Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalori
Kalori — istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1 °C qızdırmaq üçün sərf olunan istilik miqdarı Kalori götürülür. Beynəlxalq kkal kimi beynəlxalq kvt. saatın 1/861 -i götürülür. Beynəlxalq vahidlər sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 °C, 20 dərəcəli K = 4,181 °C. K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin olunmuşdur..
Karoşi
Sözün əsl mənasında "həddindən artıq iş ölümü" kimi tərcümə edilə bilən Karoşi (過 労 死, Karōshi), peşə ani ölümünə aid bir Yapon terminidir. Karoşi ölümlərinin ən çox görülən tibbi səbəbləri stress və aclıq diyeti səbəbiylə infarkt və ya insultlardır. İş yerindəki zehni stres, işçilərin öz həyatlarını alması səbəbiylə karoşiyə səbəb ola bilər. Çox iş səbəbiylə intihar edənlərə karōjisatsu (過 労 自殺) deyilir. Həddindən artıq iş nəticəsində ölüm fenomeni Asiyanın digər bölgələrində də geniş yayılmışdır. ÜST/BƏT məlumatlarına əsasən, 2016 -cı ildə dünyada 745,194 ölüm, uzun iş saatları ilə əlaqədar idi. == Tarix == İlk karoshi hadisəsi 1969-cu ildə Yaponiyanın ən böyük qəzet şirkətinin çatdırılma şöbəsində 29 yaşlı kişi işçinin insultdan ölməsi ilə bildirilmişdi. Bu termin 1978-ci ildə həddindən artıq işləmə ilə əlaqəli ölümcül insult və infarktlardan əziyyət çəkən insanların sayının artmasına istinad etmək üçün istifadə edilmişdir. 1982-ci ildə bu məsələ ilə bağlı bir kitab bu termini ictimai istifadəyə gətirdi. Yalnız 1980-ci illərin ortalarından sonlarına qədər, Qovuq İqtisadiyyatı dövründə, hələ də ən yaxşı illərində olan bir neçə yüksək vəzifəli biznes menecerinin heç bir əvvəlki xəstəlik əlaməti olmadan qəflətən öldüyü zaman, bu termin Yaponiyanın ictimai həyatında meydana çıxdı.
Kapoşi sarkoması
Kapoşi sarkoması - Human herpes virus 8 (HHV8) və ya Kapoşi sarkoması ilə əlaqəli herpes virusun (KSHV) səbəb olduğu bir şiş tipidir.1980-cı illərdə QİÇS xəstələrində tez-tez görülməyə başlamasından sonra daha geniş tanınmışdır. İlk dəfə 1872-ci ildə Macar dermatoloq Moritz Kapoşi tərəfindən təsvir edilmişdir və onun adı ilə bağlı adlandırılmışdır. Xərçəngin bir növünə səbəb olan bu virusun DNT-si ilk dəfə 1994-cü ildə müəyyən olunmuşdur. Virusların səbəb olduğu bu xəstəliyə qarşı, KSHV/HHV-8 təhlükəsi altında olan insanlar arasında maarifsizlik mövcuddur. Kapoşi sarkoması dəri üzərində yaranan sistemli toxuma pozulmasıdır. Bu toxuma pozulması daxili orqanlarda da bəzi hallarda özünü göstərir. == Xüsusi risk qrupları == Kapoşi sarkomasının inkişaf riski əsasən aşağıdakı amillərlə bağlıdır: Etnik mənsubiyyət. Yəhudi və ya Aralıq dənizi mənşəli insanlarda, eləcə də ekvatorial afrikalılarda Kapoşi sarkomasının inkişaf riski daha yüksəkdir. Cins. Kişilərdə Kapoşi sarkoması inkişaf riski qadınlara nisbətən daha yüksəkdir.
Kalosa-de-Ensarrya
Kalosa-de-Ensarrya (isp. Callosa de Ensarriá) — İspaniyada yerləşən bələdiyyə və şəhər.Bəlidəyyə Marina-Baxa ərazisinin 34. km² hissəsini əhatə edir. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınmasına görə 7888 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Baxa La-Nusia Alfas-del-Pi == İstinadlar == == Xarici keçidlər == Ayuntamiento de Callosa de Ensarriá Web oficial de la asociación de moros y cristianos de Callosa de Ensarriá Índice estadístico municipal de Callosa de Ensarriá.
Kalosa-de-Sequra
Kalosa-de-Sequra (isp. Callosa de Segura) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 30 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 18008 nəfərə çatmışdır.
