Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Estinn
Estinn (ing. Estinnes) — Eno əyalətində, Tien bölgəsində yerləşən Valloniya şəhərində kommuna. Belçikanın Fransız Dil cəmiyyətinə məxsusdur. 72,73 km² ərazisində 7 413 nəfər (əhalinin sıxlığı 102 nəfər/km²) yaşayır ki, bunun da 48,91 %—i kişi, 51,09 %—i qadınlardır. Orta illik gəlir adambaşına 2003-cü ildə 11 515 avro təşkil edir. Poçt kodu 7120, telefon kodu isə 064-dür.
Marjori Estiano
Marjorie Dias de Oliveira (Marjorie Estiano, 8 mart 1982, Curitiba) — Braziliya latın pop sənətçisi və aktrisası. == Filmoqrafiyası == 2003: Malhação ... Fabiana 2004 - 2005: Malhação ... Natasha Ferreira (rəqib) 2006: Páginas da Vida ... Marina Andrade Rangel 2006: Sob Nova Direção ... Nely Li 2007: Duas Caras ... Maria Paula Fonseca do Nascimento (günleri) 2009: Caminho das Índias ... Tônia (Antônia Cavinato) 2010: S.O.S. Emergência ... Flávia Menezes 2011: Amor em Quatro Atos ... Letícia 2011: Cine Conhecimento ...
Marjorie Estiano
Marjorie Dias de Oliveira (Marjorie Estiano, 8 mart 1982, Curitiba) — Braziliya latın pop sənətçisi və aktrisası. == Filmoqrafiyası == 2003: Malhação ... Fabiana 2004 - 2005: Malhação ... Natasha Ferreira (rəqib) 2006: Páginas da Vida ... Marina Andrade Rangel 2006: Sob Nova Direção ... Nely Li 2007: Duas Caras ... Maria Paula Fonseca do Nascimento (günleri) 2009: Caminho das Índias ... Tônia (Antônia Cavinato) 2010: S.O.S. Emergência ... Flávia Menezes 2011: Amor em Quatro Atos ... Letícia 2011: Cine Conhecimento ...
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İstinad dizaynı
İstinad dizaynı başqalarının kopyalaması üçün nəzərdə tutulmuş sistemin texniki planına aiddir. O, sistemin əsas elementlərini ehtiva edir; lakin, üçüncü tərəflər tələb olunduqda dizaynı təkmilləşdirə və ya dəyişdirə bilər. Kompüter dizaynlarını müzakirə edərkən, konsepsiya ümumiyyətlə istinad platforması kimi tanınır. Referans dizaynın əsas məqsədi şirkətlərə ən son texnologiyalardan istifadə edərək gələcək nəsil məhsulların hazırlanmasında dəstək olmaqdır.İstinad məhsulu platforma konsepsiyasının sübutudur və adətən xüsusi proqramlar üçün nəzərdə tutulub.İstinad dizayn paketləri,müştərilərin inteqrasiya layihəsində xərclərin azaldılması və riskin azaldılması ilə bazara sürətli çıxış imkanı verir. İstinad dizaynları üçün üstünlük təşkil edən müştərilər OEM-lər olduğundan, bir çox istinad dizaynları texnologiya komponenti təchizatçıları tərəfindən, istər aparat, istərsə də proqram təminatı, məhsullarının OEM-in məhsuluna çevrilmə ehtimalını artırmaq və onlara rəqabət üstünlüyü vermək vasitəsi kimi yaradılır.
Corc Stinni
Corc Stinni (21 oktyabr 1929 – 16 iyun 1944, Kolumbiya) — Səhvən 2 azyaşlı, 7 və 11 yaşlı Amerikalı qızların öldürülməsində şüphəli bilinərək, ölüm cəzasına məhkum edilmişdir. O, elektrik stuluna bağlanaraq edam edilən ən gənc, 14 yaşlı Amerikalı məhkum idi. == Hadisə == 2 ağdərili Amerikalı qız, 7 yaşlı Meri Emma Sames və 11 yaşlı Beti Cun Binikerin gecə saatlarında evə geri dönmədikləri aşkar olunduqdan sonra, onlar Cənubi Karolina ştatının Alkolu qəsəbəsində ölü olaraq tapılıb. Bu qəsəbə, ağdərililərin yaşadığı və qaradəlilərin yaşadığı hissələr olmaqla ikiyə bölünürdü və qızlar qaradərili amerikalıların yaşadığı ərazidə itmişdilər. Onların Stinney ailəsinin evinin ətrafında söhbət etdikləri məlum idi. Geniş miqyaslı axtarışlara başlandıqdan sonra çirkli su ilə dolu bir xəndəkdə, başları qırılmış qızların cəsədləri tapıldı. == İttiham və həbs == Qəsəbə polisi azyaşlı qızların öldürülməsində Stinni ailəsindən 14 yaşlı Corcu şüphəli bildi. Polislər, Corcun, işlənmiş cinayəti etiraf etdiklərini söylədilər və həbs etdilər. İstintaq aparan vəkilin təqdim etdiyi yazılı məlumatdan başqa, etiraf haqqında heç bir yazılı qeyd və sənədlər yox idi.
İslam Dünya Elmi İstinad Mərkəzi
İslam Dünyasının Elmi İstinad Mərkəzi (az. İDEİM - ing. ISC) — İslam dünyası ölkələrinin akademik, elmi təsisatlarının nəşrlərini, elmi əsər, elmi jurnal və dərgilərini etibarlı elmmetrik meyarlara əsaslanaraq təhlil edən mərkəzdir. 2008-ci ildə professor Cəfər Mehradın rəhbərliyi ilə formalaşmışdır. Bu elmi mərkəzin baş ofisi İranın Şiraz şəhərində yerləşir. Mərkəz sitat araşdırmaları sahəsində 60 illik təcrübəyə malik olan ABŞ-dən, həmçinin Hollandiyadan sonra üçüncü dünya istinad sistemini qurmuşdur. İslam Ölkələri Təhsil Nazirlərinin 2008-ci ilin oktyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən IV iclasında İDEİM təsdiq edildi.
Bəziləri bu istini sevir (film, 1959)
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.