Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzvestiy Tsik adaları
İzvestiy Tsik adaları — Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub hissəsində yerləşən adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı (1 yanvar 2007-ci ildən Taymlr Muxtar dairəsi tərkibindədir) ərazisində yerləşir. == Ümumi məlumat == Adaların ümumi sahəsi 90 km² təşkil edir. Poloqiy adası və Troynoy adası (высота до 42 м) arxipelaqın nisbətən iri adalarıdır. Poloqiy adasında hündürlük 24 metrdir. Troynoy adası isə 42 meyrlə arxipelaqın ən hündür nöqtədini təşkil edir. Adalar əsasən krestslik suxurlardan təşkil olunmuşdur. Səthlərini Arktik tundra tutur. Adalar ilk dəfə «Vladimir Rusanov» və «Aleksandr Sibiryakov» buzqıran gəmiləri isə həyata keçirilən qütb eksoedisiyası zamanı (1932-33) kəşf edilmişdir. Ada İzvestiya qəzetinin şrəfinə adlandırılmışdır.
Musulmanskiye İzvestiya
Musulmanskiye İzvestiya — Bakı müsəlman ictimai təşkilatlarının mətbu orqanı. == Tarixi == "Kaspi" qəzetinin redaksiyası ilə komitənin mətbuat orqanın nəşri haqqında razılığa əsasən, qəzetin 30 aprel 1917-ci il 95-ci sayıdan etibarən 4-cü səhifəsi "Bakı müsəlman ictimai təşkilatları komitəsinin xəbərləri" adı ilə çıxmağa başlamışdı. İyunun 9-dan etibarən "Xəbərlər"in müvəqqəti redaktoru Ceyhun bəy Hacıbəyli idi. Burada millətlərin öz müqəddəratını təyin etməsi problemi başlıca məsələ kimi işıqlandırılırdı. "Xəbərlər"də "Hazırkı vəzifələrə dair", "Milli komitədə", "Biz necə işləməliyik", "Vəzifələrimiz" başlıqları altında materiallar dərc edilirdi. == Fəaliyyəti == Qəzetdə müntəzəm olaraq Şimali Qafqaz, Türküstan, Volqaboyu və digər türk diyarlarından xəbərlər dərc edilir, Rusiya xalqları arasında müsəlman və türk həmrəyliyi, Rusiyanın və dünyanm türk və müsəlman cəmiyyətlərinin quruluşu haqqında, "Müsavat" partiyasının təsir dairəsinin genişləndiyi, hətta Stavropolda öz şöbəsini yaratdığı barədə məlumatlar verilirdi. Rusiyanın müsəlman mətbuatından parçalar, "Müsavat" partiyasının orqanı olan "Açıq söz" qəzetindən tez-tez xülasələr, habelə gürcü və erməni mətbuatından yazılar da dərc edilirdi. "Xəbərlər"də müsəlmanların seçkilərdə iştirakına, tibbi xidmətə, qadınların ictimai həyatda fəallaşmasına, tələbə gənclər və müsəlman ziyalıları arasında qarşılıqlı münasibət problemlərinə dair izahat işi aparılır, tövsiyələr verilirdi. Qəzetdə müsəlman memarlıq abidələri haqqında məqalələr dərc edilir, Bakıdakı Şirvanşahlar sarayının tarixi əhəmiyyəti, çar hakimiyyətinin ona etinasız münasibət bəslədiyi göstərilirdi. "Xəbərlər" Azərbaycanın rusdilli ziyalılarında və bütövlükdə, Azərbaycan xalqının siyasi şüurunun formalaşmasında, Rusiyanın türk və müsəlman xalqlarının həmrəyliyində əhəmiyyətli rol oynamışdır.
Navesti çayı
Navesti — Estoniyanın cənub-qərbində 100 km (62 mil) uzunluğunda çay. Bu Pyarnuya axan ən böyük çaydır. Navestinin mənbəyi Yarvamaa rayonundakı İmavere kəninə yaxındır. Çay qərbdən axır və üç rayondan: Yarvamaa, Vilyandimaa və Pyanumaadan keçir. Navestinin hövzəsinin sahəsi 3,000 km2 (1,200 mil2), orta axın sürəti isə saniyədə 27.9 kub metrdir.Vırtsyavr gölünün Emajogi vasitəsi ilə Peypus gölünə axmasından əvvəl Navesti çayının mənsəbi Vırtsyavr gölü idi. == Balıqlar == Navestidə 18 növə qədər balıq mövcuddur, bunlara çapaq, lota, Qafqaz enlibaşı, ide, xanı, adi durnabalığı, kumja, külmə və ruff daxildir.
İzvestiya (qəzet)
İzvestiya (azərb. Xəbərlər‎) — 1917-ci ilin martında təsis olunmuş Moskvada nəşr olunan sovet və rus gündəlik qəzeti. == Ümumi məlumat == Sovet dövründə Sovet hökumətinin, xüsusən Sovet İttifaqı Ali Sovetinin rəhbər orqanlarının rəsmi orqanı idi. 1991-ci ilin avqust ayından etibarən müstəqil mətbuat orqanı olmuşdur, 1996-cı ildən etibarən qəzet sahibləri müxtəlif böyük rus biznes strukturları olmuşdur. Qəzetin məqsədi Rusiyada və xaricdə baş verən hadisələrin, analitik və şərhlərin, biznes və iqtisadi məsələlərin, mədəni və idman həyatının hadisələrinin nəzərdən keçirilməsidir. 1960-cı ildən 2000-ci ilə qədər həftənin həftəlik qəzetinin təzə təzahürü, "Həftə" qəzetinə verildi (istehsal 2006-cı ilin yanvar ayında bərpa olundu). 2008-ci ilin ortalarından etibarən Sankt-Peterburqda İzvestiya öz cümə proqramını, "Peterburq həftəsi"ni buraxdı. 1992-ci ildən 2011-ci ilədək fasilələrlə "Maliyyə xəbərləri" biznes ərizəsi verilmişdir. Əvvəlcə bu Britaniyada Financial Times ilə ortaq bir layihə idi, lakin sonradan ayrı bir internet layihəsi kimi nəşr olunmağa başladı. == Tarixi == Petroqrad Sovet Fəhlə Məclisi Şurasının "İzvestiya" adlı qəzetin ilk sayı, 1917-ci il fevralın 13-də, Petroqradda, Petroqrad Fəhlə Deputatları Şurasının bülleteni kimi nəşr olunmuşdur.
Bakinski izvestiya (qəzet)
"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş ikinci qəzet. == Taricxi == 1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir. 1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.
Bakinskiye izvestiya (qəzet)
"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş ikinci qəzet. == Taricxi == 1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir. 1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
İveti Sanqalu
İveti Sanqalu (port. Ivete María Dias de Sangalo Cady; d. 27 may 1972) — Braziliya axe, samba-reggae, pop müğənnisi, mahnı şairi, aktrisa, server və model.
Şəhzadə və Dilənçi (povesti)
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.