Kaliopi
Kaliopi Bukle (mak. Калиопи Букле; d. 28 dekabr 1966, Oxrid, Makedoniya Respublikası, Yuqoslaviya Sosialist Federativ Respublikası) və ya sadəcə Kaliopi — Makedoniya Respublikası müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasında 80-ci illərdə Yuqoslaviyada fəaliyyət göstərən və öz adını daşıyan qrupun vokalistindən Makedoniya və bütün keçmiş Yuqoslaviya ölkələrində məşhur olan peşəkar solo ifaçıya dönüşməyə nail olmuşdur. Kaliopi Makedoniya Respublikasını "Crno i Belo" mahnısı ilə 2012 Avroviziya Mahnı Müsabiqəsində və "Dona" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == === Erkən illəri və karyeranın başlanğıcı === Kaliopi kiçik yaşlarından musiqiyə həvəsli olmuşdur. 1976-cı ildə o, Makedoniyada keçirilən "Zlatno Slavejče" uşaq festivalında "Mojata učitelka" mahnısı ilə çıxış etmiş və nəticədə qələbə qazanmışdır. O, 1978 və 1980-ci illərdə Zapro Zaprov ilə birlikdə tur çərçivəsində Çexoslovakiya, Sloveniya və Avstriyada konsertlərdə səhnə almışdır. Daha sonra Kaliopi dörd il Mariya Nikolovskanın vokal dərslərində iştirak etmiş və 1984-cü ildə Musiqi akademiyasında Blaqoya Nikolovskidən dərs almağa başlamışdır. 1984-cü ildə o, Yuqoslaviyanın mahnı müsabiqələrindən birində solo ifaçı olaraq iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür.
Kalsit
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit. == Xassələri == Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Satoşi
Satoşi — ad
Abuli qalası
Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Qala haqqında == Qala həmçinin "Korogli" (Azərbaycan və türk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir.Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr. Qalanın daxili hissəsində 60 × 40 kvadrat metrlik sahəyə malik "içqala" yerləşir.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Aleksandr Kaleri
Aleksandr Kaleri (rus. Александр Юрьевич Кале́ри; 13 may 1956, Yurmala) — rus kosmonavtı.
Antonio Saloso
Antonio Saloso (4 sentyabr 1940) — Filippinli keçmiş üzgüçü. Antonio Saloso Filippini 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antonio Saloso birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:53.3 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aqra qalası
Aqra qalası Aqra qalası, Qırmızı qala - Hindistanın Aqra şəhərindəki istehkam, Moğol İmperiyası dövründə hökmdarların iqamətgahı kimi xidmət etmişdir. Yamuna çayının üstündə, Tac Mahaldan cəmi 2,5 km məsafədə yerləşir. Onunla birlikdə Qırmızı Qala 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Qırmızı Qala ərazisinin bir hissəsi bu gün hərbi məqsədlər üçün istifadə olunur və ziyarətçilər üçün əlçatan deyil. == Tarixi == Teymuri Babur Dehli sultanları Sikəndər Lodi və İbrahim şah Ludinin burada yerləşən sarayını yenidən qurmuş və sözdə sərf etmişdir. Baoli (su kəməri). Sonralar Sultan Hümayun tez-tez burada dayanırdı. Qalanın özü 1558-ci ildə paytaxtı Dehlidən Aqraya köçürən Böyük Əkbərin təşəbbüsü ilə 1565-ci ildə başladı. Burada o, köhnə və uçuq-sökük Bədəlqar qalasını bərpa etdi (saray tarixçisi Əbdül-Fəzala görə). Artıq 1571-ci ildə qala tamamilə Rajasthani qırmızı qumdaşı divarı ilə əhatə olunmuşdu.
Atskuri qalası
Atskuri qalası (gürcücə: აწყურის ციხე) — Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Borcomi qəsəbəsinə 30 kilometr məsafədə, Kür çayının sağ sahilində yerləşən orta əsrlərə aid qaladır. Qala orta əsrlər boyunca Gürcütanın müdafiəsində mühüm rol oynamış və müxtəlif vaxtlarda müxtəlif dövlətlər tərəfindən hücuma məruz qalmış və ələ keçirilmişdir. == Haqqında == X əsrdə inşa edilmiş Atskuri qalası orta əsrlər boyunca Gürcüstanın müdafiəsində mühüm rol oynamış qala bürcü olmuşdur. 1260-cı illərdə Arqun Ağa rəhbərliyindəki monqol ordusu Gürcüstan kralı VI Davidin monqol dövlətinə qarşı üsyan başladıb sığındığı bu qalanı mühasirəyə almışdır. XIII əsrin sonunda güclü zəlzələ bütün bölgəyə və qalaya böyük ziyan vurmuşdur. Övliya Çələbi XVII əsrin ortalarında qala haqqında bunları yazmışdır: "Qalaya İsgəndərin uçurumu deyilirdi. Şərəfnaməyə görə, bu struktur Gürcüstanda inşa edilmiş ilk qaladır. böyük İsgəndər tərəfindən ucaldılan qala böyüklüyü, dörd bucaqlı forması və qranit daşalrı il əməşhurdur. Bu dörd künclü antik qala Gürcüstana bağlı Axısqa valiliyinin əsas mərkəzi olmuşdur. Qalanın cənuba baxan böyük qapısı vardır.
