Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbarət Əkbərov
İdrət Abdulov
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Almaniyanın kişilərdən ibarət milli basketbol komandası
Almaniyanın kişilərdən ibarət milli basketbol komandası — Almaniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası — Finlandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Finlandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Henrik Dettmanndır.
Fransanın kişilərdən ibarət milli basketbol komandası
Fransanın kişilərdən ibarət milli basketbol komandası — Fransanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Fransa Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Vinsent Kolletdir.
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur. == Tarixi == Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir. Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur.
Kiprin kişilərdən ibarət milli basketbol komandası
Kiprin kişilərdən ibarət milli basketbol komandası — Kipri beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Kipr Basketbol Federasiyası tərəfindən idarə olunur. Komanda 2013-cü ildə Avropa basketbol çempionatının təsnifat mərhələsində iştirak etmişdir. Yığma komanda heç bir iri beynəlxalq basketbol yarışlarının iştirakçısı olmamışdır.
Latviyanın kişilərdən ibarət milli basketbol komandası
Latviyanın kişilərdən ibarət milli basketbol komandası — Latviyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 1932-ci ildən FİBA-nın üzvüdür. Latviya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aynas Baqatskisdir. == Tarixi == Basketbol üzrə Latviya yığması ilk dəfə 1924-cü ildə yaradılmış və elə həmin il Estoniya yığma komandası ilə oynamaq üçün Tallinə dəvət olunmuşdur. O zaman komandanın tərkibinə Latviya İdman Cəmiyyətinin nümayəndələri olan Vilis Liberts, Nikolay Muzis, Karlis Plorinş, Alfred Raminş, həmçinin Gənc Xristian İttifaqı komandasının üzvləri olan Valdemar Baumanis, Yanis Birkmanis, Adolf Qrasis, və Bronislav Malinovski dəvət olunmuşlar. Bu oyunda Latviya komandası 20:16 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 1925-ci ildə Latviyada keçirilən oyunda isə Latviya yığması 23:30 hesabı ilə məğlub olmuşdur. 1935-ci ildə yarımfinalda İsveçə 28:19, finalda isə İspaniyaya 24:18 hesabı ilə qalib gələn Latviya yığması basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 1936-cı ilin avqustunda Latviyanın basketbol komandası Berlində keçirilən Olimpiya oyunlarında Uruqvay komandası üzərində 20:17 hesabı ilə qələbə qazansa da, Kanada yığmasına 23:34, Polşa yığmasına isə 23:28 hesabı ilə məğlub olmuşdur.
Litvanın kişilərdən ibarət milli basketbol komandası
Litvanın kişilərdən ibarət milli basketbol komandası — Litvanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Litva Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Daymias Adomaytisdir.
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası — Macarıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. == Tarixi == Macarıstan Basketbol Federasiyası — 1935-ci ildən FİBA-nın üzvüdür.. İkinci Dünya müharibəsinədək Macarıstan yığması basketbol üzrə Avropa çempionatında iki dəfə çıxış etmişdir; 1935-ci il çempionatında macarlar basketbol üzrə kişilərdən ibarət Rumıniya yığma komandasına 24:17 hesabı ilə qalib gələrək 9-cu yeri tutmuşdur., 1939-cu ildə basketbol üzrə Avropa çempionatında isə Finlandiyanın kişilərdən ibarət yığma komandasina 43:16 hesabı ilə qalib gələrək 7-ci yeri tutmuşdur1940-cı illərin ortalarından 1960-cı illərin ortalarınadək olan dövr Macarıstanın basketbol yığması üçün ən uğurlu dövr olmuşdur. 1946-cı ildə müharibədən sonra keçirilən basketbol üzrə ilk Avropa çempionatında Macarıstan yığması III yeri tutmuşdur, 1953-cü ildə Moskvada keçirilən Avropa çempionatında isə macarlar II pilləyə yüksəlmişlər, Macarıstan yığması 1955-ci ildə evdə, Budapeştdə keçirilən turnirdə Avropa çempionu olmuşdur. "Ferens Puşkaş" stadionunda 45 min tamaşaçının iştirakı ilə keçirilən həlledici oyunda ev sahibləri SSRİ yığma komandasına 82:68 hesabı ilə qalib gəlmişlər. Sonrakı illərdə Macarıstan yığması mükafatçılar sırasında olmasa da, 3 dəfə: 1957, 1959 və 1963-cü illərdə qitə dördüncüsü olmuşlar. Bundan sonra tənəzzül dövrünə qədəm qoyan Macarıstan yığması yalnız 1969-cu ildə basketbol üzrə Avropa çempionatında 8-ci yeri tuta bilmişdir. Macarıstan yığması Avropa çempionatında yalnız 30 il sonra fərqlənmişlər, macarlar 1999-cu ildə keçirilən çempionatda qrup mərhələsindən çıxa bilməsələr də, yekun sıralamada 14-cü yeri tutmağa müvəffəq olmuşdur. Macarıstan yığması Olimpiya oyunlarında basketbol üzrə turnirdə yalnız dörd dəfə iştirak etmək hüququ qazanmışdır. Macarların Olimpiya oyunlarında qazandıqları ən yaxşı nəticə 1960-cı ildə Romada keçirilən yay Olimpiya oyunlarında əldə etdikləri 9-cu yerdir.
