviləsi, Krım tatarlarına kazak elitasının razılığı ilə yasır götürmək hüququ verib.