Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alosa
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Aloya
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Flora
Flora — Azərbaycanda çox işlədilən qadın adı. Flora Kərimova — Azərbaycanın məşhur estrada və opera müğənnisi, Azərbaycanın xalq artisti (1992). Flora Xəlilzadə — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Flora Qasımova — Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Flora Əliyeva — Azərbaycan Respublikasında 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi. Flora Əhmədova — Flora Əlimirzəyeva-Mustafayeva —Digər Flora (mifologiya) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Flora (botanika) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon Flora və Zefir — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri.
Hiloba
Hiloba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Hil kənd inzibati-ərazi vahidi tərkibindəki Hiloba kəndi Quxuroba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Hil (kənd adı) və oba komponentlərindən düzəlib, "Hil kəndinin obası, qışlağı" deməkdir. Kənd keçmişdə Hil kəndinə məxsus qışlaq yeri olmuşdur. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Kolba
Kolba — şüşə qab kimi tanınan laboratoriya təchizatının kateqoriyasına daxildir. Kolba müxtəlif həcmdə olur. == Kolbalar == Bunzen kolbası - filtrasiya sistemində istifadə edilir. Erlenmeyer kolbası - analitik işlərdə istifadə edilir. Vürs kolbası - yanma reksiyalarında istifadə edilir. Klayzen kolbası - adi təzyiqdə vakuum yanma reksiyalarında istifadə edilir. == Ədəbiyyat == Словарь иностранных слов. М., «Сирин», 1996, с.234 С. И. Ожегов. Словарь русского языка.
Lobaç
Lobaç (həmcinin Obaç Şorin dağları, tatar. Лабач, yerli adı tatar. Айгыр-тау) — Tatarıstanın Kamsk-Ust rayonu ərazisində, Volqanın sağ sahilində, Kama cayı ilə birləşdiyi yerin qarşı tərəfində yerləşən yüksəklik 1991-ci ildə lanşaft yazaqlığı elan edilmişdir. == Fiziki-Coğrafi xüsusiyyətləri == Dağ öz növbəsində tənha bir qayanı xatırladır. Zirvənin yüksəkliyi 136 metrdir. Zirvə Kamsk Ust qəsəbəsindən cənub-şərqdə yerləşir. Bəzi mənbələrdə Boqorod dağlarına aid edilir. Sahəsi 241 ha-dır. Dağ öz növbəsində bir lanşaft, tarixi və geoloji bir abidədir. Burada dolomit və əhəng daşı materiallarını görmək olar.
Lobya
Lobya (lat. Phaseolus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda istifadə olunan yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda adətən yemək üçün istifadə olunmur. Bunun qurudulmuşundan, lobya-plov bişirilir. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.
Ziona
Ziona — (20 iyul 1945 – 13 iyun 2021, Aidjal) Hindistanın Mizoram ştatındakı Baktavnq kəndində yaşayan Ziona Chananın 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var. == Həyatı == Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır. Ailəsinin bütün kişi üzvləri dülgərliklə məşğuldur. Bir gün bütün dünyanı Hz.İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana" adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı" deyir.İlk evliliyini 17 yaşında edən Ziona bir il içində 10 dəfə evlənib. Evdə adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir. Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.
Zorba
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
İşoba
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. == Coğrafiyası == Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Lota lota
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Elba
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Laba
Laba — Rusiya Federasiyasında, Krasnodar diyarında çaydır.Kuban çayının sol qoludur. Böyük Laba və Kiçik Laba çaylarının birləşməsindən yaranır. Qafqaz dağlarının şimal yamaclarından başlanır, Azov dənizinə tökülür. Uzunluğu 214 km, hövzəsinin sahəsi 12,5 min km2-dir.
Loda
Loda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 218 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını talış dilindəki lo (qarğa) və daidə (dərə) sözlərindən ibarət “qarğa dərəsi” mənası verən eyniadlı oronimlə bağlayır. Bəzi tədqiqatçılar da bu fikri təsdiq edirlər.
Lota
Lota — Çili şəhəri. Ərazisi 136 km². 49.089 nəfərdir (2002).
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. == Kömür sobaları == Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
Yoba
Yoba (Yaponca mənası: "ikiqat diş") — əyri dişlər Yaponiyada qadın gözəlliyinin atributu hesab olunan əyri dişlər "yoba" adlanır və qızlara xüsusi gözəllik verən məqam hesab edilir. Yapon kişiləri hesab edirlər ki, yoba xanımları pişiklərə bənzədir.
Adi lobya
Adi lobya (lat. Phaseolus vulgaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi lobyabecərilən, birillik, gövdəsi (kolşəkilli formalı, hündürlüyü 50 sm), sarılan, sarmaşanot bitkisidir. Yarpaqları yumurtavarı, uzunsaplaqlı, üçər mürəkkəb, kənarları bütöv, yarpağın əsası eyni dərəcədə olmayan və zirvəsi itiucludur. Çiçəkləri ağ, çəhrayı və ya bənövşəyi rəngli, kəpənəkçiçək tipindədir. Meyvəsi paxla, düz, yastılaşmış və ya silindrik, köndələn istiqamlətli, 3-7 müxtəlif forma və rəngli olur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.Yabanı növü məlum deyil. Ehtimal edilir ki, vətəni Mərkəzi Amerika və Meksikadır. Bir çox ölkələrdə taxıl-paxlalı və tərəvəz bitkisi kimi becərilir. İstisevən və quraqlığa davamlıdır.
Ageratina proba
Ageratina proba (lat. Ageratina proba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alosa braschnikowi
Dolgin siyənəyi (lat. Alosa braschnikowi) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Orta və Cənubi Xəzərdə yayılıb. Buzaçi yarıçıxışının ətrafında və Prorva-Çilov dili adaları ətrafında da rast gəlinir. == Morfoloji əlamətləri == Digər siyənəklərlə müqayisədə iri olub uzunluğu 45-47 sm-ə çatır. Böyük ağzı vardır. Yuxarı çənə şaquli istiqamətdə gözün kənarlarına kimi uzanır. Dişləri yaxşı inkişaf edib. Belində 15-19 şüa üzgəci (ilk 3-4 şüa şaxəsizdir), anal 19-23 (ilk 3-4 şüa şaxəsizdir), yan xətt pulcuqlarının sayı 51-54-dür. Bədəni üstdən yaşıl rəngə çalır.
Alosa caspia
Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar. == Morfoloji əlamətləri == Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir.
Alosa curensis
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii növünün yarımnövü kimi qeyd etmişdir. == Xarakterik morfoloji əlamətləri == Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Alosa fallax
Alosa fallax (lat. Alosa fallax) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.
Alosa kessleri
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Alosa saposchnikowii
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.