Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalori
Kalori — istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1 °C qızdırmaq üçün sərf olunan istilik miqdarı Kalori götürülür. Beynəlxalq kkal kimi beynəlxalq kvt. saatın 1/861 -i götürülür. Beynəlxalq vahidlər sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 °C, 20 dərəcəli K = 4,181 °C. K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin olunmuşdur..
Karoşi
Sözün əsl mənasında "həddindən artıq iş ölümü" kimi tərcümə edilə bilən Karoşi (過 労 死, Karōshi), peşə ani ölümünə aid bir Yapon terminidir. Karoşi ölümlərinin ən çox görülən tibbi səbəbləri stress və aclıq diyeti səbəbiylə infarkt və ya insultlardır. İş yerindəki zehni stres, işçilərin öz həyatlarını alması səbəbiylə karoşiyə səbəb ola bilər. Çox iş səbəbiylə intihar edənlərə karōjisatsu (過 労 自殺) deyilir. Həddindən artıq iş nəticəsində ölüm fenomeni Asiyanın digər bölgələrində də geniş yayılmışdır. ÜST/BƏT məlumatlarına əsasən, 2016 -cı ildə dünyada 745,194 ölüm, uzun iş saatları ilə əlaqədar idi. == Tarix == İlk karoshi hadisəsi 1969-cu ildə Yaponiyanın ən böyük qəzet şirkətinin çatdırılma şöbəsində 29 yaşlı kişi işçinin insultdan ölməsi ilə bildirilmişdi. Bu termin 1978-ci ildə həddindən artıq işləmə ilə əlaqəli ölümcül insult və infarktlardan əziyyət çəkən insanların sayının artmasına istinad etmək üçün istifadə edilmişdir. 1982-ci ildə bu məsələ ilə bağlı bir kitab bu termini ictimai istifadəyə gətirdi. Yalnız 1980-ci illərin ortalarından sonlarına qədər, Qovuq İqtisadiyyatı dövründə, hələ də ən yaxşı illərində olan bir neçə yüksək vəzifəli biznes menecerinin heç bir əvvəlki xəstəlik əlaməti olmadan qəflətən öldüyü zaman, bu termin Yaponiyanın ictimai həyatında meydana çıxdı.
Kapoşi sarkoması
Kapoşi sarkoması - Human herpes virus 8 (HHV8) və ya Kapoşi sarkoması ilə əlaqəli herpes virusun (KSHV) səbəb olduğu bir şiş tipidir. 1980-cı illərdə QİÇS xəstələrində tez-tez görülməyə başlamasından sonra daha geniş tanınmışdır. İlk dəfə 1872-ci ildə Macar dermatoloq Moritz Kapoşi tərəfindən təsvir edilmişdir və onun adı ilə bağlı adlandırılmışdır. Xərçəngin bir növünə səbəb olan bu virusun DNT-si ilk dəfə 1994-cü ildə müəyyən olunmuşdur. Virusların səbəb olduğu bu xəstəliyə qarşı, KSHV/HHV-8 təhlükəsi altında olan insanlar arasında maarifsizlik mövcuddur. Kapoşi sarkoması dəri üzərində yaranan sistemli toxuma pozulmasıdır. Bu toxuma pozulması daxili orqanlarda da bəzi hallarda özünü göstərir. == Xüsusi risk qrupları == Kapoşi sarkomasının inkişaf riski əsasən aşağıdakı amillərlə bağlıdır: Etnik mənsubiyyət. Yəhudi və ya Aralıq dənizi mənşəli insanlarda, eləcə də ekvatorial afrikalılarda Kapoşi sarkomasının inkişaf riski daha yüksəkdir. Cins.
Canca Kalesi
Canca qalası – Türkiyənin Şərqi Qara dəniz bölgəsində yerləşən Gümüşhane vilayətində qayalıq ərazidə tikilmiş qala. 1530 metr hündürlükdəki qalanın bərpası üçün 2018-ci ildə 1,8 milyon lirəlik tender keçirilib. Qismən dairəvi planla inşa edilən qala söküntü daşları ilə örtülmüşdür. == Xassələr == Şərq-qərb oxu üzərində tikilmiş qalanın girişi qərbdəndir. Üç hissədən ibarət olan qala 1,5 metr qalınlığında qalalarla əhatə olunub. Divarların içərisində 4,1x4,1 metr ölçüdə sistern var ki, o, hələ də salamatdır. Qalanın şərq hissəsinə qalanın içindəki qapıdan keçə bilərsiniz. Qalanın şərq hissəsinin şimalında gözətçi qülləsi var. Bu qala yazılı mənbələrdə ibadətgah kimi xatırlanır. Qala divarlarındakı freskalarda xristian müqəddəslərinin təsvir edildiyi güman edilir.
Kalosa-de-Ensarrya
Kalosa-de-Ensarrya (isp. Callosa de Ensarriá) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bəlidəyyə Marina-Baxa ərazisinin 34. km² hissəsini əhatə edir. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınmasına görə 7888 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Baxa La-Nusia Alfas-del-Pi == İstinadlar == == Xarici keçidlər == Ayuntamiento de Callosa de Ensarriá Web oficial de la asociación de moros y cristianos de Callosa de Ensarriá Índice estadístico municipal de Callosa de Ensarriá.
Kalosa-de-Sequra
Kalosa-de-Sequra (isp. Callosa de Segura) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 30 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 18008 nəfərə çatmışdır.
Kaliopi
Kaliopi Bukle (mak. Калиопи Букле; d. 28 dekabr 1966, Oxrid, Makedoniya Respublikası, Yuqoslaviya Sosialist Federativ Respublikası) və ya sadəcə Kaliopi — Makedoniya Respublikası müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasında 80-ci illərdə Yuqoslaviyada fəaliyyət göstərən və öz adını daşıyan qrupun vokalistindən Makedoniya və bütün keçmiş Yuqoslaviya ölkələrində məşhur olan peşəkar solo ifaçıya dönüşməyə nail olmuşdur. Kaliopi Makedoniya Respublikasını "Crno i Belo" mahnısı ilə 2012 Avroviziya Mahnı Müsabiqəsində və "Dona" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == === Erkən illəri və karyeranın başlanğıcı === Kaliopi kiçik yaşlarından musiqiyə həvəsli olmuşdur. 1976-cı ildə o, Makedoniyada keçirilən "Zlatno Slavejče" uşaq festivalında "Mojata učitelka" mahnısı ilə çıxış etmiş və nəticədə qələbə qazanmışdır. O, 1978 və 1980-ci illərdə Zapro Zaprov ilə birlikdə tur çərçivəsində Çexoslovakiya, Sloveniya və Avstriyada konsertlərdə səhnə almışdır. Daha sonra Kaliopi dörd il Mariya Nikolovskanın vokal dərslərində iştirak etmiş və 1984-cü ildə Musiqi akademiyasında Blaqoya Nikolovskidən dərs almağa başlamışdır. 1984-cü ildə o, Yuqoslaviyanın mahnı müsabiqələrindən birində solo ifaçı olaraq iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür.
Kalsit
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit. == Xassələri == Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Kalhori
Kalhori (kürd. Kelhurî) — İraqın cənub-şərqində və İranın qərbində yayılmış kürd dillərindən biri. XVI əsrdə tarixçi Şərəf xan Bitlisinin qeyd etdiyi Kalhor qəbiləsindən olan etnik kürdlər bu dili danışırlar.
Eqer qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Eqri qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Erebuni qalası
Erebuni qalası — E.ə. 782-ci ildə Urartu çarı I Argişti tərəfindən indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmış şəhər-qala. E.ə. IV əsrə qədər mövcud olub. Buradan tapılan 13 sətrdən ibarət mixi yazı lövhəsində qalanın Menuanın oğlu Biyan (Uratu) ölkəsi və Tuşbi şəhərinin hakimi Argişti tərəfindən salındığı və Erebuni adlandırıldığı yazılıb. Qanlıtəpənin zirvəsindəki meydan 2 hektar olsa da, qala təxminən 50 hektar ərazini tutur. Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir. == Həmçinin bax == İrəvan Qərbi Azərbaycan == İstinadlar == == Mənbə == Y.Yusifov. Qədim Şərq tarixi, В., 1993, səh.276; Ə.Ələkbərli.
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Grunewald qalası
Grunewald qalası — Karlsberq təpəsi üzərində yerləşən mənzərəli bir qaladır. Şarlottenburq-Wilmersdorfun Grunewald məhəlləsi sərhədlərində yerləşən qala, Berlinin görməli yerlərindən biri hesab olunur. Hündürlüyü 36 metrdir. Qala 1899-cu ildə Prussiya kralı və Almaniyanın ilk imperatoru I Vilhelmin adına abidə olaraq inşa edilmişdir. Qotik üslubunda tikilən binada I Vilhelmin heykəli də var. Həmçinin Albrext fon Run, Helmut von Moltke, Otto fon Bismark və Şahzadə Friedrich Karlın portretləri qalanın dörd küncündə yerləşir. == Tarixi == 1897-ci ildə Landkreis Teltovun parlamenti Ernst von Stubenrauchun fikri ilə 1888-ci ildə vəfat edən Prussiya Kralı I Vilhelmin 100-cü doğum günü şərəfinə bir abidə tikmək qərarı verildi. Beləliklə, Grunewald meşələrində yerləşən Karls dağında bir mənzərə qalası tikmək qərara alındı. Binanın memarı Frans Şvechten oldu. 10 mart 1897-ci ildə Şvechtenin layihəsi imperator II Vilhelm tərəfindən təsdiq edildi və inşaatın icazəsi verildi.
Gəncə Qalası
Gəncə qalası — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən XVI əsrə aid tarix-memarlıq abidəsi. Qala 1588-ci ildə Osmanlılar tərəfindən ələ keçirilmiş Qədim Gəncə qalasına nəzarət edəcək hərbi qüvvələrin yerləşdirilməsi üçün Fərhad Paşanın göstərişi ilə inşa edilmişdir. Sonradan I Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə qala genişləndirilmiş və möhkəmləndirilmişdir. I Şah Abbasın göstərişi ilə Gəncə şəhərinin mərkəzinin Qədim Gəncə qalasından Gəncə qalasının forştadtına köçürülməsindən sonra Gəncə qalası şəhərin mərkəzində yerləşən əsas kompleks olmuşdur. Qalanın sitadelində Gəncə xan sarayı yerləşmişdir. 1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır. Dövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü.
Hoşap qalası
Hoşap qalası — orta əsrlərə aid olub Vana təxminən 50–60 km arası məsafədə Van-Başqala yolu üzərindədir. Sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdən strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin suya əvəz olur. Rəsmi adı isə Gözəlsudur. İndiyə qədər qalan bir çox tikililər regionda Mahmudi Süleyman adlandırılan şəxs tərəfindən 1643-cü ildə tikdirilmişdir. Əfsanəyə görə, bu müdhiş quruluşu tikən memarın əlləri, digər bir dənə daha beləsini tikər deyə kəsilirdi. Qalanın qərbə baxan girişi və özünəməxsus qapısı pozulmadan günümüzə çatmışdır. Qapının üzərində tikintisi ilə bağlı Fars dilində kitabə və aslan şəkilləri yerləşir.
II Karlos
II Karl (İspaniya kralı)
Kadusilərin qalası
Kadusilərin qalası — Gilan əyalətindəki Kaluraz-Təpədə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş antik dövrün qalası. == Tarixi == Gilan vilayətindəki Kaluraz təpədə aparılan arxeoloji tədqiqatlar tarixi məkanın bir vaxtlar kadusilərin vacib qalası olduğunu aşkar edib. Sərhədçi kimi istifadə edərək, amardların bölgəni işğal etməsinin qarşısını alırdı. Kaluraz təpədə arxeoloji qazıntıların ilk mövsümü Dəmir dövrünə (e.ə. 800-550) aid ilk memarlıq planının aşkarlanmasına səbəb oldu. Bu tarixi məkanın böyük zalları və bir neçə otağı olan binası var. Rüstəmabadda yerləşən tarixi Kaluraz təpəsi Gilan vilayətinin ən qədim tarixi abidəsidir. Bu tarixi məkan bir vaxtlar 1960-cı illərdə İran arxeoloqları tərəfindən qazılıb, lakin əvvəlki rejimin rəsmi orqanına aid olduğu üçün son vaxtlara qədər arxeoloji qazıntılar aparılmırdı. Nəhayət, bir neçə il sonra bu sahədə qazma və stratiqrafik işlərə başlanıldı. “Kaluraz təpədə qazıntıların ilk mövsümündə tapılan tapıntılar göstərir ki, bu təpə adi insanların, hətta cəmiyyətin aristokratlarının da iqamətgahı ola bilməzdi.
Kaliforniya laləsi
Bu cins təbiətşünas İ. F. Eşşolsun şərəfinə adlandırılmışdır. Cinsdə 12 növ vardır. Gülçülükdə onların 2 növündən istifadə olunur. Kaliforniya eşşolsiyası (E.californica) yabanı halda Şimali Amerikada bitir. Bu bitki budaqlı, hündürlüyü 56 sm-ə qədər, yaşıl, lələkvari yarpaqları olan bitkidir. Çiçəkləri sadə ya da çoxləçəkli, kasaşəkilli, laləyəoxşar, müxtəlif:ağ, sarı, narını, qırmızı, çəhrayı rəngdə olur. Hazırda bu növdən gülçülükdə geniş istifadə olunmur. İkinci növ-çimli eşşolsiya (E.caespitosa) az yayılmışdır. Bu bitki əvvəlkindən açıq-sarı rəngdə xırda hamaşçiçəkləri ilə fərqlənir. Eşşolsiyanın toxumlarını yazda ya da payızda 15x15 sm sxemi üzrə torpağa əkməklə çoxaldırlar.
Kalsoy adası
Kalsoy (far. Kalsoy) — Farer adalarının şimalında yerləşən ada. 2013-cü il məlumatına görə adada 95 nəfər yaşayır. Sahəsi 30.9 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 788 m-dir. == Ədəbiyyat == Swaney. Iceland, Greenland & the Faroe Islands (3rd edition). Lonely Planet Publications. 1999 [1991]. ISBN 0-86442-453-1.
Kazuşi Kimura
Kazuşi Kimura (d. 19 iyul 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 54 oyun keçirib, 26 qol vurub.
Keləsi (Urmiya)
Keləsi (fars. كلاسي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (95 ailə).
Kilidbahir qalası
Kilitbahir qalası — 1452-ci ildə İstanbulu mühasirə etməsi əsnasında Papalıq donanmasının Bizans İmperiyasına kömək etməsini qarşısını almaq məqsədilə Fateh Sultan Mehmet tərəfindən Dardanel qarşısındakı Kilitbahir kəndində inşa etdirilmişdir. Qala, daxili və xarici sur divarlarından və həyət içində 7 mərtəbəli üçbucaq bir qüllədən ibarətdir. İç qala 7 mərtəbəlidir. Daha sonra ilk dəfə 1541-ci ildə Qanuni Sultan Süleyman tərəfindən bərpa edilmiş, bu bərpa zamanı cənub hissəsi əhatə edən bir sur divarı xarici ucda bir qüllə (Sarıqüllə) inşa edilmişdir. Qala 1870-ci ildə Sultan Əbdüləziz tərəfindən ikinci dəfə bərpa edilmişdir. Şimal hissəsinin orijinal xarici dəniz divarı günümüzdə yoxdur. Bu bölümün şimal hissəsi 1894-cü illərdə II Əbdülhəmid tərəfindən yenidən inşa etdirilib. Xarici sur divarları (xarici qala) 4 mt, ikinci xarici qala 18 mt, iç qala 30 mt hündürlüyündədir. Divar qalınlıqları 4-6 mt arasındadır. Dəniz divarlarının cənub hissələri top mazğalı olaraq istifadə edilmişdir.