Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diskont
Diskont (ing. discount) — iqtisadi termin İngilis dilindən hərfi tərcümədə endirim, çıxılma, fərq deməkdir . Məzmundan asılı olaraq fərqli mənalar götürə bilər. Əmtəə və ya xidmətin qiymətinə satıcı tərəfindən edilən endirim. Endirim dərhal ödəmə şərti ilə verilə bilər. Xəzinə veksellərinin və ya digər qiymətli kağızların bazar qiymətindən aşağı qiymətə satın alınması. Pul vahidinin gələcək qiymətinin cari dəyəri. Bankın kredit verməsi üçün girov mülkin əsl dəyəri ilə girov qiymətləndirilməsi arasında fərq. == Əmtəə bazarında diskont == Satıcı tərəfindən satış zamanı istehlakçıya təqdim etdiyi məhsul və ya xidmətin elan edilmiş siyahı qiymətindən endirim [1]. Endirim dərhal nağd ödəniş (nağd endirim) və ya toplu alış (ticarət endirimi) üçün təklif edilə bilər.
İskənə
İskənə — metal, dəmir və ağacların emalında tətbiq olunan, metaldan hazırlanmış alətdir. Tablandırılmış tilləri olan bu alətin uc hissəsi paz formasındadır. Iskənə çəkicin köməyi ilə emal olunan hissələri parçalamaq və ya yonmaq üçün istifadə olunur. Ağac üçün nəzərdə tutulmuş iskənələr tablandırılmış poladdan, daşın emalı üçün isə bərk xəlitədən hazırlanırlar. İşin təhlükəsiz aparılıması üçün alətə plastmas, ağac və ya metaldan hazırlanmış başlıq keçirilirək əlin zədələnməsinin qarşısı alınır.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
İkona
İkona-(yunanca ekon-təsvir, görkəm, sürət)-Dində sitayiş edilən ilahilərin, müqəddəslərin və digər fövqəltəbbi vücudların bədii təsviri(nadir hallarda qabarıq təsviri).
Askoli Piçeno
Askoli Piçeno (it. Ascoli Piceno) — İtaliyanın Marke regionunda şəhər.
Lisa Ruskoni
Lisa Ruskoni — 1997-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Lisa Ruskoni 1997-ci ildə anadan olmuşdur. == Karyerası == Lisa Ruskoni 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2013, 2014, 2015-ci illərdə Dünya Çempionatında iştirak etmişdir.
Lukino Viskonti
Lukino Viskonti di Modrone (it. Luchino Visconti di Modrone; 2 dekabr 1906, Milan — 17 mart 1976, Roma) — italyan opera və teatr rejissoru, kinorejissor. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlamışdır. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılğında dəqiqliyi ilə əks etdirmişdir. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalmışdır. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi.
Metaseiulus bisoni
Metaseiulus bisoni (lat. Metaseiulus bisoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Çarlz Simoni
Çarlz Simoni-(d. 10 Sentyabr 1948, Budapeşt, Macarıstan) Macar əsili amerikan milyarder. Kosmosa gedən 2-ci macar. Çarlz Simoni Microsoftun proqram təminatı qrupunun rəhbəri olaraq Microsoft Office proqramlarının yaradılmasında böyük pay sahibi olmuşdur. Hal-hazırda "İntentional Software" şirkətinin sahibidir. 2007-ci ilin aprel ayında Soyuz TMA-10 kosmik gəmisi ilə kosmosa gedən ikinci macar olmuşdur. 2009-cu ilin mart ayında Soyuz TMA-14 gəmisi ilə 2-ci dəfə kosmosa səyahət etmişdir. == Həyatı == Çarlz Simoninin atası Karoli Simoni Budapeşt Texniki Universitetində eletrik mühəndisliyi üzrə professor idi. Orta məktəbdə laboratoriyada Sovet Ural II kompüteri üzərində təcrübə keçməsi onda kompüter elmlərinə qarşı maraq yaradır. Laboratoriyanın müəllimlərindən proqramlaşdırmanı öyrəndikdən sonra məktəbi tərk edərək hazırladığı proqramı dövlət idarəsinə satır.
İskənə (bürc)
İskənə (lat, Caelum) — Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzunun ölçüsü 4-dür. Azərbaycandan görünür.
