Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalit
Dalit (hind दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Kalsit
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit. == Xassələri == Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempraturXəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb.18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Halit Akçatepe
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Kalia Antoniu
Kalia Antoniu (d. 6 aprel 2000) — Kiprli üzgüçü. Kalia Antoniu Kipri 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. == Karyerası == === Avropa Çempionatı === Kalia Antoniu birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.13 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. === Dünya Çempionatı === Kalia Antoniu birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.59 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 46-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Kilit dili
Kilit dili - Bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir.Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır. == Həmçinin bax == Əshabi-Kəhf == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. == Törədicisi == lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. == Diaqnostikası == Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Xalıt Şəlaləsi
Xalıt şəlaləsi — Şamaxı rayonunun Qaladərəsi kəndindən 3 km məsafədə meşəliklə əhatə olunmuş təxminən 30 m hündürlükdən qayadan axan şəlalə.
İvan Kalita
İvan Daniloviç Kalita (rus. Ива́н Дани́лович Калита́; 1288, 1304 və ya 1 noyabr 1288, Moskva, Böyük Moskva Knyazlığı – 31 mart 1340, 31 mart 1341, 13 mart 1341 və ya 31 mart 1340, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1325-1340), Daniil Aleksandroviçin oğlu. İvan Daniloviç özünün "Kalita" (yəni pul kisəsi) ləqəbini müxtəlif versiyalara görə yoxsullara qarşı səxavətinə və ya qənaətcilliyinə görə almışdır. Gəncliyində Yurinin Tver ilə böyük hökmranlıq uğrunda mübarizəsində iştirak etmiş, qardaşının ölümündən sonra o, Kolomna və Mojaysk ilə Moskva çayı hövzəsini daxil edən Moskva knyazlığını miras almışdı. İvan Kalita 1327-ci il anti-Orda Tver üsyanından istifadə etdi: Qızıl Orda xanı Özbək, əvvəllər Tverli Aleksandr Mixayloviçə həvalə edilmiş böyük hökmranlığa nəzarəti ona verdi. Sonrakı illərdə Özbəyin dəstəyinə arxalanan İvan Daniloviç hakimiyyətini xeyli gücləndirə bildi. Böyük knyazlığın müvəqqəti olaraq iki yerə bölünmüş ərazisi 1331-ci ildə yenidən birləşdirildi; Kalita digər rus knyazlıqlarında Orda üçün xərac toplamaq fürsəti əldə etdi və bundan təsirini genişləndirmək və xəzinəsini doldurmaq üçün istifadə etdi. Eyni məqsədlə o, xanədan nikahlarına girdi, volostları və kəndləri aktiv şəkildə satın aldı. Mənbələrdə “Kalitanın aldığı” ərazilər kimi Uqlitskoye, Qaliç-Merskoye və Belozerskoye knyazlıqları qeyd edilir, lakin onların Moskvadan asılılığının nədən ibarət olduğu aydın deyil. 1339-cu ildə Kalita əsas düşməni Tver knyazı Aleksandr Mixayloviçin Ordada edam edilməsinə nail oldu ki, bu da Moskvanın Tver üzərində son qələbəsi demək idi.
İbrahim Kalın
İbrahim Qalın (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri. == Həyatı == İbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır. Ailəlidir, 3 övladı var.
Kali-yuqa
Kali Yuqa(कलियुग (kəli yugə), ədəbiyyatda "Kali dövrü")- Hind Zaman Anlayışına görə zamanın 4 dövrünün(yuqa-dövr) ən sonuncusu. Digər dövrlər isə Sayta Yuqa,Treta Yuqa və Dvapara Yuqadır. Hind mətnlərinə əsasən Kali Yuqa Krişnanın ömrünün sona çatması ilə başlayaraq(e.ə. 3102-ci il) 432.000 il davam edəcək. Bu dövrdə Vişnunun son avatarı Kali əlində qılınc və ağ atın belində meydana çıxacaq, dünyadakı pisliyə qarşı vuruşacaq və onu məhv edəcək.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.
Kali Uçis
Kali Uçis (ing. Kali Uchis; 17 iyul 1994, Aleksandriya[d], Virciniya) — amerikalı müğənni. 2012-ci ildə Drunken Babble adlı debüt miksteypini, ardınca 2015-ci ildə debüt mini-albomu Por Vida-nı yayımladı. Uçis 2018-ci ildə özünün debüt studiya albomu Isolation ilə geniş rəğbət qazandı. Onun ikinci studiya albomu və ilk ispan dili layihəsi Sin Miedo (del Amor y Otros Demonios) 2020-ci ildə işıq üzü gördü. Albomdakı "Telepatía" sinqlı ABŞ-da Billboard Hot 100-də yer alan onun ilk mahnısı oldu. O, Kaytranadanın "10%" sinqlındakı ifasına görə Ən yaxşı rəqs səsyazması üzrə Qremmi mükafatına layiq görüldü. == Həyatı == Karli-Marina Loaiza 17 iyul 1994-cü ildə Virciniya ştatının Aleksandria şəhərində anadan olub. Atası Kolumbiyanın Pereyra şəhərindən ABŞ-yə köçdü və 1980-ci illərin sonlarında Karlinin anası ilə tanış oldu. Anasının əvvəlki evliliyindən uşaqları olub və Virciniyadadır.
