Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ziliban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi əsasən avarlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Silikon Vadisi
Silikon vadisi və ya silisium vadisi ― Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı bölgənin adı. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Höfler bu rayonu Silikon vadisi adlandırıb. Silikon vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar. Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo! İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 779 s.
İlokun mühasirəsi
İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi. İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı. Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi. Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi. Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971.
İdarəolunan silikon düzləndirici
idarəolunan silikon düzləndirici (SCR) 1. (silicon controlled rectifier, кремниевый управляемый выпрямитель, silikon kontrollü doğrultucu)-sabit cərəyan üçün bloklayıcı açar kimi fəaliyyət göstərən elektron komponent.2. Ekran qoruyucusu (SCREEN SAVER) fayllarının uzantısı. Windows əməliyyat sistemində . SCR faylı . EXE faylı kimidir, sadəcə, o, ekran qoruyucusu kimi quraşdırıla bilər; hesab edilir ki, o, ekranda qrafika əks etdirəcək. İnsanların aldanaraq ziyanverici proqramları başlatmaları üçün belə bir praktika geniş yayılıb: həmin proqramlara . EXE uzantısı deyil (çünki bu faylları hamı tanıyır), . SCR uzantısı verilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,750 s.
Çjan Zilin
Çjan Zilin — 2007-ci ilin Dünya Gözəli