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası — Monteneqronu beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Monteneqro Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Boqdan Tanyeviçdir.
Polşanın kişilərdən ibarət milli basketbol komandası
Polşanın kişilərdən ibarət milli basketbol komandası — Polşanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 28 dəfə basketbol üzrə Avropa çempionatında və bir dəfə basketbol üzrə dünya çempionatında iştirak etmişdir, 1960-cı illərdə bu yarışlarda 2 bürünc və bir gümüş medal qazanmışdır. 1997-ci ildə Avropa çempionatında iştirakdan uzaqlaşmış, lakin 2007-ci ildə yenidən bu mötəbər turnirə qayıtmışdır. Polşa Basketbol İttifaqının rəhbərliyi altında çıxış edir. 1936-cı il yay Olimpiya oyunları. Basketbol 4-cü 1960-cı il yay Olimpiya oyunları. Basketbol 7-ci 1964-cü il yay Olimpiya oyunları. Basketbol 6-cı 1968-ci il yay Olimpiya oyunları. Basketbol 6-cı 1972-ci il yay Olimpiya oyunları. Basketbol 10-cu 1980-ci il yay Olimpiya oyunları.
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması — Azərbaycanı beynəlxalq şahmat turnirlərində təmsil edir. Azərbaycan Şahmat Federasiyası tərəfindən idarə olunur.
Qazaxıstanın kişilərdən ibarət milli basketbol komandası
Qazaxıstanın kişilərdən ibarət milli basketbol komandası — Qazaxıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Qazaxıstan Respublikasının Milli Basketbol Federasiyası tərəfindən idarə olunur. Basketbol üzrə Qazaxıstanın kişilərdən ibarət yığma komandası 1992-ci ildə FİBA Asiya liqasının tərkibinə daxil olmuş və basketbol üzrə Asiya çempionatında iştirak etmək imkanı qazanmışdır. Bu turnirdə ən yaxşı nəticəsi 2007-ci ildə 4-cü yeri tutmasıdır. == Statistik göstəricilər Qazaxıstan yığması Olimpiya oyunlarının təsnifat oyunlarında iştirak etməmişdir. Qazaxıstan yığması dünya çempionatının təsnifat oyunlarında iştirak etməmişdir. 1993 - iştirak etməmişdir 1995 - 5-ci yer 1997 - 13-cü yer 1999 - FİBA tərəfindən təsnifat ləğv olunub.
Rumıniyanın kişilərdən ibarət milli basketbol komandası
Rumıniyanın kişilərdən ibarət milli basketbol komandası — Rumıniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Rumıniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Marsel Tenterdir.
Serbiyanın kişilərdən ibarət milli basketbol komandası
Serbiyanın kişilərdən ibarət milli basketbol komandası — Serbiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Serbiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aleksandar Corceviçdir. FİBA Dünya Reytinqində hazırda üçüncü pillədədir. Serbiya milli basketbol komandası Yuqoslaviya milli basketbol komandasının və Serbiya və Monteneqro milli basketbol komandasının xələfidir. 1992-2002-ci illərdə Yuqoslaviyanı, 2003-2006-cı illərdə isə Serbiya və Monteneqronu təmsil etmiş bu komanda, indiki adı ilə 2006-cı ildə təşkil olunmuşdur.
