Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
İbiza
İbiza — Aralıq dənizindəki Balear adalarında, İspaniyaya məxsus ada. Adanın üç böyük şəhəri vardır ki, onlardan biri məhz İbiza şəhəridir. Hər nə qədər Balear adalarının ən böyüyü Malyorka hesab olunsa da, son 30 ildir ki, İbiza turizm mərkəzinə çevrilib. İbizanı Avropanın ən böyük əyləncə dünyası hesab etmək olar. İbiza adı ərəbcə Yabisah sözündən gəlmədir. Səbəbi isə uzun müddət müsəlmanların idarəsi altında olmasıdır. Katalonlular isə bura Eivissa deyirlər.
Yıva boyu
Yıva boyu — Oğuz xaqan dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündən dördüncüsü. Bəlgələri şudur: deyə tanıtdığı bir Oğuz boyudur. Yıva boyunun onqonu tuygun, yani "yaşlı erkək çaxırdoğan"dır. Professor Bazin Özbəkcədəki qarşılığını tapıb: qara erkək Qarçıqaydır. Qaraqoyunlu Dövlətini idarə edən Baharlı sülaləsi Yıva boyundan idi. == İstinadlar == == Xarici keçidlər == Kafesoğlu, İbrahim. Türk Milli Kültürü. Türk Kültürünü Araştırma Enstitüsü, 1977.
İmamqulu xan Yıva-Qacar
İmamqulu xan Yıva Qacar (1512, Gəncə – 1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. == Həyatı == İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.