Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Karatsu
Karatsu — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Çin, Korey və Yaponiya arasında əhəmiyyətli liman şəhəri olmuşdur. Müasir şəhər 1 yanvar 2005-ci ildə qurulmuşdur. 2016-ci ilin oktyabrının məlumatına görə şəhərin əhalisi 121.684 nəfərdir, hər km² ərazidə 250 nəfər yaşayır. Şəhərin sahəsi 487,42 km²-dir. == Tarix == Tarixən şəhər Hizen əyalətinin bir parçası olub. 1591-ci ildə burada Naqoya qəsri inşa edilib. 1889-cu ildə inzibati islahatdan sonra şəhər regionuna 1 şəhər (Karatsu) və 19 qəsəbə (Hamasaki, İrino, Kaqami, Karatsu, Kiriqo, Kitahata, Kuri, Kyuraqi, Minato, Mitsuşima, Naqoya, Nanayama, Oçi, Omura, Onizuka, Saşi, Uçiaqe və Yobuko) daxil idi. 1932-ci ildə Karatsuya şəhər statusu verilmişdir. 1 yanvar 2005-ci ildə Karatsu Çinzey, Hamatama, Hizen, Kitahata, Kyyraqi, Oçi və Yobuko ilə birləşdirilmişdir.
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Kazarma
Kazarma və ya Qışla, hərbçilər, hərbi heyət, hərbi təşkilat və hərbi hissə üçün inşa edilmiş bir bina və ya bina qrupudur. Söz ayrı-ayrı bloklara və ya bütün komplekslərə tətbiq oluna bilər. Cəm forması ümumiyyətlə tək bir quruluşa aiddir və konstruksiyada tək ola bilər. Kazarmanın əsas məqsədi əsgərləri mülki əhalidən ayırmaq və nizam-intizamı və təhsili gücləndirməkdir. Onlara “əsgərlər üçün intizam zavodları” deyilirdi. Sənaye fabrikləri kimi bəziləri, məsələn Dublindəki Collins kazarması və Paris, Berlin, Madrid, Vyana və ya Londondakı kimi möhtəşəm memarlığı ilə tanınmasına baxmayaraq, bəzilərinin kölgəli və ya donuq binalar olduğu düşünülür. Türkiyədə ilk kazarma olan Səlimiyə kazarması İstanbulun Üsküdar regionunda III Səlim tərəfindən 1828-ci ildə Nizâm-ı Cedîd əsgərləri üçün tikilmişdir. == Tarixi == Qədim Roma İmperiyasının pretorianları kimi erkən kazarmalar, elit qüvvələri qorumaq üçün inşa edilmişdi. Vercovicium və Vindolanda kimi sərhəd qalalarında Roma ordusu kazarmasının bir neçə qalığı vardır. Bu və müasir Roma mənbələrindən əldə edilmiş məlumatlardan aydın olur ki, bir hərbi düşərgədəki həyatın təməlləri min illərdir sabit qalmışdır.
Kabataş Liseyi
Kabataş Liseyi — 1908-ci ildən bəri təhsil edən, Türkiyənin ən köhnə və seçmə liseylərindən biridir. Quruluşundan bəri məzunları Türkiyənin və Dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə yüksək müvəffəqiyyət qazanmışlar. Ayrıca Kabataş Liseyi tarixi boyunca bir çox məşhur Türk ədəbiyyatçılarının təhsil heyətlərində vəzifə yerinə yetirmiş olmalarıyla tanınar. Ayrıca Kabataş Liseyində bir çox məşhur film, serial və reklam çəkilmişdir. İstanbulun tarixi məktəblərindən biridir. Ana kampusu İstanbulun Ortaköy səmtində dəniz kənarında yerləşir. Milli Təhsil Nazirliyinin etdiyi Səviyyə Təyin etmə İmtahanı (SBS) nəticəsində seçim edib bu liseyi qazanan qız və kişi şagirdlər bu liseyə getməyə imkan qazanarlar. Kabataş Liseyində hələ də 900 ətraflarında lisey şagirdi oxumaqdadır. şagirdlərin 250-ə yaxın hissəsi yatışlıdır. Qız və kişi yatışlı hissələri vardır.
Kakutsa Çolakaşvili
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, d. 14 iyul 1888 - ö. 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir. Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi.