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası — Sloveniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Sloveniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi İqor Kokoskovdur.
Tailandın kişilərdən ibarət milli basketbol komandası
Tailandın kişilərdən ibarət milli basketbol komandası — Tailandı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Tailand Basketbol Assosiasiyası 1953-cü ildən FİBA-nın üzvüdür.. Basketbol üzrə Tailandın kişilərdən ibarət yığma komandası üçün ilk böyük basketbol turniri 1954-cü ildə keçirilən Asiya yay oyunları olmuşdur. Komanda üçün bu oyunlar uğursuz olmuş, onlar qrupda 3 oyunun hamısında məğlub olaraq axırıncı, 8-ci yeri tutmuşdur.. Komanda 1956-cı ildə Melburnda keçiriən Yay Olimpiya oyunlarında ilkin təsnifat qrup oyunlarının hamısında məğlub olmuş və 15-ci yeri tutmuşdur.. 1962-ci ildə komanda IV Asiya oyunlarında iştirak etmişdir. Bu turnir Tailand komandası üçün uğurlu olmuş. Tailand yığması 4-cü yeri tutmuşdur.. Tailand yığması ilk dəfə 1963-cü ildə basketbol üzrə Asiya çempionatında iştirak etmiş və elə həmin il də qitə birinciliyində öz tarixinin ən yüksək uğuruna nail olmuş, 4-cü yeri tutmuşdur.. Komanda turnirdə 11 oyundan 5-də qalib gəlmiş, 3-cü yer uğrunda matçda basketbol üzrə Cənubi Koreyanın kişilərdən ibarət komandasına 71:86 hesabı ilə məğlub olmuşdur..
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası — Türkiyəni beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Xorvatiyanın kişilərdən ibarət milli basketbol komandası
Xorvatiyanın kişilərdən ibarət milli basketbol komandası — Xorvatiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Xorvatiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aleksandr Petroviçdir.
Çexiyanın kişilərdən ibarət milli basketbol komandası
Çexiyanın kişilərdən ibarət milli basketbol komandası — Çexiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Çexiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Ronen Ginzburqdur.
İspaniyanın kişilərdən ibarət milli basketbol komandası
İspaniyanın kişilərdən ibarət milli basketbol komandası — İspaniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
İtaliyanın kişilərdən ibarət milli basketbol komandası
İtaliyanın kişilərdən ibarət milli basketbol komandası — İtaliyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. İtaliya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Ettore Messinadır.
Kambocanın qadınlardan ibarət milli futbol komandası
Fikrət Hacı Abrek
Fikrət Hacı Abrek oğlu Əsgərov (9 may 1943 – 31 may 2013) — kinooperator və assistenti, fotoqraf-rəssam, rəssam assistenti. == Həyatı == 1943-cü ildə Gəncə şəhərində doğulmuşdur. 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini - B.Volçekin emalatxanasını bitirmişdir. 1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. == Filmoqrafiya == Arşın mal alan (film, 1965) Ailə (film)(tammetrajlı bədii film)-quruluşçu operator Çətin yol (film, 1975) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Bizi bağışlayın (film, 1979) Cazibə qüvvəsi (film, 1964) Daş dözür (film, 1973) Etimad telefonu (film, 2001) Günlərin bir günü...
Abrest
Abrest (fr. Abrest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2659 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15–64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 70,2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bidət
Bidət — müəyyən edilmiş inanclar və ya adətlər, xüsusən də dini təşkilatın qəbul edilmiş inancları və ya dini qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998. ISBN 9780791437599.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Fikrət
Fikrət — kişi adı. Fikrət Babazadə — texnika elmləri doktoru, professor Fikrət Əmirov — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Həşimov — rəssam, dəzgah boyakarı. Fikrət Məmmədov Fikrət Məmmədov (aktyor) — Aktyor. Filmlərdə iştirak edən. Fikrət Məmmədov (hüquqşünas) — Azərbaycan Respublikasının ədliyyə naziri. Fikrət Məmmədov (televiziya işçisi) — Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri. Fikrət Mursaqulov — baş redaktor.
