"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş qəzet.
"Bakinskiye izvestiya" | |
---|---|
Təsisçi | D. S. Starоselski |
Redaktor |
|
Yaranma tarixi | 1876 |
Dil | rus dili |
Nəşrini dayandırıb | 1887 |
Baş ofis | |
Ölkə |
1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu.
İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi.
Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir.
1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.
"Bakinski izvestiya" qəzeti 1876–1887-ci illər ərzində həftədə bir dəfə, 1877-ci ildən isə həftədə iki dəfə buraxılırdı. Sonradan isə günlük paytaxt qəzertləri formatına kerçir. Binanın təmiatı üçün quberniya xəbərlərinə cavab verirdi.
İlk 10 il fəaliyyəti zamanı "Bakinski izvestiya" qəzeti dəfələrlə borc səbəbindən dövlət tərəfindən fəaliyyəti dayandırılır və əldən-ələ keçirdi.
1888-ci ildən sonra qəzet "Bakinski torqovo-promışlenı listok" ("Bakı ticarət və sənaye vərəqi") adı ilə çıxmışdır. Müxtəlif vaxtlarda qəzetin redaktorları О. de Monfor, St. Gülüşəmbərov, V. Kuzmin, V. Abramoviç, V. Neruçev və başqaları olmuşdur.[1][2]