Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalvinizm
Kalvinizm — Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nant fərmanı ilə qəbul edilmişdir. Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür. Protestantlığın kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Niderlandda yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər tanrıya yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bərbəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır.Kalvinizm inancına görə insanlar qurtuluş üçün seçilmiş və seçilməmiş olaraq doğulurdular. İnanca görə, bu vəziyyəti dəyişmək mümkün deyildi. İnsanlar lənətlənmiş və ya sən onu müqəddəsləşdirmiş olurdular və müqəddəsləşdirilmiş və ya lənətlənmiş olduqlarını iş həyatındakı uğurlarına görə anlayırdılar.
Darvinizm
Darvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin təkamülü nəzəriyyəsidir. "Biql" gəmisində 5 illik (1831-1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Darvinə əsas verdi. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başalmış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbii seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin iclasda çıxış edən A. Vollesin baxışları Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Volles etiraf etdi ki, Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da "Darvinizm" adlandırmışdır. Darvinizm təlimində Ç. Darvin iki əsas dəyişkənlik tipinin olduğunu qeyd edirdi. Müəyyən dəyişkənlik - Xarici mühit amillərinin təsirinə cavab olaraq orqanizmin uyğunlaşma reaksiyaları. Qeyri-müəyyən dəyişkənlik - Xarici mühit amillərinin təsiri ilə meydana gələn lakin uyğunlaşma xarakteri daşımayan dəyişikliklər.Darvin qeyri-müəyyən dəyişiklikləri təkamül üçün başlıca material mənbəyi sayırdı. Müasir biologiyanın müəyyən etdiyi kimi təkamül üçün material yalnız mutasiya və çarpazlaşma nəticəsində meydana çıxan mutasiyalar kombinasiyasına əsaslanan qeyri-müəyyən dəyişikiklər ola bilər.
Albinizm
Albinizm (lat. albus - ağ) – anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.Molekulyar səbəbləri hipofizin orta payının melanosit stimuləedici hormon (MSH) və dəridə melanositlərin, hansı ki, dəriyə rəng verən piqmenti-melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi, funksional çatışmazlığıdır. Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır[mənbə göstərin]. Ən çox albinos Nigeriyada olub, hər 3000 adamdan biri albinosdur[mənbə göstərin]. Albinizm irsidir və müalicəsi yoxdur. Bəzi mülahizələrə görə albinizm gendə olan mutasiya ilə bağlıdır.
Alpinizm
Alpinizm — dağlara dırmanmanı əhatə edən qeyri-olimpiya idman növüdür. Alpinizm eyni zamanda aktiv istirahəti əhatə edir. 18–19-cu əsrlərdə avropalı (ingilis və fransızlar başda olmaq üzrə) zənginlərin boş zamanlarını qiymətləndirmə və həyatlarının təkrarlananlarını yeni macəralarla bəzəmə axtarışı alpinizmin meydana gəlməsinə səbəb oldu. Bu idman növü XX əsrin əvvəllərindən digər xalqların da diqqətini çəkmişdır. Beynəlxalq bir idman halına gəlməsi isə, 1931-ci ildə, mərkəzi Cenevredə olan Beynəlxalq Alpinistlər Birliyinın qurulması ilə mümkün olmuşdur. Sonrakı illərdə, müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açmışdır. Müasir dövrdə ən çox rəğbət görən təbiət idmanlarından biri olsa da, bu idmana əlavə oluna biləcək yeniliklərin azalması, yeni nəsillərin yeni təbiət idmanlarına daha çox maraq duyması səbəbi ilə, XX əsrin əvvəllərindəki məşhurluğunu itirməyə başlamışdır. Hər il 8 avqustda bütün dünya Beynəlxalq alpinizm gününü qeyd edir. Yeni zirvələrə biganə qalmayan hər bir kəsin qeyd etdiyi bu bayram iki nəfərin – həkim Mişel Qabriel Pakkard (Michel Gabriel Paccard) və dağ bələdçisi Jak Balmatın (Jacques Balmat) sayəsində yaranmışdır. 1786-cı il məhz avqustun 8-də onlar Alp dağlarının ən yüksək nöqtəsi olan Monblan zirvəsinə uğurla qalxdılar.