Anqleziya Viskonti
Anqleziya Viskonti (it. Anglesia Visconti; 1377, Milan – 12 oktyabr 1439, Recco nel Emiliya) — Kral Yanus ilə evli olan Kipr kraliçası. O, Milanın Llordu Bernabo Viskontinin və Verona lordu II Mastinonun qızı Beatriçe Recina della Skalanın qızı idi. Anqleziya 1400-cü ilin yanvarından bir müddət sonra Kipr Kralı Yanusla evlənərək Kiprin Kraliçası oldu. Yanus həm də Yerusəlim və Ermənistanın titullu Kralı idi. Evlilik 1407–1409-cu illər arasında heç bir problem olmadan pozuldu. Onun bacısı Valentina Viskonti Yanusun əmisi oğlu Kiprli II Pyotrla evləndi.
İsko
Fransisko Roman Alarkon Suares Rika İsko (doğumu. 21 Aprel 1992 , Malaqa ) İsbaniya millisinin Real Madridin və yarımmüdafiəçi. Bu Anda la liqada Real Madriddə Çıxış edir .Real madriddən əvvəl Malaqa ,və Valensiyada onun oynayıb . Artıq Real onun üçün doğmalaşıb .Bu mövsüm Real Madriddə 22 nömrə iləçıxıç edib.bu mövsüm bir dəfə du-bil də edib bunu Real Madrid-Qranada maççında edib . Maçda Real M 5-0 hesabı ilə qələbə qazandı . Çempionlar Liqasında da 1 qol vurub .
İkon
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Conatan İkone
Nanitamo Conatan İkone (2 may 1998) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Pari Sen-Jermen === İkone öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 28 sentyabr 2016-cı ildə etmişdir. O, UEFA Çempionlar Liqasında Ludoqorets klubu ilə qarşılaşmada 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Ludoqoretsə səfərdə 3-1 hesabı ilə qalib gəlmişdir. İkone Liqa 1-də debütünü isə 3 gün sonra Bordo klubuna qarşı oyunda etmişdir. Bu dəfə də o, 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Klubu isə evdə 2-0 hesabı ilə qələbə qazanmışdır. === Monpelye (icarə) === 18 yanvar 2017-ci ildə İkone icarə əsasında Liqa 1 təmsilçilərindən olan Monpelye klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, klubu ilə debütünü 3 gün sonra Metz klubuna qarşı oyunda etmiş və 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Lill === 1 iyul 2018-ci ildə İkone Liqa 1 təmsilçilərindən olan Lill klubu ilə beş illik müqavilə imzalamışdır.
Devid İston
Devid İston (ing. David Easton 24 iyun 1917, Toronto – 19 iyul 2014) — ABŞ və Kanada politoloqu. O, ABŞ-də bu sahə üzrə qabaqcıl alimlərdən biri hesab edilir. == Həyatı == Devid İston 1917-ci ildə, o zaman Britaniya imperiyasının bir hissəsi olan Kanadanın Toronto şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Toronto Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi almışdır. İston Harvard Universitetində 1943-cü ildə magistr dərəcəsi və 1947 -ci ildə doktorluq dərəcəsi almışdır. O, elə həmin il Çikaqo Universitetində Siyasi Elmlər Departamentində assistent kimi əmək fəaliyyətinə başlamışdır. İston 1943–1947-ci illərdə Harvard Universitetində aspirantura müəllimi kimi çalışmışdır. O, 1981-ci ildən Kaliforniya İrvin Universitetində professor olmuşdur. İston 1968–1969-cu illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti olmuşdur.
Kompüter ikonu
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Sioni kafedralı
Sioni Məryəmin vəfatı kafedralı (gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი) – Tbilisidə yerləşən Gürcü pravoslav kafedralıdır. Kilsələrin Müqəddəs torpaqlardakı yer adları ilə adlandırılması orta əsr gürcü ənənəsinə əsasən kilsə Yerusəlimdəki Sion dağının adı ilə adlandırılmışdır. Gürcüstan ərazisində yayılmış və Sioni adlı digər kilsələrlə qarışdırılmaması üçün Tbilisidəki kilsə bir çox mənbələrdə "Tbilisi Sioni" də adlandırılır. Tbilisi Sioni kilsəsi şəhərin tarixi mərkəsində "Sionis Kuça" (Sioni küçəsi) adlı ərazsidə yerləşir və şərq fasadı Kür çayının sağ sahilinə baxır. Kilsə təxminən VI–VII əsrlərdə ina edilmişdir. O dövrdən etibarən kilsə dəfələrlə dağıntılara məruz qalmış və bərpa edilmişdir. Hazırkı kilsə binası XII əsrə aid olmaqla, özündə, XVII–XIX əsrdə edilmiş bəzi dəyişiklikləri də əks etdirir. 2004-cü ildə Müqəddəs üçlük kafedralının açılmasına kimi Sioni kafedralı əsas Gürcü pravoslav kilsəsi və Gürcüstan katolikos-patriarxının iqamətgahı olmuşdur. == Tarixi == Müxtəlif gürcü xronikalarının məlumatlarına görə, hazırkı kafedralın yerində ilk kilsə binasının tikintisi V əsrdə çar Vaxtanq Qorqasalı tərəfindən sifariş edilmişdir.
Skone (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Skone yarımadası
Skone yarımadası (isv. Skåne) — Skandinaviya yarımadası yarımadasının cənubunda yerləşən yarımada. Orta əsrlərdə yarımada Danimarkaya mənsub olmuşdur. İsveç isə yarımadaya 1658-ci il Roskill anlaşması ilə sahiblənir. Yarımadanın qərbində Malmo şəhəri yerləşir. == Relyef == İsveçin digər ərazilərinə nisbətdə relyefi düzənlikdir. Relyefi sanki dağlıq İsveçdən düzən Danimarkara bir keçidi xatırladır. Meşə örtüyü əsasən iynə yarpaqlı-enliyarpaqlı meşə örtüyündən ibarətdir. == Kənd təsərrüfatı == Əkinçilik baxımından əlverişli bölgədir. Burada İsveç ərazisində yeganə yerdir ki, şəkər cuğunduru yetişdirilir.
İşani Senanayake
İşani Senanayake (d. 13 avqust 1995) — Şri-Lankalı üzgüçü. İşani Senanayake Şri-Lankanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == İşani Senanayake birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:13.38 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 46-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
İşken (Uçalı)
İşken (başq. Ишкен, rus. Ишкиново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 42 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 49 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
İşkol (Əbyəlil)
İşkol kəndi (başq. Ишҡол) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Ravil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İşkol kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 22 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 70 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Jonatan İkone
Nanitamo Conatan İkone (2 may 1998) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Pari Sen-Jermen === İkone öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 28 sentyabr 2016-cı ildə etmişdir. O, UEFA Çempionlar Liqasında Ludoqorets klubu ilə qarşılaşmada 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Həmin görüşdə Pari-Sen Jermen Ludoqoretsə səfərdə 3-1 hesabı ilə qalib gəlmişdir. İkone Liqa 1-də debütünü isə 3 gün sonra Bordo klubuna qarşı oyunda etmişdir. Bu dəfə də o, 88-ci dəqiqədə Anxel Di Mariyanı əvəz etmişdir. Klubu isə evdə 2-0 hesabı ilə qələbə qazanmışdır. === Monpelye (icarə) === 18 yanvar 2017-ci ildə İkone icarə əsasında Liqa 1 təmsilçilərindən olan Monpelye klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. O, klubu ilə debütünü 3 gün sonra Metz klubuna qarşı oyunda etmiş və 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Lill === 1 iyul 2018-ci ildə İkone Liqa 1 təmsilçilərindən olan Lill klubu ilə beş illik müqavilə imzalamışdır.
4K görüntü imkanı
4K görüntü imkanı — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-ci ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir. == Formatlar == === Rəqəmsal film === Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur. === PC formatları === ==== UHD ==== Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir. ==== YouTube formatı ==== İyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.
Alfredo Jakoni stadionu
Alfredo Jakoni stadionu (port. Estádio Alfredo Jaconi) — Braziliyanın ən böyük dördüncü stadionudur. Kaşias-du-Sul şəhərində yerləşir. Tamaşaçı tutumu 30,519 nəfərdir. "Juventude" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 23 mart 1975-ci ildə olmuşdur.