Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikolay İstomin
Nikolay Mixayloviç İstomin (rus. Николай Михайлович Истомин; 9 may 1855 – 1925) — Rusiya general-leytenantı. Birinci Dünya müharibəsi illərində 5-ci Qafqaz Ordu Korpusunun komandiri kimi tanınmışdır. Nikolay Mixayloviç İstomin 21 may 1855-ci ildə Pyatnitskoyedə anadan olub. 7 sentyabr 1868-ci ildə Baltikyanı Naviqasiya Məktəbinə daxil olmuş, oradan 30 avqust 1873-cü ildə 5-ci dəniz ekipajında gizir rütbəsində buraxılmış, lakin donanmada çox qalmamış və orduya keçmiş və 3-cü artilleriya briqadasında xidmət etmişdir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi zamanı İstomin Lovçe-Selva dəstəsinin tərkibində olmuş və Plevnanın mühasirəsində döyüşmüşdür. Daha sonra oBalkanlarda Trayanov keçidi üzərindən çətin bir qış keçidi etmişdir. Bu kampaniyadakı fərqlənməyə görə 18 dekabr 1878-ci ildə ikinci leytenant rütbəsinə yüksəlmişdir. 20 dekabr 1879-cu ildə leytenant rütbəsində fəaliyyət göstərən İstomin Baş Qərargah Akademiyasına qəbul imtahanlarını vermiş və 1883-cü ildə onu 2-ci dərəcəli ilə bitirmişdir. O, Kiyev hərbi dairəsinin qərargahında idi.
Diatomit
Diatomit — torpaqvari, kövrək və ya sementləşmiş silisiumlu (opal), ağ, açıq-boz və ya sarı rəngli 50%-dən çox hissəsi diatomea zirəhlərindən ibarət süxurdur. Diatomit dəniz, nadir hallarda şirin su (göl) mənşəli olur. Tərkibində 70-98%-dək həll olan silisium dörd oksid vardır. Yük­sək məsaməlilik, az həcmi çəki, adsorbsiya və istilik izoləetmə xassələrilə səciyyələnir. Paleogen-Neogen və Dör­düncü dövr çöküntülərində yayılmışdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Diotomit
Diatomit Diatomit — Torpaq, yosun, çöküntü, qaya, açıq boz və ya sarımtıl rəngli, adətən boş və ya zəif sementlənmiş müxtəlif miqdarda orqanik strukturları olan mineraldir. Kimyəvi diotomitin 96%-ni sulu silisium(opal)təşkil edir. Diotomit turşuları adsorbsiya etmək, aşağı istilik və səs keçiriciliyi yüksək olan məsaməliyə malikdir. == Xüsusiyyətlər == Diatomitlərdə çoxlu sayda məsamələr var. Xammal strukturunda mikroskopik hava boşluqları kərpicdə mükəmməl istilik izolyasiya xüsusiyyətlərini təmin edir. Kimyəvi tərkibi SiO2−76,6%, Al2O3−7,52%, Fe2O3−1,53%, CaO-1,4%, MgO-1,25%, SO3−0,13%. Diatomitden dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə olunur. Gözənəkli quruluşa, yuksək fiziki və mexaniki xüsusiyyətlərə malik olması, ucuz başa gəlməsi diatomiti geniş şəkildə istifadə etməyə imkan verir. Sorbent, katalizator və onların daşıyıcıları, eləcədə filtrasiya prosesində doldurucu kimi istifadə olunur. == Tətbiqi == Diatomitlərin kərpic istehsalı üçün xammal kimi istifadə edilməsi, həmşinin qida sənayesində təmizləmə üçün filtrlər kimi, tibbi kosmetika, dərman və dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə edilir.
İstəmi xaqan
İstəmi xaqan (bilinmir və ya VI əsr – 576 və ya VI əsr, Göytürk xaqanlığı) — Aşina sülaləsindən de-fakto Göytürk xaqanı. İstəmi yabqu, de-fakto müstəqil amma rəsmi olaraq xaqan olmayan yabqu idi. Bizans imperiyası və Sasanilərlə diplomatik əlaqələri gücləndirmişdir. Özü haqqında Bizans arxivlərində geniş məlumat tapmaq olar. Bizanslılar tərəfindən Stembis Dizaboulos olaraq bilinirdi. Bumın xaqanın qardaşı idi. Göytürk Xaqanlığının qısa zamanda güclənməsində böyük rol oynamışdır. Çinə səfərlər təşkil etmiş, Ağ Hunların əlindəki İpək Yolunu ələ keçərmək üçün Sasanilərlə müttəfiqlik etmişdir. Bu ittifaq nəticəsində Ağ Hunların dövləti son verilmişdir. Ancaq bir müddət sonra Sasanilərin İpək Yoluna göz dikməsinə reaksiya olaraq Bizansla ittifaq etmiş və Sasaniləri çətin vəziyyətdə qoymuşdur.
Passiflora foetida var. isthmia
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.