Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corc Stinni
Corc Stinni (21 oktyabr 1929 – 16 iyun 1944, Kolumbiya[d]) — Səhvən 2 azyaşlı, 7 və 11 yaşlı Amerikalı qızların öldürülməsində şüphəli bilinərək, ölüm cəzasına məhkum edilmişdir. O, elektrik stuluna bağlanaraq edam edilən ən gənc, 14 yaşlı Amerikalı məhkum idi. == Hadisə == 2 ağdərili Amerikalı qız, 7 yaşlı Meri Emma Sames və 11 yaşlı Beti Cun Binikerin gecə saatlarında evə geri dönmədikləri aşkar olunduqdan sonra, onlar Cənubi Karolina ştatının Alkolu qəsəbəsində ölü olaraq tapılıb. Bu qəsəbə, ağdərililərin yaşadığı və qaradəlilərin yaşadığı hissələr olmaqla ikiyə bölünürdü və qızlar qaradərili amerikalıların yaşadığı ərazidə itmişdilər. Onların Stinney ailəsinin evinin ətrafında söhbət etdikləri məlum idi. Geniş miqyaslı axtarışlara başlandıqdan sonra çirkli su ilə dolu bir xəndəkdə, başları qırılmış qızların cəsədləri tapıldı. == İttiham və həbs == Qəsəbə polisi azyaşlı qızların öldürülməsində Stinni ailəsindən 14 yaşlı Corcu şüphəli bildi. Polislər, Corcun, işlənmiş cinayəti etiraf etdiklərini söylədilər və həbs etdilər. İstintaq aparan vəkilin təqdim etdiyi yazılı məlumatdan başqa, etiraf haqqında heç bir yazılı qeyd və sənədlər yox idi.
Bəziləri bu istini sevir (film, 1959)
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüsserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.