Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birja brokeri
Birja brokeri — birjada işləyən şəxs. Alıcı və satıcı arasında vasitəçi kimi çıxış edir. == Tarixi == Birinci Dünya müharibəsi illərində Kiyevdəki birjada yerli müəssisələrin və digər şəhərlərdəki iri metallurgiya zavodlarının səhmləri böyük əhəmiyyət kəsb edirdi. Əməliyyatların aparılmasında birja maklerləri iştirak edirdilər, onlara hofbroker, habelə birja notariusu rəhbərlik edirdi. Birja binasının aşağı mərtəbəsində brokerlərin öz ofisləri var idi, üzərində üzərində "Stock Broker" yazılmış lövhələr var idi. Bəzi brokerlərin birjadan kənarda yerləşən şəxsi xarakterli başqa ofisləri var idi. Bu ofislərdə maklerlər öz vəsaitləri hesabına əməliyyatlar aparırdılar. Birja maklerlərinin ofislərinin pəncərələrində çox vaxt satdıqları kağızların nümunələri olurdu.. Birja dəllalının sövdələşməsi zamanı hər iki tərəf ona komissiya ödəyirdi. Əmtəə əməliyyatları üzrə broker hər iki tərəfdən rubldan 1/4 qəpik alırdı.
Rodezi tripanosomu
Rodezi tripanosomu insana yoluxandan sonra, inkişafı çox intensiv və kəskin gedir, ölümlə qurtarır. Xəstəlik çox təsadüfi halda bir ilə qədər çəkə bilər. Xəstə yoluxan gündən iş qabiliyyətini itirir. Afrika tripanosomozunun Rodezi forması da zoonozlardan olub, rezervuar sahibi meşə antilopudur. Xəstəlik Şərqi və Cənubi Afrikada yayılmışdır. Xəstəliyə tutulma çox vaxt, adamın parazitin təbii ocağında olması ilə baş verir. Paraziti rezervuar sahibdən insana Glossina palpalis milçəkləri keçirir. Rodezi tripanosomu milçəyin bədənində 18-25 gün müddətində metasiklik forma olan tripomastiqot halı aldıqdan sonra onu insana yoluxdurur. == Ədəbiyyat == C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları.