Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Isatis
Rəngotu (lat. Isatis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
İmatra
İmatra — Finlandiyanın şərqində şəhər və bələdiyyə. İmatranın əksər hissəsi Sayma gölü və Vuoksa çayı ilə əhatə olunmuşdur və Rusiya ilə sərhəddə yerləşir. Sahəsi 19128 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 27357 nəfər təşkil edir.
İsaiya
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Tsada
Tsada — Kiprin qərb hissəsindəki kiçik bir şəhərdir. Eparkia Pafou rayonunda, ölkənin qərb hissəsində, paytaxt Nikosiyadan 90 km qərbdə və Pafosdan 8 km şimalda yerləşir. Tsada dəniz səviyyəsindən 619 metr yüksəklikdədir. 1,043 əhalisi var.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası == Ana himayəçisi == Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Isatis indigotica
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Isatis tinctoria
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Isatis yezoensis
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Islamda həmrəylik
İslamda həmrəylik - Əqidə və şəriət məsələlərində etiqad edilməsi və qəbul olunması zəruri sayılan mövzulardan başqa digər müxtəlif anlayışları, ümumilikdə isə islam məzhəblərini "vahid İslam ümməti" adı altında bir araya gətirmək, müsəlmanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, İslamda məzhəblər arasında ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, fikir müxtəlifliyinin təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərin əsas tutan ideyadır. Ideyanın əsas məqsədi məzhəblərarası yaxınlaşmanı təmin etməkdir. == İdeyanın İnkişaf Tarixi == === Qurani-Kərim === Həmrəylik islamın içindən qaynaqlanır. İslamın müqəddəs kitabı Qurani-Kərimdə deyilir: 1) "Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizi müsəlman adlandırdı" (Həcc, 78). 2) "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Əli İmran, 103) 3) "Allaha və Peyğəmbərinə itaət edin, birbirinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbir edənlərlədir" (Ənfal,46). === Peyğəmbərin "Üxuvvət" islahatı === İslam dinində din qardaşlığı qan qardaşlığından daha dəyərli hesab olunur. Bu ideoloji yanaşmanın kökündə islamın müqəddəs kitabı olan Qurani-Kərimdən qaynaqlanan "dini qardaşlıq" prinsipi durur. Bu prinsip daxili həmrəyliyi qoruyur. İslamı qəbul etmiş iki şəxs arasındakı etnik, dil və digər fərqlər silinir və onların arasında düşmənçilik yolverilməz hesab olunur.
Novruz İranda
İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.
İlayda Alişan
İlayda Alişan (26 fevral 1996, İstanbul) — türkiyəli aktrisa. == Həyatı == İlayda Alişan 26 fevral 1996-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Bilgi Universiteti məzunudur.
İlayda Çevik
İlayda Çevik - Gənc türk aktrisası. == Həyatı == İlk filmə çəkilişi 2013-cü ildə "Qaragül" serialında Türkiyənin məşhur aktyorları və o cümlədən böyük sənətçi Özcan Dəniz ilə bir araya gələrək başlamışdır.
İranda Bəhailik
İranda Bəhailik və ya İranda bəhai dini azlığı — İran İslam Respublikasında İslamdan sonra Bəhailik ən çox ardıcı olan ikinci din hesab olunur. İran, Bəhai dinin əsas fiqurlarından olan Bab, Bəhaullah və Əbdül-Bəha Abbasın doğum yeridir. Dəqiq sayları məlum olmasa da, İranda hal-hazırda 350 min civarında bəhai inancına mənsub şəxsin yaşadığı təxmin olunur. Bəhailik inancı İranda rəsmi şəkildə qadağan olunmuş və 1979-cu il İran İslam İnqilabından sonra sistematik şəkildə zülm görən bir inanc olaraq qalmaqdadır. 1979-cu ildə İranda yaşayan bəhailərin həbs olunması, onlara məxsus əmkakların yandırılması, bəhai mərkəzlərinin dağıdılması kompaniyası aparılmışdır. Dövlətə bağlı din xadimləri tərəfindən insanlara Şiə vəhhabiliyi və ya ciddi təhlükə olaraq qəbul etdirilməyə çalışan bəhailərin vəziyyəti bu gündə İranda ağır olmaqda qalmaqdadır. 1979-cu ildən bu günə qədər ölkədə 200-dən çox şəxs öz inancına görə əvvəlcə həbs olunmuş, daha sonra isə öldürülmüşdür. Şiraz şəhərində yerləşən bəhai qəbirsanlıqlarının dağıdılması və ölkə üzrə bəhailərinin toplaşdığı mərkəzlərə silahlı basqınların edilməsi baş verən təziqlər arasında göstərilə bilər. 1983-cü ildə Muna Mahmudnizad və onunla birlikdə olan doqquz digər qadının sırf dini inancları səbəbindən edam edilməsi Şimali Amerika və Avropada böyük rezonansa səbəb olmuşdur. Bəhai dinin İrandakı vəziyyəti səbəbindən, dinin əsas şərtlərindən biri olan zəvvarlıq ziyarətləri tam olaraq icra olunmur.
İranda təhsil
İranda təhsil — İran İslam Respublikasında təhsil. == Tarixi == İran İslam İnqilabından (1979) bir müddət sonra Xomeyni, iqtidara gələr gəlməz Şah zamanındakı təhsil sistemini dəyişdirməyə çalışmışdır. İslahatlar əvvəlcə ibtidai məktəbə başlama yaşını 7-dən 6-a salmışdır. Daha sonra məktəblərdəki dərs kitablarını dəyişdirərək İslam inancına söykənən mövzulara yer verilmişdir. İslam dininin əxlaqı, ictimai quruluşu və ənənəsi ilə uyğun gəlməyən və ziddiyyət təşkil edən bütün mövzuları təhsil sistemindən çıxarılmışdır. Xomeyni, İranın təhsil sistemindəki dəyişikliyi etdikdən sonra yeni sistemlə əlaqədar dini mövzularda dərs deməkdən pedaqoqların hazırlanması üçün hərəkətə keçmişdir. Bu müddətdə Darvinin “Təkamül Nəzəriyyəsi” kimi Qərb qaynaqlı nəzəriyyələri tədris planlardan qaldırıb, yerinə İslam dinini təməl alan tədris planı hazırlanmasını təmin etmişdir. Xomeyni bunu reallaşdıra bilmək üçün 1980-ci ilin aprel ayında “Mədəni İnqilab Şurası”-nı meydana gətirmişdir. Bu şuranın təməl vəzifəsi, bütün təhsil proqramı və təhsillə əlaqədar problemləri araşdırmaq, İslam əsaslarına söykənən təhsil siyasəti və strategiyalarını meydana gətirmək, təhsilin bütün budaqlarını İran cəmiyyətinin istəyi və ehtiyacına görə hazırlamaq və inqilaba sadiq pedaqoqlar yetişdirməkdir. İran təhsili universitetdən əvvəl dörd mərhələdə icra edilməkdədir.
İraqda din
İraqda din 2015-ci ilə nisbətən müsəlman idi, əhalinin 95-98% -i İslamı qəbul edir. Xristianlıq, o cümlədən Katolik, Pravoslav, Protestant, Şərq Assuriya Kilsəsi 1%, digər dinlər isə qalan 1-4% təşkil edir .Yazidizm və İraqdakı azlıqların etiqad etdiyi dini skretizm Mandaeism, Şabakizm və Yarsanizm 1.5'ini əhatə edir. İraq Yəhudi icması artıq yoxdur. == İslam == İraq müsəlmanları iki fərqli ənənəyə - şiə və sünni İslama uyğundur. 2018 CIA Fakt kitabına görə, İraq 97% müsəlmandır: 60-65% şiə və 32-37% sünni. İraqdakı Vətəndaş Müharibəsindən (2014–2017) bəri müsəlmanların ümumi faizi xristian və yezidi qaçqınlarının qonşu ölkələrə köç etməsi səbəbindən artmışdır. Bağdad əsrlər boyu İslam öyrənmə və təqaüd mərkəzi idi və Abassidlərin paytaxtı olaraq xidmət etdi. Kərbəla şəhəri 680-ci il oktyabrın 10-da müasir şəhərin yerində vuruşan Kərbəla döyüşü nəticəsində şiə İslamda əhəmiyyətli dərəcədə geniş yer tutur. şiələri saleh xəlifə və ilk imam hesab edənlər də "İmam Əl" adıyla tanınır. Artıq şəhər şiə İslam dünyasının böyük bir həcc mərkəzidir və yalnız Məkkə və Mədinədən daha çox müsəlman zəvvar qəbul etdiyi təxmin edilir.
