Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərzibil
Zərkənd kəndi — Basarkeçər rayonunda kənd. == Tarixi == Kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Deyilənlərə görə kəndin ətrafı böyük meşəlik olmuşdur. 120–130 il yaşamış kənd sakinləri Məşədi Allahverdi və Cəfərqulu babaların söylədiklərinə görə, Kərbəlayı Məhəmməd kişinin evi həmin meşədən kəsilən ağaclardan tikilmiş və bizim vaxtımıza qədər gəlib çıxmışdır. Kəndin ilk adı 1890–1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır. Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirdi ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır.