Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlmenit
İlmenit — mineral, FeTiO3, Mg, Mn qarışıqları olur. İlmenit - triqonal. Kristalları lövhəvari. Rəngi qara. Parıltısı yarımmetallik. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,7. Qabbro, diabaz, piroksenit, siyenit peqmatitlərində və səpintilərdə tapılır. Növ müxtəlifliyi: pikroilmenit, manqanilmenit. Sinonim: Kriçtonit, Titanlı dəmir daşı.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
İrmena Çiçikova
İrmena Çiçikova (bolq. Ирмена Чичикова; 22 may 1984, Plovdiv) — Bolqarıstan kino və teatr aktrisası. İrmena Çiçikova Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Təhsilini fransız dilli "Antoine de Saint Exupéry" məktəbində almışdır. 2003-cü ildə isə məktəbi bitirərək Sofiyaya gəlir. Sofiyada təhsilini Teatr və Kinematoqrafiya Milli Akademiyasında Marqarita Mladenova və İvan Dobçevin rəhbərliyi altında davam etdirir. Paralel olaraq yunan dilini də öyrənir. Onun diplom çıxışları Anton Çexovun "Üç baçı" və Joldi Qalseranın "Dakota /Zəncirlərdəki sözlər" pyesi olur. 2008-ci ildə məzun olduqdan sonra, peşəkar sertifikatlaşdırılmış aktrisa olur. 2012-ci ildə "Mən — sən" filminə çəkilir.
İlmenau Texniki Universiteti
İlmenau Texniki Universiteti (alm. Technische Universität Ilmenau, TU Ilmenau‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. İnformasiya texnologiyaları üzrə ixtisasların üstünlük təşkil etdiyi bu universitetdə texniki təhsil çoxillik və zəngin ənənələrə söykənir. Almaniyanın nüfuzlu ali məktəbi 1894-cü ildə texnikum olaraq fəaliyyətə başlayıb. Təhsil müəssisəsində 1953-cü ildən akademik təhsil sistemi tətbiq olunur. Təhsil ocağı 1963-cü ildə İlmenaunun ən yüksək texniki məktəbi statusunu əldə edir, 1992-ci ildən isə universitet statusu qazanaraq Almaniyanın ən gənc universitetlərindən biri olur. Hazırda ali məktəbdə 6500-dən artıq tələbə təhsil alır. Təhsil haqqı ilk semestr üçün 13740, sonrakı semestrlər üçün 12240 avro təşkil edir. Universitetdə tələbələrin yaşayış yeri ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Erenberq ərazisində bir neçə yataqxana inşa edilib.