Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pifey
Pifey (yunanca Πυθέας. təq. e.ə. 359 – təq. e.ə. 289) — qədim yunan taciri, səyyahı və coğrafiyaşünası. Əslən Massaliya (müasir Marsel şəhəri) koloniyasından idi. Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər.
İşəy (Baymak)
İşəy (başq. Ишәй, rus. Ишей) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 75 km, kənd sovetliyindən (Teməs): 30 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 130 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.
İşəy (İşembay)
İşəy (başq. Ишәй, rus. Ишеево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd İşəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 14 km.
Fey Vebster
Fey Vebster (ing. Faye Webster; 25 iyun 1997) — ABŞ-nin Atlanta şəhərindən olan müğənni-mahnı yazarı. Onun mahnıları indi-pop və kantri elementlərini özündə birləşdirir. 30 oktyabr 2013-cü ildə 16 yaşında ikən "Run and Tell" adlı debüt studiya albomunu yayımlayıb. Musiqi üzrə təhsil almaq üçün Neşvilldəki Belmont Universitetinə daxil olmuş, lakin oranı başa vurmadan doğma şəhəri Atlantaya geri qayıtmışdır. "Vaxt və pulunu boşa xərcələmək istəmədiyini" deyir. O, valideynləri ilə şərtləşmişdi ki, bir il evdə qalacaq və bu müddət ərzində musiqi karyerasında uğur qazanmasa, yenidən universitetə dönəcək. 2017-ci ildə universitetdən ayrıldıqdan sonra Awful Records ilə saziş bağlayıb. == Həyatı == Corciya ştatının Atlanta şəhərində doğulub. Ailə üzvləri özü kimi musiqiçidir.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Axey
Axeylər və ya axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Efes
Efes (yun. Eφεσος, lat. Ephesus) — Anadolunun qərb sahillərində İzmir ilinin Səlcuq ilçəsinin 3 km uzaqlığında yerləşən tarixi yunan şəhəri. Efes Qədim Yunanıstan dövründə İoniyanın 12 şəhərindən biri olmuşdur. Şəhərin neolit dövründə salındığı ehtimal olunur.
Eney
Eney (q.yun. Αἰνείας, lat. Aenēās) — qədim yunan mifologiyasında dardan hökmdar nəslindən olan Troya müharibəsi qəhrəmanı, Qədim Roma mifologiyasında isə Romanın banisi olan Rem və Romulun Troya müharibəsi zamanı sağ qalmış troyalıları məhv edilənlər içərisindən çıxarıb İtaliyaya gətirmiş əfsanəvi əcdadı.
IDEA
IDEA və ya tam adı: "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi — Azərbaycanda ictimai birlik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. "Azərbaycanın 9 möcüzəsi" Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı 2014-cü ilin may ayının 12-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap edilmişdir. Marka seriyasında 5 poçt markası və 1 kupon yerləşdirilib. Markaların üzərində ayrı-ayrılıqda ceyran, Qafqaz bəbiri, imperator qartalı, qonur ayı və boz canavarın təsvirləri, kuponda isə "IDEA" (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin xüsusi loqosu əks olunub. Markaların nominal dəyəri müvafiq olaraq 10, 20, 30, 50 və 60 qəpik təşkil edir. Nominal dəyəri 1 manata bərabər olan suvenir vərəqin üzərində də "IDEA"nın loqosu təsvir olunmuşdur.
IFIB
IFIP<ay-fip> (en. International Federation of Information Processing ~ ru. Международная федерация по обработке информации, МФОИ ~ tr. Uluslararası Bilgi İşlem Federasyonu ~ az. İnformasiyanın Emalı üzrə Beynəlxalq Federasiya) – 1960-cı ildə YUNECKO’nun himayəsi ilə yaradılmış beynəlxalq qeyri-hökumət, qeyri-kommersiya federasiyası. İnformasiyanın emalı problemləri ilə məşğul olan milli təşkilatları birləşdirmək məqsədilə yaradılıb. IFIP’in tərkibində müxtəlif istiqamətlər üzrə 10-dan artıq texniki komitə fəaliyyət göstərir və hər komitənin öz işçi qrupları var. Müxtəlif beynəlxalq konfranslar və seminarlarla yanaşı, iki ildən bir ümumdünya kompüter konqresi (IFIP World Computer Congress) də keçirir. Baş ofisi Laxenburq (Avstriya) şəhərində yerləşir. 1960-cı ildə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən milli cəmiyyətləri birləşdirən İnformasiyanın Emalı üzrə Beynəlxalq Federasiyanın (The International Federation for Information Processing, IFIP) əsası qoyulmuşdur.
Qley
Qley - Q.N.Vısotski tərəfindən işlənmişdir. Torpaq profilinin struktursuz azməsaməli hissəsi yaşıl, mavi, tünd göy, yaxud göyümtül pas rəngli olur. Bataqlaşmış və bataqlıq torpaqlarda oksigenin torpağa çətinliklə daxil olduğu və ya heç daxil olmadığı şəraitdə torpağın qleyləşməsi nəticəsində əmələ gəlir. İkivalentli dəmir birləşməsinin olmasından irəli gələrək, torpaq horizontu mavi-tünd göy, yaxud yaşıl rənglidir. Dayanıqlı rütubətlilik şəraitində güclü inkişag etmiş qleyləşmə prosesi nəticəsində formalaşır.
İEEE
Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO modelinə uyğun olan lokal şəbəkədə kanalın səviyyəsini göstərən IEEE 802 standartının işləyib hazırlanması sayəsində məşhurlaşmış mühəndis gəlişdirmələri və elektronika sahəsində peşəkarların təşkilatı. 1963-cü ildə ABŞ-nin IAEE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. 160 ölkədə 400 000-dən çox üzvü var. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur. 1 yanvar 1963-cü ildə radioelektronika və elektrotexnika üzrə standartların hazırlanması sahəsində dünya lideri, texnika sahəsi üzrə mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan Elekrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE – Institute of Electrical and Electronics Engineers) əsası qoyulmuşdur. IEEE 1912-ci ildə yaradılmış Radiotexniklər İnstitutu (ing. Institute of Radio Engineers) və 1884-cü ildə yaradılmış nun (ing. American Institute of Electrical Engineers) birləşdirilməsi nəticəsində meydana gəlmişdir. IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnikası və informatikada elmi fəaliy-yətin təşkili və inkişafı üçün mütəxəssislərə informasiya və maddi dəstəyin verilməsi, onların nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi, həmçinin IEEE-nin üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. IEEE və onun qurucu təşkilatlarının tanınmış başçıları Elihu Tomson (AIEE, 1889–1890), Aleksandr Graham Bell (AIEE, 1891–1892), Charles Proteus Steinmetz (AIEE, 1901–1902), Robert H. Marriott (IRE, 1912), Lee De Forest (IRE, 1930), Frederick E. Terman (IRE, 1941), Villiam R. Hevlett (IRE, 1954), Ernst Veber (IRE, 1959; IEEE, 1963) və İvan Getting (IEEE, 1978).
İder
İder — Monqolustan ərazisindən axan çay. Ölkənin şimal-qərbindən hissəsindən axır. Öz başlanğıcını Xanqay dağlarından götürür. Çayın uzunluğu 452 km-dir. Selenqa çayının əsas qollarından birini təşkil edir. Oktyabr-noyabr aylarından aprelin ortalarına qədər donur. Ən iri qolları — Çuluutın-Qol və Teqşiyn-Qol.
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İffət
İffətli bir insan əxlaqsız hesab edilən cinsi fəaliyyətdən və ya hər hansı bir cinsi fəaliyyətdən çəkinər. İslamda evli və ya subay qadın və kişilər üçün qanuniliyin xaricində cinsi əlaqədə olmaq qadağandır. İslamda qadağan edilmiş hökmlər kişilərə və qadınlara eyni dərəcədə aiddir.
Əbəy
Əbəy - türk və altay mifologiyasında yer tanrıçası. Abay və ya Apay da deyilir. Yer üzünü qoruyar. Skif (Saka) mifologiyasındakı Ana Tanrıça Abay ilə əlaqəlidir. Aba/Ava sözünün Həvva ilə əlaqədar olduğunu qarşıya qoyan görüşlər vardır. Türklərdə Əbə (Ebe) sözü nənə demək olduğu qədər, bir insanı doğurtan kəs (ad hemşiresi) mənasına da gəlir ki, bu sözün "törəmək" olan ilk mənasını bir şəkildə içərisində saxlamaqdadır. (Ebe/Əbə) kökündən törəmişdir. Yaşlı qadın mənasındadır. Türkcə Aba/Ebe, monqolca Ebe/Əbi/Evə, tungusca Evə/Evke/Ebke sözləri ana Bunu mu demek istediniz? ana tərəfli qohumluqların bəzilərini karşılmakta istifadə edilər.
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Egey
Egey (q.yun. Αἰγεύς və ya Αἰγέως) qədim yunan mifologiyasında Attika dövrünə aid personaj, Afina padşahı və Teseyin atası. O, Meqarada anadan olan Attikanın sürgün edilmiş kralı Pandionun oğlu idi. Üç qardaşla birlikdə atasının səltənətini fəth etdi və onun dörddə bir hissəsini almışdır. Afina Egeyin hakimiyyəti dövründə Krit padşahı Minos ilə müharibəni uduzdu, gənc kişi və qadınlarını müntəzəm olaraq Minotavrın labirintinə göndərməyi öhdəsinə götürdü. Bir gün Trizindən keçərkən Egey yerli padşahın qızı Efra ilə münasibət qurdu. Şahzadə olaraq doğulan Tesey, yetkin olanda Afinaya gəldi. Egey oğlunu tanımadı və o vaxtkı yoldaşı Medeyanın təhriki ilə onu zəhərləməyə qərar verdi, lakin son anda onun qarşısında kimin olduğunu anladı. Tesey Minotavrı öldürmək üçün Kritə getdi. Qalib qayıdaraq qara yelkəni ağ yelkənlə dəyişməyi unutmuşdu.
Hiley
Hiley (q.yun. Ὑλεὺς) — qədim yunan mifologiyasında Kalidoniya qaban ovunda iştirak edən qəhrəmanlardan biri. Ovçular vəhşi heyvanı mühasirəyə alan zaman Hiley və Ankey onun tərəfindən öldürülmüşdür.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Elvin Qrey
Elvin Qrey (başq. Элвин Грей) və ya Radik Yulyakşin (başq. Радик Юлъяҡшин; rus. Радик Юльякшин) — rus pop müğənnisi və başkir əsilli prodüser. Radik Yulyakşin Ufada etnik başkır inşaat işçisi ailəsində anadan olub. Moskva Dövlət Pedaqoji Universitetini bitirib . 2006-cı ildə ilk albomunu çıxarmışdır. Yulyakşin 2006–2012 illər ərzində hər il Başqırdıstanda İlin Müğənnisi seçilmişdir. 2011-ci ildə Moskvaya köçmüşdür. 2016-cı ildə Yulyakşin Tatarıstanda ilin mədəniyyət adamı adına layiq görülüb.
Eysa Qrey
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Henri Qrey
Henri Qrey (1827, London – 13 iyun 1861, London) — ingilis anatomu və cərrahı. Məşhur "Qrey Anatomiyası" kitabının müəllifidir. 25 yaşından London Kral Cəmiyyətinin üzvü. == Həyatı == 1842 ci ildə 15 yaşında ikən Qrey Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbinin tələbəsi olur. O, yaraşıqlı, dinamik, bacarıqlı və zəhmətkeş cərrah kimi xatırlanır. 21 yaşında Henri Qrey kliniki cərrahiyydə birçox mükafatlara layiq görülmüşdür. Sonra o, London Patoloqlar cəmiyyətinin və krall cərrahlar kollecinin üzvü olur. 1852 ci ildə xəstəxananın qubernatoru olur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853 cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855 ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir.