Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İndikator
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
İndiqator
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
Elektron indikator
Elektron indikator — siqnalları əyani əks etdirən cihaz. Daxil olan siqnalın mövcudluğu və/və ya xəta qeyd etmədən onun həcmini göstərə bilir. Məlumatların indikator tərəfindən əks edilməsi uzunmüddətli fiksasiya olmadan həyata keçirilir. İndikatorun siqnalı proses və obyektin vəziyyətini təsvir edir.Elektron indikatorlar insanlara gərginlik, cərəyan, istilik, batareya doldurma və s. kimi müxtəlif parametrlərin səviyyəsi və ya mənası barədə məlumat vermək üçün müxtəlif ev və sənaye avadanlıqlarında quraşdırılır. == Təyinatı == Elektron indikator insana lazımi parametrləri, xüsusən də bir insanın hisslərinin köməyi ilə birbaşa təyin edə bilmədiyi parametrləri tez və aydın qiymətləndirməyə kömək edir. Bu cür qiymətləndirmənin yüksək dəqiqliyi tələb olunursa, çoxrəqəmli rəqəmsal indikatorlar quraşdırılır; dəqiqliyin tələb olunmadığı və yalnız bir siqnalın olub-olmadığını görmək zəruriyyətində tək-tək indikatorlar istifadə olunur. Hər-hansısa cihazın indikatorlara aid edilməsi onların tətbiqi ilə müəyyən edilir. Belə ki, məsələn işıqlandırma üçün istehsal edilmiş adi közərmə lampası xəbərdarlıq sistemləri və ya idarəetmə və nəzarət pultlarında istifadə edildikdə elektron indikator hesab edilə bilər. Eyni zamanda, matrisa işıqdiodlu indikatorlardan hazırlanan və reklam məqsədi ilə istifadə olunan elektron tablo artıq indikator hesab edilmir.
İndikator (dəqiqləşdirmə)
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
İndikator (ekologiya)
İndikator (lat. indicator – göstərici) – Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar. İndikator bitkilər müəyyən ekoloji şəraitlə sıx bağlı olub onların mövcudluğu şəraitə keyfiyyətcə qiymət verən göstərici sayılır. İndikator bitkilər ayrı-ayrı növlərlə və ya fitosenozlarla yayıla bilər. Fitosenoz halında olduqda indikatorlar xüsusiyyətini daha dəqiq oynayır. İndikasiya obyekti torpaq ola bilər, o, bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana süxurları, ağır metallar və digər kimyəvi elementlər də indikasiya obyekti ola bilər. İndikator bitkilər ətraf mühitin vəziyyətinə və onun çirklənmə dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndikator bitkilərdən faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indikator bitkilərin və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab olunur.
İndikator (kimya)
İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein). == İstifadəsi == Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir. == Növləri == Əsasən 5 növdür: Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir. Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin). Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirənmaddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir.
İndiqator (iqtisadiyyat)
İndiqator administratoru
İndiqator administratoru, və ya bençmark administratoru (ing. Benchmark administrator) — maliyyə istinad göstəricisinin (“bençmark”) inkişafına və idarə olunmasına nəzarət edən şəxs. İndiqator ixtisaslaşmış indeks şirkətləri, fond birjaları və banklar da daxil olmaqla müxtəlif təşkilatlar tərəfindən idarə oluna bilər. Administratorlar institutunun çoxalması, 2014-2021-ci illər ərzində reallaşdırılan faiz dərəcələrinin qlobal islahatı sayəsində mümkün olmuşdur. == Tərifi == Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatının "Maliyyə etalonları prinsipləri" nə əsasən göstərici administratoru, daxil olmaqla etalon indiqatorun inkişafı və paylanması üçün bütün mərhələ və proseslərdən cavabdehdir: göstəricini təsvir etmək üçün məlumat və ya fikirlərin toplanması, təhlili və (və ya) işlənməsi; düsturdan və ya göstəricinin əmələ gəlməsi üçün verilən məlumatların və ya rəylərin işlənməsinin digər metodlarından istifadə edərək göstəricinin təyin edilməsi; yoxlamalar, indiqator dəyərlərinə düzəlişlər və metodoloji dəyişikliklər daxil olmaqla göstəricinin istifadəçilər arasında yayılması (yayımlanması).2020-ci ildən etibarən, Avropa Birliyində , Avstraliyada , Sinqapurda və Cənubi Koreyada maliyyə göstəricilərini tənzimləyən qanunvericilik tətbiq edilmişdir. Avropa Birliyində idarəçi göstəricinin təmin edilməsinə nəzarət edən fiziki və ya hüquqi şəxsdir. İndiqatorun göstərilməsi göstərici tərifi üçün konvensiyaların idarə edilməsini əhatə edir; bir göstərici yaratmaq üçün daxil olan məlumatların toplanması, təhlili və ya işlənməsi; düstur, başqa bir hesablama metodu tətbiq edərək və ya giriş məlumatlarını qiymətləndirərək bir göstəricinin əmələ gəlməsi. == Administrator üzvləri == İndiqator administratoru kontribyutor ianəçilərdən ilkin məlumatları toplayır. Mənbə məlumatlarının vaxtını, tamlığını və etibarlılığını qiymətləndirməyə borcludur. Xam məlumatlar artıq göstəricinin əks etdirdiyi bazarı və ya iqtisadi reallığı əks etdirmədikdə, administratordan cavab tələb olunur.
Yeddi seqmentli indikator
Yeddi seqmentli indikator(seven-segment,семисегментный индикатор,yedi segmentli gösterge)-0-dan 9-dək onluq rəqəmləri göstərə bilən işıq diodu, yaxud maye-kristal indikator. Yeddi seqment dedikdə düzbucaq formalı 8 rəqəmini əmələ gətirən üç üfüqi və dörd şaquli cizgi nəzərdə tutulur. Seqmentlər A-dan G-dək hərflərlə işarə olunur; onluq nöqtəni (decimal point, DP) göstərən səkkizinci seqment kəsr ədədləri əks etdirmək üçün nəzərdə tutulub. Bəzən yeddi seqmentli indikatorda hərflər də göstərilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 771 s.
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. == Həyatı == Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.