Adi lobya
Adi lobya (lat. Phaseolus vulgaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Adi lobyabecərilən, birillik, gövdəsi (kolşəkilli formalı, hündürlüyü 50 sm), sarılan, sarmaşanot bitkisidir. Yarpaqları yumurtavarı, uzunsaplaqlı, üçər mürəkkəb, kənarları bütöv, yarpağın əsası eyni dərəcədə olmayan və zirvəsi itiucludur. Çiçəkləri ağ, çəhrayı və ya bənövşəyi rəngli, kəpənəkçiçək tipindədir. Meyvəsi paxla, düz, yastılaşmış və ya silindrik, köndələn istiqamlətli, 3-7 müxtəlif forma və rəngli olur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.Yabanı növü məlum deyil. Ehtimal edilir ki, vətəni Mərkəzi Amerika və Meksikadır. Bir çox ölkələrdə taxıl-paxlalı və tərəvəz bitkisi kimi becərilir. İstisevən və quraqlığa davamlıdır.