Aydos qalası
Aydos qalası və ya digər adıyla Keçi qalası — Türkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir. == Tarixi == Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi. Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.
Babək qalası
Babək qalası, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Biləv kəndi yaxınlığında, Gilançayın sağ sahilində 2–14 əsrlərə aid arxeoloji abidə. == Tarixi == İnşa edlmə tarixi Xürrəmilər hərəkatı ilə bağlı olan, xalq arasında Bаbək qаlаsı adlanan qala Оrdubаd rаyоnunun Biləv kəndindən cənub-qərbdə yеrləşir. Hər tərəfdən sıldırım qаyаlаrlа əhаtə оlunmuşdur. Gilаnçаyın sаğ sаhilində yеrləşən qаlаyа еnsiz dаr cığırlа qаlхmаq mümkündür. Strаtеji bахımdаn əlvеrişli mövqеdə yеrləşən Bаbək qаlаsının divаrlаrı bəzi qismlərdə yоnulmuş dаşlаrdаn inşа оlunmuşdur. Bir-birinə bitişik, dördkünc fоrmаlı binа qаlıqlаrı, bаşlıcа оlаrаq qаlа divаrınа bitişik fоrmаdа inşа оlunmuşdur. Bu üslub Аzərbаycаnın qədim və Оrtа əsr qаlаlаrı üçün хаrаktеrikdir. Qаlаdа dаirəvi fоrmаlı binаlаrın dа qаlıqlаrı vаrdır. Divаrlаr 0,8 – 1 m hündürlükdə sаlаmаt qаlmışdır.Yаşаyış yеrinin şimаl tərəfində qаyаdа qаzılmış, qərb divаrı dаşlа hörülmüş dördkünc fоrmаlı tikintiyə rаstlаnmışdır. Еhtimаl ki, оndаn su hоvuzu kimi istifаdə оlunmuşdur.
Bakden qalası
Bakden qalası — İngiltərə, Kembricşir ərazisi, Bakden kəndində yerləşən qala XII əsrdə inşa edilmişdir. == Tarixi == Qalanın inşa edilmə tarixi bir çox mənbələrdə XV əsr kimi göstərilsə də, əslində isə ilk taxta qala Linkoln şəhərinin yepiskopları üçün iqamətgah olaraq 1175-ci ildə inşa edilmişdir. Sonralar isə 1475-ci ildə həmin taxta qurğu kərpic bünövrə ilə yenidən qurularaq mot və beyli tipli divarlarla, həmçinin xəndəklə qorunaraq hündür kərpic qəsr tikildi. 1832-ci ildə tikilinin bir hissəsi kilsə komissarlarının əmri ilə söküldü. Roma katolik yepiskopluğunun Northemptona köçürülməsindən sonra 1956-cı ildə Klaretin missionerləri qalanın ərazisini klaretin olmağa həvəsli uşaqlara ibtidai təhsil vermək üçün kiçik seminariya olaraq istifadə etdilər. Kiçik seminariya 1965-ci ilin iyul ayında bağlanmış və həmin vaxtdan Bakden qala kompleksi klaretinlərin konfrans mərkəzi olaraq fəaliyyət göstərmişdir. Ərazidə eləcə də orta əsrlərdəki qalanın yerində seminariyanın gəncləri üçün kiçik kilsə olaraq tikilmiş Linkoln şəhərindən Müqəddəs Hyu kiçik katolik kilsəsi yerləşir. Qalaya giriş günün istənilən saatı sərbəstdir, lakin bura itlrəin daxil olmağı qadağandır. 1551-ci il 16 iyul tarixində Saffolk hersoqu Henri və onun qardaşı lord Çarlz burada ingilis təri xəstəliyində dünyasını dəyişmişlər. Onlar əslində Bakdenə, Kembridşirə bu epidemiyaya yoluxmamaq üçün gəlmişdir..
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala.Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть)Səidəli Kazibekov. "Cavaxirnamei Lənkəran".
Basqal qalası
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir. Basqal Bakı – Laqodexi şose yolunun 151 km-dən 4 km şimala olan məsafədə yerləşir. Qəsəbəyə avtomobillə getmək olar.
Bastiliya qalası
Bastiliya (fr. la Bastille, tarixi adı la Bastille Saint-Antoine) — Paris şəhərində yerləşən və orta əsrlərdə tikilən tarixi qala. Qala 1370-1382-ci illərdə tikilmişdir. Qala XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarında Paris xalqı mütləqiyyətin əleyhdarlarının sayı xeyli artmağa başlamışdır. XVI əsrin sonlarında bu şəxslər saxlanılır və həmin qalada həbs olunurdu. 1789-cu ilin iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı aldılar, bu da Böyük Fransa inqilabının başlanğıcı olmuşdur. Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir.