Kakutsa Çolokaşvili
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, d. 14 iyul 1888 - ö. 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir. Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Karataş (Adana)
Karataş — Adana ilinin ilçəsi. Şərqi Aralıq dənizi bölgəsində Seyhan və Ceyhan çaylarının təbii sərhədləri daxilində yaradılmışdır. Adanadan 48 km uzaqlıqdadır. 1986-cı ildə Adanada Yüreğir ilçəsinin qurulması ilə bəzi kəndlərin bir qismi Karataş ilçəsinin tabeçiliyinə verilmişdir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 24.559 nəfər yaşayır. == Mühüm günlər == 19 iyun: Karataş ilçəsinin qurulması.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir.O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir. Orada Şərq Dilləri İnstitutunun Makedon dili və ədəbiyyatı lektoru vəzifəsində çalışmışdır.
Kazanka (Arxangel)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 13 km, kənd sovetliyindən (Mışatkan): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 5 km.Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Kazanka (Baltas)
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 11 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 38 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 104 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (94%) üstünlük təşkil edir.
Kazanka (Baymak)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 6 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, ruslar, mordvalılar üstünlük təşkil edir.
Kazansı (Bakalı)
Kazansı (başq. Ҡаҙансы, rus. Казанчи) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Kəstəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 22 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (94%) üstünlük təşkil edir.
Kazarka cinsi
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Qırmızıdöş kazarka
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Mitsuo Kamata
Mitsuo Kamata (d. 16 dekabr 1937) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 2 qol vurub.
Yahiro Kazama
Yahiro Kazama (d. 16 oktyabr 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir.O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi.M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir.Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Köhnə Kazansı (Askın)
Köhnə Kazansı (başq. Иҫке Ҡаҙансы, rus. Старые Казанчи) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılqa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 35 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 79 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə milli tərkib baxşmından başqırdlar (95%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Safin Nurulla Davletgareviç - Sovet İttifaqı Qəhrəmanı. Alfis Sufiyanoviç Qayazov - müəllim, Başqırdıstan Respublikasının Təhsil Naziri (2011-ci ildən), Pedaqoji Elmlər Doktoru, professor, Rusiya Təhsil Akademiyasının müxbir üzvü.
Yeni Kazansı (Askın)
Yeni Kazansı (başq. Яңы Бағаҙы, rus. Новые Багазы) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılqa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 53 km, kənd sovetliyindən (Kışlauyılqa): 3 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşkan stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə milli tərkib baxşmından başqırdlar (95%) üstünlük təşkil edir.
Kalaşa-mun dili
Kalaşa (klskls, locally: Kal'as'amondr) Hind-ari dilləri qrupuna aid Kalaşlar tərəfindən danışılan dildir. Onlar daha çox Pakistanın Çitral rayonu of Hayber-Paxtunxva bölgəsində məskunlaşıblar. Kalaşa dilində danışan sayı təxminən 4100 nəfərdir. Bu dil nəsli kəsilməkdə olan bir dildir və Xovar dilinə doğru davam edən dil dəyişikliyi(asimiliyasiya) prosesi mövcuddur. Kalaşa(Kalaşa-mun) dilini yaxınlıqdakı Nuristan dillərinə aid Vaigali (Kalaşa-ala) dili ilə qarışdırmaq olmaz. Kalaş tədqiqatçı Badşah Munir Buxarinin dediyinə görə "Kalaşa" Əfqanıstanın Nuristan vilayəti Vayqal və orta Peç vadilərində Kalaşa vadilərinin cənub-qərbindəki bir bölgənin Nuristanlı sakinlərinin etnik adıdır. "Kalaşa" adı bir neçə əsr bundan əvvəl Çitralın cənubuna qədər genişlənən Vayqal Nuristanililərindən olan Çitralın Kalaşa danışanları tərəfindən vahid Kalaş xalqı qəbul edilmişdir. Buna baxmayaraq, hind-ari dili qrupuna məxsus Kalaşa-mun (Kalaşa) ilə Hind-İran dillərinin müxtəlif qoluna yəni İran dilləri qrupuna aid olan Nuristan dillərindən olan Kalaşa-ala (Vayqali) arasında sıx əlaqələr və ya xüsusi bir bağ yoxdur.