İsatay Taymanov
İsatay Taymanov (qaz. Исатай Тайманұлы; 1791 – 12 iyul 1838) — 1836–1838-ci illərdə Qərbi Qazaxıstanda üsyan başçısı. == Həyatı == XVIII əsrin sonunda Kiçik Jüzün başına, qazaxların arasında nüfuzu olmayan Aysuak xan, Rusiya tərəfindən iqtidara gətirilmişdir. Kiçik Jüzdə nüfuz sahibi şəxslərin olmaması və böyüklər ilə sultanların bir araya gəlməməsi ilə birlikdə xalqla münasibətləri nizama salan insanlar qalmayınca, jüzün rəiyyət və soyluları arasında anlasmazlıqlar artmışdır. Bu dönəmlərdə rusların xidmətində olan Başqırd və kazakların basqınları yenidən ortaya çıxmışdır. 1803-cü ildə bu durumdan sikayətçi olan Kiçik Jüzün böyükləri Orenburqda toplanmışdılar. Bu toplantının ən önəmli məqsədi, istila və yağmaçılığın sona çatdırılması və xanlıq içərisindəki siyasi həyatın sağlam tutulmasıydı. Ancaq bu toplantıda alınmış olan qərarlar sadəcə kağız üzərində qalmışdır. Rusların gözləntilərini yerinə yetirə bilməyən Aysuak xanın yerinə oğlu Cantörə taxta çıxarılmışdır. Tədqiq olunan dönəmdə Orta Jüzdəki hadisələr fərqli bir şəkildə qarşımıza çıxmaqdadır.
İslamda cəhənnəm
İslamda cəhənnəm (ərəb. جهنم‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasındakı əzabıdır. İslamda Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran Kafirlər (inancda bir və daha çox şeyi inkar edənlər), şirklər (Allahın birliyinə qarşı çıxanlar), munafiqlər (iman gətirməsinə baxmayaraq, İslam inanclarına inanmayan şəxslər), günahkarlar və zalımlar üçün hazırlanmışdır. Onlar pillədən-pilləyə yüksələn cəhənnəmdə sonsuza qədər qalıb, əzab çəkəcəklər. == Cəhənnəm haqqında hədislər == Peyğəmbər : "Veyl cəhənnəmdə bir vadidir.Kafir orada qırx il batar, lakin dibinə çatmaz". Peyğəmbər : "Sizə cəhənnəm əhlindən xəbər verimmi?" Səhabələr: "Bəli, ey Allahın Rəsulu" dedilər. Peyğəmbər "Bunlar simic,paxıl,təkəbbürlü kimsələrdir" deyə buyurdu. Rəsulullah sədid suyu haqqında buyurdu: "O, ağıza yaxınlaşdırılacaq və onu cəhənnəmdə əzab çəkən heyvanın suyu içdiyi kimi içər. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq.O suyu içəndə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaqdır". Əbu Səid əl Xudri (r.a) deyir: "Bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üsdünə düşər".
İslamda cənnət
İslamda cənnət (ərəb. جنة‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasında sonra köçəcəyi müqəddəs dünyadır. Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. == Cənnət haqqında hədislər == Peyğəmbər : "Allah cənnəti yaratdığı zaman Cəbrailə buyurdu: "Get ora bir bax". O da gedib cənnətə baxdı və "Ey Rəbbim, sənin izzətinə and olsun ki, onu eşidib və ora girməyən qalmayacaqdır. Hər kəs ora girəcəkdir" dedi. Allah cənnətin ətrafını məkruhlarla nəfsin xoşlanmadığı şeylərlə bəzədi və "İndi get ora bax" deyə buyurdu. Cəbrail gedib ora bir də baxdı və "Qorxuram ki, ora heç kimsə girməsin" dedi. Allah cəhənnəmi yaradib Cəbrailə "Get ora bir bax" deyə buyurdu.
İslamda iman
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
İslamda mələklər
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.