Batonis qalası
Batonis qalası (gürc. ბატონის ციხე, translit. Batonis Tsixe) — Gürcüstan Respublikasının Kaxeti vilayətinin Telavi şəhərində XVII–XVIII əsrlərə aid memarlıq abidəsi. Batonis qala kompleksində farslaşmış Kaxeti çarlarının sarayının bu günə kimi qalmış hissələri və içərisində əlyazmalardan, nadir publikasiyalardan, hərbi avandanlıqlardan və incəsənət nümunlərindən ibarət arxeoloji və etnoqrafik sərgilərin nümayiş olunduğu bir muzey var. Kompleksə daxil olan bir sıra strukturlar – saray, qala səddi və krallıq kilsəsi 2007-ci ildə Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni Abidələri siyahısına əlavə edilmişdir. 2018-ci ildə bütün kompleks boyunca bərpa işləri aparılmışdır. == Saray == === Tikilməsi və memarlıq xüsusiyyətləri === Orijinal saray Kaxeti çarı Arçilin buyruğuyla 1664-cü il ilə 1675-ci il arasında tikilmişdir. Saray XVII–XVIII əsrlərdə gerçəkləşmiş siyasi çaxnaşmalar zamanı bir neçə dəfə zərər görmüş və yenidən tikilmişdir. Tikilinin bəzi hissələrinə və dövrün Səfəvi saraylarını xatırladan Arçilin sarayının yerüstü planına zərər dəyməmişdir. Mövcud tikilinin əksər hissəsi Kaxeti çarı II İraklinin 1750–1762-ci illərdəki nisbətən sabit hökmranlığı zamanı gerçəkləşdirilmiş bərpa işlərinin bir nəticəsidir.
Bayburt qalası
Bayburt qalası və ya Çinimaçin qalası - Türkiyənin Bayburt ilində yerləşən qala. == Haqqında == Bayburt şəhərinin şimalında qayalar üzərində tikilən qalanin kimlər tərəfindən tikildiyi dəqiq bilinmir. Baqrat sülaləsi (885-1044) dövründə varlığından söz açılan qalanın eramızdan əvvəl də tikildiyi istisna olunmur. Qala türklərin əlinə keçməmişdən qabaq Bizansın, ermənilərin hakimiyyəti altında olub. Mənbələrdə bir çox dəfə təmir olunduğu qeyd olunub. Xalq arasında Çinimaçin qalası kimi də tanınan qalanın adı "Kitabi Dədə Qorqud" dastanında çəkilir. Osmanlı dövründə qalanın rəsmi adı da Çinimaçin olub. Qalanın şərqində XIV-XVIII əsrlərdə tikilən kilsə qalıqları var. Qərb tərəfində isə mağara yerləşir.
Bayramkoxa qalası
Bayramkoxa qalası - Göyçay dərəsindən qərbdə, Kələş düzündən cənubda, Kilsədağ məbədi yaxınlığında olan bu abidə ərazisində olduğu kəndin adı ilə Bayramkoxa qalası adlanır. Abidənin yerləşdiyi ərazi həm də, Təpələr, yaxud da Yeddi təpə adı ilə məlumdur. 1972-ci ildə Firidun Qədirov tərəfindən orada ilkin arxeoloji tədqiqat işləri aparılmışdır. Məhz həmin qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki, oradakı təpələr əslində, qalanın ayrı-ayrı bürclərinin qalıqlarıdır. 45x42x 10 sm ölçülü çiy kərpiclə hörülmüş qala bürclərinin qalıqlarının hündürlüyü 5–6 m, diametri isə 15 m-dir. Hər tərəfdə 3 bürc olmaqla, cəmi 8 bürcü var. Qala quruluş etibarı ilə kvadrat formasındadır. Onun tərəflərinin uzunluğu 90 m, ümumi uzunluğu isə 360 m-dir. Bürclər arası hissədə qala divarları daha çox dağıldığından, onların yeri alçaq köbərə bənzəyir. Qaladan təqribən 100 m şərqdə daha iki təpə mövcuddur.
Bayıl qalası
Bayıl qalası və ya Bayıl qəsri– Bakının Bayıl burnu yaxınlığında, Karvansaray adasında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. == Tarixi == Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir. Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234–1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.Arif Ərdəbili 1369-cu ildə yazdığı "Fərhadnamə" poemasında gördüklərini belə qələmə almışdı: Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbili Bayıl qalasını tikinti başa çatdıqdan bir əsr sonra görmüşdü və təbiidir ki, o, hələ el yaddaşlarında "yeni şəhər qalası" kimi qalırdı.