Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmamlar
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. == Şiəlikdə imam == On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
İmamalı Hüseynov
İmamalı Cəlil oğlu Hüseynov (3 dekabr 1992; Zəngilan rayonu, Azərbaycan — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmamalı Hüseynov 1992-ci il dekabrın 3-də Zəngilan rayonunun Tağlı kəndində anadan olub. 1993-cü ildə Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Hüseynovlar ailəsi Abşeron rayonunda yaşamağa başladılar. == Hərbi xidməti == İmamalı Hüseynov 2012-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Dövlət Sərhəd Xidmətinin sıralarında "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan İmamalı Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmamalı Hüseynov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Mehdiabad qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
İmamyar Həsənov
İmamyar Həsənov (tam adı: İmamyar Fikrət oğlu Həsənov) — mahir kamança ifaçısı və müəllimi. == Haqqında == İmamyar Həsənov Bakıda Mərdəkan qəsəbəsində musiqiçi ailəsində anadan olub. Atası Fikrət Həsənovun musiqiyə olan sevgisi bacısı Qəməri, qardaşı Rüfəti və İmamyar Həsənovu musiqiyə gətirib. === Təhsili === İmamyar Həsənov Mərdəkan qəsəbəsində yerləşən – birinci sinifdən səkkizinci sinfə qədər Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbdə təhsil alıb. Habelə Mərdəkanda yerləşən 17 saylı musiqi məktəbinin kamança sinfində, daha sonra 1990-cı ildə Asəf Zeynallı adına Musiqi Kollecində təhsilini davam etdirib. O, burada Mütəllim Novruzov və Arif Əsədullayev kimi tanınmış kamança ustadlarından dərs alıb. 1995-2000-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ağacəbrayıl Abasəliyevin sinfində təhsilini davam etdirib. Həsənov 2000-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra ABŞ-yə köçüb. Hal-hazırda ABŞ-nin San-Fransisko şəhərində yaşayır. == Fəaliyyəti == İmamyar Həsənov 2012-ci ildən San-Fransisko Dünya Musiqi Festivalının Musiqi Direktoru vəzifəsində fəaliyyətini davam etdirir.
İmamçay (Sərab)
İmamçay (fars. امام چاي‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Kərbəlayı İmamyar Şəqaqi
Kərbəlayı İmamyar Şəqaqi Şatıranlı — Azərbaycan şairlərindəndir ki 1185-ci Hicri-şəmsi ilində Xalxal böhgəsinin Ute oliya (Mustafalu) kəndində anadan olub, yüz il ömür edib və 1285-ci Hicri-şəmsi ilində vəfat edib və Xanqahe Sadat kəndində İmamzadə Seyid Daniyalın mərqədinin cəvarında dəfn olub.
Malval-an-Verkor
Malval-an-Verkor (fr. Malleval-en-Vercors) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38216. Kommunanın 2012-ci il üçün əhalisi 50 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 24 km qərbdə yerləşir.