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Labret
Labret (Labretta) — pirsinq üçün istifadə edilən bəzək əşyası. Labret ştanqadan və bağlayıcı diyircəkdən ibarətdir. Standart ölçülər: qalınlığı 1,6 mm, uzunluğu 6 mm-dən 20 mm qədər ola bilər. Dodaq və qulaq pirsinqi üçün istifadə edilir. == Növlər == Labretin iki əsas növü vardır: Vertikal labret - dodağın vertikal deşilməsi. Daha çox dodağa perpendikulyar olaraq yerləşdirilən labret daha estetik görünür. Horizontal labret - dodağın horizontal deşilməsi. Burada hər şey daha çətindir: belə ki, deşik dodağa paralel olaraq gedir və əgər iynəni lazimi dərinlikdə deşilməzsə labret sonradan dəridən düşə bilər.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
İbadət
İbray
İbray (Avurğazı)
İffət
İffətli bir insan əxlaqsız hesab edilən cinsi fəaliyyətdən və ya hər hansı bir cinsi fəaliyyətdən çəkinər. İslamda evli və ya subay qadın və kişilər üçün qanuniliyin xaricində cinsi əlaqədə olmaq qadağandır. İslamda qadağan edilmiş hökmlər kişilərə və qadınlara eyni dərəcədə aiddir.
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
İzzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Abrek
Abrek (ləzg. гъабрикI) — Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə aparan şəxs. Abreklər sadə insanların zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Əsasən dağlarda, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar. == Etimologiya == "Abrek" sözü iki hissəyə bölünür. Ab (ləzg. гъаб) yəni bir ovuc və ürək mənasında istifadə olunan rek (ləzg. рикI), bu söz ürəkli yənı cəsur kimi tərcümə edilə bilər. == Məşhur abreklər == == Qeydlər == == Ədəbiyyat == Малая Советская Энциклопедия. Том первый.
Fikrət Abdullayev
Fikrət İlyas oğlu Abdullayev — Alim, biologiya elmləri doktoru, professor, Meksikanın "Eksperimental onkologiya laboratoriyasının" rəhbəri, Meksika Elmlər Akademiyasının akademiki (2000). == Həyatı və elmi fəaliyyəti == 1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamışıdr. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ildə Moskva şəhərinə ezam olunub və 5 il Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Elmlər akademiyasının Fizika, daha sonra isə Botanika institutunda genomin biokimyası laboratoriyasına rəhbərlik etmişdir. 1978-ci ildə İsveçrənin Stokholm Universitetinə göndərilmişdir. 1982-ci ildən 1983-cü ilədək Almaniyanın Münhen Universitetinin Biokimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Biokimya İnstitutunda dissertasiya müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır.
Fikrət Adıgözəlli
Fikrət Adıgözəlli — Əməkdar jurnalist, idman verilişlərinin şərhçisi və aparıcısı. == Həyatı == Fikrət İlyas oğlu Adıgözəlli 10 may 1961-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Hələ tələbə olduğu vaxt "Araz" radiosunda verilişlər hazırlayıb. Universiteti bitirdikdən sonra, 29 avqust 1983-cü ildə Teleradio Verilişləri Komitəsinə işə götürülüb. Televiziyada ştat üzrə boş yer idman redaksiyasında olduğu üçün orada kiçik redaktor kimi işə başlayıb. İlk vaxtlar idman redaksiyasında müvəqqəti işləyəcəyini və gələcəkdə başqa redaksiyada boş yer olan kimi yerini dəyişəcəyini düşünüb. Lakin bir müddət sonra hamı onu idman jurnalisiti kimi tanıdığından başqa redaksiyaya keçmək fikrindən daşınaraq idman redaksiyasında qalıb və orada şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Bu günə qədər idman verilişlərinin aparıcısı və şərhçisi kimi fəaliyyət göstrərir. AzTV və İdman TV-dən başqa "İdman", "Bakı", "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində də çalışıb.