Kali karteli
Kali karteli — Kolumbiyanın Kali şəhəri və Valla del Cauca əyaləti yaxınlarında var olmuş narkotik karteli. Qurucuları Rodriguez Orejuela qardaşları olaraq bilinən Gilberto və Migueldan əlavə "Chepe" olaraq tanınan Jose Santacruz Londonodur. 1980-ci illərin sonlarına yaxın Helmer Herreranın da qrupa daxil olmasıyla Pablo Escobar və ona bağlı olan Medellin Karteli ilə əlaqələrini qoparmış və dörd adamın başda olduğu bu karteli idarə etməyə başlayıblar. Kali karteli ingilis pullu əsgərlər, bir çox ölkədəki müttəfiqlər, hökumətdəki saysız-hesabsız casus və mühbirlər ilə "SSSR"dəki Dövlət Təhlükəsizlik Komitinəsinə (ingiliscə: KGB) oxşarlığı ilə dünyanin tarixdəki ən böyük cinayət şəbəkəsi yəni "The Cali KGB" olaraq adlandırılmışdır. Kali kartelinin zirvədə olarkən dünya kokain bazarının 90%-nı əlində tuttuğu bilinir.
İtum-Kali
İtum-Kali (çeç. Итон-Кхаьлла) — Çeçenistan Respublikası, İtum-Kali rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İtum-Kali rayonunun və İtum-Kali kənd sovetliyinin mərkəzidir. İtum-Kali kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd Argun çayının hər iki sahilində, Heldixoyerk qolunun ona birləşdiyi yerdə, Şatoy kəndindən 24 km cənub-qərbdə və Qroznı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-şərqdə Veduçi, şimalda Kokadoy və şərqdə Tazbiçi. == Tarixi == İtum-Kalinin cənubunda və kəndin yaxınlığında orta əsrlərə aid bir çox abidələr var - qüllələr, qəbirstanlıqlar. Qədim Şulkaq kəndi hazırda İtum-Kalinin bir hissəsidir. Ehtimal ki, M. Yu. Lermontovun "Dağ kəndinə mənzərə" rəsmində təsvir məhs bura təxvir edilmişdir.
Halit Ziya Uşaklıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya Konstantinopol – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. == Roman üslubu == Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.
Kalib ibni Yufənna
"Kamilut-tarix"in müəllifi öz tarixində yazır: Yuşə ibni Nun dünyadan gedəndən sonra Kalib ibni Yufənna Bəni-İsrailə rəhbərlik etdi. Mərhum Təbərsi də "Məcməül-bəyan" kitabında "Bəqərə" surəsinin 244-cü ayəsində bu məzmunda yazır. Sələbi "Ərais" kitabında yazır ki, Kalib ibni Yufənna Həzrət Musanın (ə) bacısının əri, yəni İmranın qızı Məryəmin həyat yoldaşı idi. İbni Əsir də bu xəbəri "Kamil" kitabında Əriha şəhərinin fəthində qeyd edib. Amma Yuşə`dən sonra Kalibin peyğəmbər olması Məsudinin "İsbatul-vəsiyyə" kitabındakı və Yəqubinin yazdığı tarixdəki sözü ilə ziddiyyətdədir. Məsudi yazır: Elə ki, Yuşənin əcəli çatdı, Allah taala ona vəhy edərək yanındakı əmanəti oğlu Fənhasa verməyi əmr etdi. Yuşə də Fənhası çığırıb peyğəmbərlərin irslərini ona tapşırdı və dünyadan getdi. Fənhasdan sonra da oğlu Bəşir ibni Fənhas onun canişini olub peyğəmbərlik məqamına nail oldu. Yəqubi yazır ki, Yuşə ibni Nundan sonra Bəni-İsrailin rəhbərliyini Duşan Kifri öz öhdəsinə götürdü və səkkiz il onların rəhbəri oldu. Ondan sonra Kalibin qardaşı, Yəhudanın nəvəsi Əsnail ibni Qənəz qırx il Bəni-İsrailə hökumət etdi.
Balet
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.