Sosial darvinizm
Sosial darvinizm — Sosial Darvinizm, Çarlz Darvinin fikirlərinin sosiologiyaya və təkamül nəzəriyyəsinə verdiyi sosioloji təsirlər haqqında danışmaq üçün istifadə olunan bir termindir. == Haqqında == Sosial Darvinizm Darvinin nəzəriyyəsinin genişlənməsi və sosial sahədə tətbiqidir. Yəni, fərdi orqanizmlər arasındakı rəqabət, ən ekoloji cəhətdən təmiz olması baxımından bioloji təkamül dəyişikliyinə səbəb olur; Fərdlər, qruplar və ya millətlər arasındakı rəqabətin insan icmalarında da sosial təkamülə səbəb olması nəzəriyyəsidir. Məsələn, faşizm və milli sosializm insan münasibətlərində sosial bir darvinist baxımdan istifadə olunur. Bu sistemin məqsədi üstün şəxsləri dəstəkləmək və zəif şəxsləri sistemdən kənarlaşdırmaqdır. İqtisadi təcrübə baxımından bu, kommunist və liberal dairələr tərəfindən müvəffəqiyyətli iş adamlarının maraqlarını müdafiə və təşviq etmək kimi işçi təbəqəsinin həmkarlar ittifaqlarını və digər təşkilatlarını məhv etmək kimi şərh edilmişdir. Bu iddialara baxmayaraq, İtalyan faşizmi və Alman nasizmi işçi sinfini dəstəklədiyi görülür. Hər iki ideologiyada çalışqanlıq, nizam-intizam və sədaqət kimi sosial dəyərlər zərurət olaraq görülür. İqtisadi cəhətdən ölkənin inkişafında təsirli olan işçi sinfi və digər işçilər kapital sahibləri ilə razılığa gəldi və işçilərin kapitala qarşı təzyiqlərinin qarşısını almaq üçün millətçi birliklər quruldu. Bu birliklərdən biri də Alman Əmək Cəbhəsidir.
Azərbaycan Alpinizm Federasiyası
Azərbaycan Alpinizm Federasiyası — 1963-cü ildə yaradılmış, 1997-ci ildən rəsmi şəkildə dövlət qeydiyyatına alınmış idman federasiyası. == Haqqında == Azərbaycanda alpinizmin yaranması XX əsrin otuzuncu illərinə təsadüf edir. O vaxtlar müxtəlif peşə sahiblərini alpinizmə cəlb edirdilər. İlk dəfə "Neftçi" idman klubu neftçiləri özündə birləşdiribdir. 1936-cı ildə ümumittifaq alpiniada tərkibində "Neftçi"nin böyük alpinist qrupu "Elbrus" dağını fəth etmək üçün Kabardin-Balkariyaya yola düşüblər. Müharibə və müharibədən sonrakı dövrlərdə Azərbaycan alpinizmi ağır dövrlərini yaşayıb. Uzun illər alpinizm yalnız bir neçə nəfərin ruh yüksəkliyi nəticəsində inkişaf edirdi. Bunlardan Leonid Zorin, Oleq Tereşenko, Oleq Drozdovski, Georqiy Qvozdev, Nəcməddin Hacıyev, Talıb Səlimxanov, Şərqiyyə Abbasova və daha bir neçə nəfərin adını çəkmək olar. Qrup rəhbəri E. Manuçarov idi. 1952-ci ildə Azərbaycan SSR Nazirlər Kabineti ölkədə alpinizm məsələsinə baxaraq qərara aldı ki, bu idman növü Həmkarlar İttifaqının tabeliyinə verilsin.
Türkiyə Alpinizm Federasiyası
Türkiyə Alpinizm və Qış İdmanları Federasiyası 1936-cı ildə qurulmuşdur. Təsisçisi və ilk prezidenti Lətif Osman Çıkıgildir. Alpinizm və Qış İdmanları Federasiyası 21 iyul 1966-cı ildə Alpinizm Federasiyası və Xizək Federasiyası olaraq iki hissəyə ayrıldı. 1966-ci ildə yeni qurulan Türkiyə Alpinizm Federasiyasının təsisçisi və rəhbəri İsmət Ülkər, ilk başçısı isə Latif Osman Çıkıgil olmuşdur. == Sahələr == Alpinistlik İdman dırmanışı Dağçılıq xizəyi Dağçılıq qaçışı Buz dırmanması Kanyoning Dağçılıq gəzintisi və gəzinti rəhbərliyi == Prezidentlər == Lətif Osman Çıkıgil (1936 - 1941) Nizaməddin Kırşan (1941 - 1944) Asım Kurt (1944 - 1966) Lətif Osman Çıkıgil (1966 - 1973) Dr. Bozkurt Ergör (1973 - 1976) Dr. Güner Ünal (1977 - 1978) Müzəffər Tıraş (1978 - 1979) Prof. Dr. Əbdülməcid Doğru (1980 - 1990) Erdem Büyükbingöl (1990 - 1992) Dr. A. Tayfun Tercan (1993 - 1995) Ziya Mengenecioğlu (1996 - 1997) Alaattin Karaca (1997 - 2016) Prof.Dr.